Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-391/2025 05.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: X1 Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı “Kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki yoncanın otarılması nəticəsində vurulmuş maddi ziyan tələbi”nə dair iddiası üzrə işə Şəmkir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X3, Cavabdeh qarşı “Kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki yoncanın otarılması nəticəsində vurulmuş maddi ziyan tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, mülkiyyətində və istifadəsində olan ümumi sahəsi 0.84 ha torpaq sahəsindəki yoncanın otarılması nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 180 ədəd yonca kipinin özünün, özü olmadıqda dəyəri olan 810 manat məbləğində pulun 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən 2.500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi qonşu kənddə yaşayan sakin olaraq uzun müddətdir ki, tanıyır, əvvəllər aralarında narazılıqlar və ədavətləri olmamışdır. Qanuni əsaslarla özünün və yaxın qohumlarının mülkiyyətində olan və onun istifadəsinə verilmiş, kəndin "Qarasu" adlanan ərazisində yerləşən, cəmisi 0,84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yonca bitkisi əkərək becərir və həmin sahədən əldə etdiyi yoncadan mal-qaranın qaba yemə-ota olan tələbatını təmin etməyə çalışır. Həmin sahədən hər biçimdə 180-200 ədəd kipləri əldə edirmiş. Yonca ancaq, həmin sahədəki yoncanı 2 biçim biçmişmiş, 3-cü biçimi isə ürəyindən əməiyyat olunmağına görə vaxtında biçə bilməmişdir. xx.xx.1014- tarixdə sahəyə baxıb biçilməsi üçün texnika danışmağı qərarlaşdırmış ancaq, sahəyə baxında cavabdeh tərəfindən özünə məxsus və 100 başa yaxın xırda buyunuzlu heyvanları ilə otarmasının şahidi olmuşdur. Ondan bu qanunsuz əməlinin nəyə görə törətməsinin səbəbini soruşduqda yaxşı etməsini, hara şikayət etsə də nəticəsinin olmayacağını əminliklə bildirmişdir. Cavabdehin qanunsuz əməli barəsində X6 şikayət etmiş, aparılmış araşdırma zamanı polis əməkdaşları sahədəki yoncanın otarılıb biçilməsi üçün yararsız hala salınmasını müəyyən etsələrə də tələbin mülki xarakterli olmasına qörə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Ona görə məlum iddianı qaldırmışdır. Onu da əlavə edir ki, Dəllər qəsəbəsində yerləşən Kənd Təsərrüfatı İdarəsinə etdiyi müraciətlə əlaqədar sahəyə mütəxəssis tərəfindən yerində baxış kecirərək sahənin otarılması və sahədən bir biçimdə 180 ədəd yonca kipinin əldə edilməsi müəyyən edilmişdir. X4 Bazarına etdiyi müraciət üzrə bir ədəd yonca kipinin bazar qiyməti barədə arayış verilməmişdir. Bu il üçün bir ədəd yoncanın bazar qiyməti 4,5 (dörd) manat əlli qəpikdir. Ona görə cavabdehin təqsiri nəticəsində ona vurduğu maddi zərərin ümumi məbləgi 810(səkkiz yüz on) manatdır. Dəfələrlə tələb etsə də cavabdeh ona vurduğu maddi zərəri könüllü olaraq ödəməkdən imtina etmişdir. İddiaçı X3 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, maddi vəziyyəti pisdir, hazırda heyvanlarına ot ala bilmir, bütün baş verənlər cavabdehin təqsiri üzündən olmuşdur. Odur ki, ümumi sahəsi 0.84 ha torpaq sahəsindəki yoncanın otarılması nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 180 ədəd yonca kipinin özünün, özü olmadıqda dəyəri olan 810 manat məbləğində pulun 31 manat məbləğində dövlət rüsumunun cavabdehdən 2.500 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, hesab edir ki, iddia tamamilə əsassızdır. Onun mal qarası Əli Məmmədovun ərazisinə daxil olmamışdır, o həmin ərazidə mal-qara otarmamışdır. Onun sahəsi Əli Məmmədovun sahəsinə yaxındır və mal-qara ancaq öz sahəsində otlayır. Ona görə də məhkəmədən iddianın rədd edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı onun həyat yoldaşıdır, cavabdeh isə həmkəndlisidir, onlarla hər hansı düşmənçiliyi və ya ədavəti yoxdur. Cavabdeh özünə məxsus mal-qarası var, həmin mal qaranı 2024-cü ilin payız aylarında onların ərazisində otarıb, yoncalarını tükətmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, həmçinin işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Şəmkir X7 Mərkəzinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, müəyyən olunmuşdur ki, 0.84 ha yonca sahəsində məhsul yoxdur, yəni mal-qara vasitəsilə otarılmışdır, həmin yonca sahəsi 1-2 ay bundan əvvəl otarıldığı üçün həmin sahəyə dəymiş ziyanı müəyyən etmək mümkün olmadı. Həmin sahədə orta hesabla 150- 180 ədəd yonca kipi əldə etmək mümkündür. İş materiallarında olan Şəmkir RPŞ-nin Kür PB tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 0.84 ha yonca sahəsinin otarılması ilə əlaqədar Kür PB-nə müraciət etmiş və ona müraciəti ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisənin qanuni həll edilməsi yalnız tərəflərin təqdim etdikləri sübutların məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində mümkündür. Beləliklə, məhkəmə tərəflərin izahatlarının, şahid ifadələrinin və təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçı X3 istifadəsində olan 0.84 ha yonca sahəsinin məhs Cavabdeh mal qarası tərəfindən tükədilməsi və ya həmin yonca bitən sahədə Cavabdeh ona məxsus xırda buynuzlu heyvanlarını otarması faktı iddiaçı tərəfindən sübut edilə bilməmişdir. Məhkəmə iclası zamanı göstərilən ərazidə yonca əkinin bitməsi və həmin yoncaların hazırda tükənməsi müəyyən edilsə də, məhs cavabdehə məxsus iri və yaxırda buynuzlu heyvanları tərəfindən istifadə edilməsi sübuta yetirilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi, Xuluf kəndi, Qarasy adlanan ərazidə bitmiş yoncanın sərf edilməsinin və bunun nəticəsində iddaçıya zərər vurulmasının cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, zərərin məhz onun təqsiri üzündən baş verməsi, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilmir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı 810 manat maddi zərərin ödənilməsi tələbinə dair iddiası sübuta yetirilmədiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı X1 Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-391/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-391/2025
05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver