Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-400/2024 14.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Məmmədovanın sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı borc pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat borc pulu və ödənilmiş 41 manat manat məbləğində dövlət rüsumunun, cəmi 2041 (iki min qırx bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh Beyləqan rayonunda tanıyıb və yaxın münasibətləri olmuşdur. Cavabdeh xx.xx.2021ci il tarixdə ondan 2000 (iki min) manat borc pul istəmişdir. Həmin vaxt o Cavabdeh 2000 (iki min) manat borc pul verib. Cavabdeh ondan 2000 (iki min) manat borc alması barədə öz xətti ilə qəbz yazaraq söz verib ki, aldığı 2000 (iki min) manat borc pulu yaxın vaxtlarda qaytarcaqdır. Lakin sonra Cavabdeh hər dəfə müxtəlif cür bəhanələr gətirərək, yaxın vaxtlarda aldığı 2000 (iki min) manat borcu qaytaracağını bildirərək onu aldatmışdır. Cavabdeh hazırda işləyir, hər ay təxminən 1300 manat əmək haqqı alır və 2000 (iki min) manat borc pulu qaytarmağa maddi imkanı var. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə çağırılsa da məhkəməyə gəlməmiş, həmçinin məhkəməyə ərizə göndərərək məhkəmə prosesində üzürlü səbəbdən, yəni gözündən əməliyyat olunduğuna görə iştirak edə bilməyəcəyini, onun iştirakı olmadan məhkəmə prosesinin keçirilməsinə etiraz etmədiyini, iddiasını müdafiə etdiyini və iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etmiş və izahat verərək iddianı qəbul etmədiyini, göstərilən iki min manatı çoxdan qaytardığını bildirmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyərək və iddiaçının ərizəsini və mülki işin digər materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş cavabdehin öz əl yazması ilə yazılmış və imzalanmış kağızdan görünür ki, “o, Cavabdeh xx.xx.1988-ci ildə Şəmkir rayonunda anadan olmuşam. Hazırda N saylı hərbi hissədə qulluq edirəm. İddiaçı borc olaraq iki min götürdüm. 3-4 aya qaytaracağıma söz verirəm”. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında olan yazılı razılaşmaya əsasən iddiaçı cavabdehə 19 mart 2021-ci ildə 2000 manat borc pul vermişdir. Cavabdeh iddiaçıya məxsus pulu qaytarmaqdan imtina edir. Pulu qaytarması barədə MPM 77.1-ci maddəsinə əsasən məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddiaçı cavabdehdən olan pullarını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 40 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-400/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-400/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver