Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-396/2023 14.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 4.500 manat məbləğində maddi zərərin, 1.000 manat məbləğində mənəvi zərərin və 75 manat dövlət rüsumunun cavabdehdən alınması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə birlikdə 2008–ci ildə "xxxx" ASC–də işləmiş, 2013–cü ildə maaşı az olduğu üçün işdən çıxmışdır. İşdən çıxsa da, cavabdehlə normal münasibətləri olmuş və tez–tez əlaqə saxlamışdır. Sonralar cavabdehə "xxxx" ASC–də iş olarsa işləyəcəyini demişdir. Təxminən 2020–ci ilin sonlarında cavabdeh ona zəng edərək "xxxx" ASC–də elektrikçi vəzifəsi olduğunu, lakin işə girmək üçün 6.000 manat pul lazım olduğunu demişdir. O isə cavabdehə yalnız 4.500 manat verə biləcəyini demiş, cavabdeh də razılaşmışdır. İlkin olaraq cavabdehə 1.400 manat pul və sənədləri vermiş, təxminən 5–10 gün sonra isə cavabdeh zəng edərək qalan pulu verməli olmasını bildirmişdir. Bundan sonra isə cavabdehə 3.100 manat pul vermişdir. Cavabdeh qısa zamanda işə çıxacağını desə də, vədinə əməl etməmiş və onu işə düzəltməmişdir. Bir müddət sonra cavabdehin onu aldatmasını anlamış və pulunu geri tələb etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə onun pulunu qaytarmaqdan boyun qaçırmışdır. Bundan sonra cavabdehin barəsində polisə şikayət etmiş və barəsində cinayət işi açılmışdır. Nəticədə Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2022–ci il tarixli hökmü əsasında Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cinayət işinə baxılan zaman cavabdeh tərəfindən ona 4.500 manat maddi ziyan vurulması öz təsdiqini tapmışdır. Lakin cavabdeh həmin maddi ziyanı ödəməmişdir. Həmçinin, cavabdehin əməli nəticəsində mənəvi əzab, sarsıntı və stres keçirmiş, nəticədə mənəvi zərərə məruz qalmışdır. Cavabdeh ona dəymiş maddi və mənəvi ziyanı ödəməmiş, ona görə də məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 4.500 manat məbləğində maddi zərərin, 1.000 manat məbləğində mənəvi zərərin və 75 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh ona vurduğu zərərin əvəzini qaytarmaqdan imtina etmişdir. Halbuki, cavabdehin onu dələduzluq yolu ilə aldadaraq pulunu ələ keçirməsi öz təsdiqini tapmış və o, məhkəmənin müvafiq hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdehin qanunsuz hərəkəti nəticəsində əlverişsiz vəziyyətə düşmüş və ona maddi zərər dəymişdir. Eləcə də, cinayət nəticəsində mənəvi əzab, sarsıntı və stres keçirmiş, nəticədə mənəvi zərərə məruz qalmışdır. Cavabdeh ona dəymiş maddi və mənəzi ziyanı ödəməmiş, ona görə də məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 4.500 manat məbləğində maddi zərərin, 1.000 manat məbləğində mənəvi zərərin və 75 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, qanuni qüvvəyə minmiş məhkəmə qərarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2022–ci il tarixli 1(076)–45/2022 saylı hökmündən görünür ki, Cavabdeh tamah məqsədilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə İddiaçı aldadıb "xxxx" ASC–də işə düzəldəcəyini yalandan vəd verərək, sonuncunun 4.500 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh tamah məqsədilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə İddiaçı aldadıb "xxxx" ASC–də işə düzəldəcəyini yalandan vəd verərək, sonuncunun 4.500 manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Cavabdeh həmin əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmuş və Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2022–ci il tarixli 1(076)–45/2022 saylı hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM–in 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub–olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4–cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub– olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh cinayət hadisəsi nəticəsində iddiaçıya qarşı dələduzluq etməklə onun pulunu ələ keçirdiyinə görə təqsirli bilinərək cinayət məsuliyyətə cəlb olunmuşdur. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya qarşı dələduzluq etməklə aldadıb ələ keçirdiyi əmlakın dəyəri olan 4.500 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, həmçinin məhkəmənin qanuni qüvvədə olan hökmü ilə təqsirli hesab edildiyindən, heç bir hüquqi əsas olmadan əldə etdiyi əmlakın dəyəri olan 4.500 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 427–ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İddianın mənəvi zərərə görə 1.000 manat məbləğində pul tələbi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddianın həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququnun pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 2– ci bəndində göstərilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablada dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Göründüyü kimi qanunvericiliyin mənasından aydın olur ki, şəxsə mənəvi zərərə görə kompensasiya ödənilməsi nəzərdə tutulsa da, zərərçəkən şəxsin mənəvi sarsıntı və iztiraba məruz qalmasını sübut etməsi vacib şərt kimi önə çəkilmişdir. Qanunvericiliyin mənasına görə zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə, isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Buna baxmayaraq, işə məhkəmədə baxılarkən iddiaçının mənəvi sarsıntı keçirməsi, fiziki əzab çəkməsi sübut olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərə görə 1.000 manat kompensasiya tələbi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.–cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3–cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 4.500 manat məbləğində pul və 75 manat dövlət rüsumu alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.500 (dörd min beş yüz) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 75 (yetmiş beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilnməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-396/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-396/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver