Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4020/2025 04.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Rzazadə Leyla Elçin qızının katibliyi ilə İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan 23.320 (iyirmi üç min üç yüz iyirmi) manat pulun, eləcə də ödədiyi 159 (yüz əlli doqquz) manat dövlət rüsumunun alınıb ona verilməi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi uzun illərdir tanıyır və iş yoldaşı olmuşlar. Cavabdeh ona 2024-cü ilin mart ayında Dağıstan respublikasında istilikxana qurmaq işinin olduğunu bildirdi və iş sahibindən onun və yanında işləyən adamların pulunu özü alıb verəcəyi barədə razılaşmış daha sonra özündən başqa 6 nəfərlə Dağıstana getmişlər. Danışdıqları işə görə cavabdeh iş sahibindən onların pullarını hissə-hissə alıb verdimişdir. Borcu qaldığı üçün ona özünə aid sosial müavinat üçün verilən plastik kartını vermişdir. O, 4 ay müddətində hər ay 220 (iki yüz iyirmi) manat həmin kartdan pul götürmüş sonra cavabdeh həmin kartı bağlatmışdır. Nəticədə cavabdehin ona 23.320 (iyirmi üç min üç yüz iyirmi) manat borcu qalmışdır. O, yanında apardığı adamların pullarını vermişdir. Cavabdeh hal-hazıradək ona olan borcunu vermir. Müxtəlif bəhanələrlə boyun qaçırır. Belə ki, kredit götürüb verəcəyi və.s. bəhanələr. Təqdim etdiyi diskdə cavabdehin etirafı öz əksini tapır. Həmçinin ona məxsus olan kartın bağlanması barədə qəbzi də Məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etmədiyini bildirərək o, Rusiya Federasiyasının Dağıstan vilayətində qaynaqçı-usta kimi 10 ildən çoxdur işləyir. İddiaçını Arif adlı qonşusunun vasitəlsilə tanımışdır. Arif də onunla birlikdə Dağıstanda usta kimi işləyib istilikxana yığmaqla məşğuldur. Onlar işlədiyi yerdə başqa istilikxana sahibinə qaynaqçıusta lazım olduğuna görə onlara müraciət etmişdir. Həmin vaxt o da Arifə kürəkəni Niyaməddin işləmək istəyirsə çağırmasını bildirmişdir. Arif isə onun xasiyyətinin çətin olduğunu, o işləməyə gələrsə yola getməyəcəyini bildirmiş və ona özünün deməyini bildirmişdir. O da telefon vasitəsilə Niyaməddinə Dağıstanda qaynaqçı-usta axtardıqlarını, işləmək istəyib-istəməməsini soruşmuşdur. O da işə ehtiyacı olduğunu bildirmiş və bir neçə usta yoldaşı ilə oraya gəlmişdir. İddiaçını istilikxana sahibi Radiklə tanış etmişdir. İstilikxana sahibi Radik isə onların zəhmət haqqını tam şəkildə vermişdir. Niyaməddin getdiyi ustalarla mehmanxanada qalıb, orada gündəlik yemək yediklərindən əlavə xərcləri çıxmışdır. O Azərbaycana qayıtdıqdan sonra həmin pulu ondan tələb etməyə başlamışdır. Halbuki, Niyaməddinin və digər ustaların zəhmət haqqı orada verilmişdi. O, Niyaməddini Rusiyaya işləməyə çağırsa da, ona zəhmət haqqını o yox istilikxana sahibi verməli idi və həmin pulu da istilikxana sahibi ona ödəmişdir. Buraya gələndən sonra Niyaməddin dəfələrlə onun və ailəsinin üstünə gəlib onlardan pul tələb etdiyi üçün ona həmyerli olduqlarından ordakı ziyanlığına kömək edəcəyini bildirmişdir. İddiaçıya 2000 manata qədər köməklik etmək fikrində olmuşdur. Hətta ona heç bir pul öhədliyi olmadığı halda 1600 manata yaxın pul ödəmişdir. Lakin, Niyaməddin ondan daha çox pul tələb etməyə başlamışdır. Halbuki, iddiaçı ona borc pul verməyib, nə də ki mənə məxsus istilikxanada işləməyib. O hətta onun evinə basqına belə gəlmişdir. İddiaçıya Dağıstanda işləməsinə görə pul verəcəyi barədə aralarında hər hansı razılaşma və öhdəlik olmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 ifadəsində bildirdi ki, o, cavabdehlə heç bir düşmənçilik və ədavəti yoxdur, iddiaçının həyat yoldaşıdır. Cavabdeh telefon zəngi edərək ona iş təklifi etmiş, və Niyaməddini Rusiya Federasiyası Dağıstan vilayətinə aparmışdır. İstilikxananın quraşdırılması ilə bağlı danışıqlardan məlumatı yoxdur. Cavabdehin yoldaşına 23000 manat borcu var. Yoldaşı cavabdehə 3 ay vaxt vermişdir, lakin cavabdeh borcunun ödəməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, cavabdehlə heç bir düşmənçilik və ədavəti yoxdur, iddiaçı onun kürəkəni, cavabdeh isə onun qonşsudur. O, həyat yoldaşı ilə birlikdə Rusiya Federasiyası Dağıstan vilayətində yaşayır. Dağıstanda aşpaz işləyir. Dağıstanda olan zaman həyat yoldaşı və Cahid qərara gəlmişlər ki, təzə istilikxananın tikilməsinə Niyaməddinə təklif etsinlər. Niyaməddin Dağıstanda istilikxana qurmaq işlərini görməli idi. Danışıqlar zamanı orada olmuşdur. İşlərin görülməsinə Radik adlı şəxs nəzarət etmişdir. Pul barəsində özləri razılaşmışlar və məbləğdən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, iddiaçı onun oğludur. Mübahisəli işlə bağlı bütün söhbətlər onun evində olmuşdur. Görüntülü telefon danışıqları zamanı cavabdeh Niyaməddini razılığa gətirmişdir. Niyaməddinin görəcəyi işlərə cavabdeh olduğunu və əmək haqqısını özü alıb verəcəyini bildirmişdir. İddiaçının Dağıstanda kimin işini görəcəyi ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 ifadəsində bildirdi ki, iddiaçının iş yoldaşıdır, 08 mart 2024-cü ildən bəri onunla bir yerdə işləyir. Dağıstanda işləməklə bağlı ona təklifi Niyaməddin etmişdir. İstilikxananın tikintisi ilə bağlı məbləğin razılaşmasında olmuşdur. Razılaşma Niyaməddin və Oktay kimi tanıdığı Cahid arasında olmuşdur. X6bağında öz aralarında razılaşaraq, Radikin yanına getmişlər. Razılaşdıqları məbləğ 1milyon 100 min rubl təşkil edir. 3750 manatla bağlı razılaşmada olmuşdur. X4 ödəməli, Niyaməddinə də Cahid ödəməlidir, Cahid isə pulu Radikdən almalı idi. Lakin ödənişin Radik tərəfindən ödəniləcəyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X1 Elçin Eldar oğlu ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan telefon danışıqlarına dair səsyazmaların yazıldığı DVD diskin tədqiqindən görünür ki, həqiqətən də cavabdehin iddiaçıya borcu olmuşdur, lakin cavbdehin öhdəsinə götürdüyü məbləğ 3500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı Şəmkir Rayon Məhkəməsinin hesabına 160 manat vəsait ödəmişdir. İş materiallarında olan foto şəkillərdən görünür ki, tərəflər arasında pul məbləği ilə bağlı razılaşma Rusiya Federasiyası Dağıstan Federasiyasında olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə:752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə:753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə:762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Maddə:762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Maddə:769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Maddə: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə: 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə: 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə: 782.3. Əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını, cavabdehi, və şahidlərin dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,işin faktiki hallarından müəyyən olnur ki,hazırki mübahisəyə dair Cavabdeh iddiacı İddiaçı Dağıstan Respublikasında Radik adlı şəxs üçün istilikxana sisteminin quraşdırılmasını təklif etmiş İddiaçı isə həmin işlərin görülməsiylə razışmış və həmin işlərin Radik adlı şəxs üçün görüləcəyini bilmişdir.Hazırki mübahisəylə bağlı məhkəmə hesab edir ki,iddiacı İddiaçıla Radik adlı şəxs arasında podrat müqavilə münasibətləri olmuş Cavabdeh isə həmin müqavilənin bağlanması məqsədiylə vasitəçi qismində iştirak etmiş və Radik adlı şəxsin tapşırığı əsasında iddiacı İddiaçı podrat münasibətlərinə daxil olması təklif edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi formalaşdırdığı hüquqi mövqeyə görə: Subyektiv hüquq üç elementdən ibarətdir: Öz hərəkətlərinə hüquqi ixtiyar; Digər şəxsdən tələb hüququ; Müdafiə hüququ. İkinci və üçüncü element yalnız birinci element mövcud olduqda yaranır. Hazırki işin hallarından müəyyən olur ki Dağıstan Respublikasında Radik adlı şəxs üçün istilikxana sisteminin quraşdırılması barədə podrat münasibətləri iddiacı İddiaçılə Cavabdeh arasında deyl İddiaçılə Radik adlı şəxs arasında bağlanmışdır ki,belə olan halda İddiaçı Cavabdeh tələb hüququnun (ikinci element) mövcudluğu yəni 23.320 manatın 19.820 manata aid olan hissəsi hüquqi əsasını tapmır, belə olan halda müdafiə hüququnun da mövcudluğu aradan qalxmış olur. Hazırki işin hallarından görünür ki,İddiaçı tərəfindən istilikxana sisteminin quraşdırılması işləri Radik adlı şəxsə məxsus yerdə görülüb və ödənişlər Radik adlı şəxs tərəfindən Cavabdeh vasitəsiylə iddiacı İddiaçı verilib, Cavabdeh isə yalnız tərəflərin podrat münasibətlərinə daxil olması məqsədiyəl əlaqələndirici (vasitəçi) rol oynayıb. Qeyd edilən hallara əsasən podratın sifarişçisi Radik adlı şəxsdir belə ki,İşstilikxana sisteminin quraşdırılması onun mənafeyi üçün görülüb,ödəniş faktiki olaraq onun vəsaiti hesabına aparılıb,Cavabdeh münasibətdə isə hər hansı varlanma və zənginləşmə baş verməyib yəni onun mənafeyi üçün hər hansı iş görülməyib.Belə olan halda podrat müqaviləsinin yerinə yetirilməsinə dair muzd ödəmək öhdəliyidə Radik adlı şəxsə məxsus olmuş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Cavabdehlə Radik adlı şəxs arasında olan hüquq münasibəti isə tapşırıq müqaviləsinin elementlərinə xarakterikdir belə ki,Cavabdeh istilikxana sisteminin quraşdırılması ilə bağlı danışıqları Radik adlı şəxsin tapşırığı ilə həyata keçirmiş və görülən işin müqabilində ödənişlər hissə-hissə Radik adlı şəxs tərəfindən ödənilmişdir. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Mülki Məcəllənin 782.3-cü maddəsinə əsasən əgər vəkalət alan vəkalət verənin hesabına öz adından üçüncü şəxslərə qarşı tələb hüquqları əldə etmişdirsə, bu hüquqlar vəkalət verənə öz növbəsində onun tapşırıq müqaviləsi üzrə hüquq münasibətlərindən irəli gələn bütün öhdəlikləri icra etməsindən sonra keçir. Məhkəmə iclasında tədqiq olunan səs yazısından məlum olur ki, Cavabdehlə İddiaçı arasında olan telefon danışığı zamanı Cavabdeh ona 3500 manat borcunun olmasını etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki,tərəflər yalnız hazırki iş üzrə mülki hüquq münasibətlərinə daxil olduğundan (tərəflər arasında başqa mülki hüquqi münasibət olmadığından) Cavabdeh etiraf etdiyi 3.500 manat pul məbləği vasitəçi kimi öz üzərinə götürdüyü qalıq öhdəliyi göstərir. Burada artıq subyektiv hüququn birinci elementinin mövcudluğu yaranmış olur belə ki,həmin borcun Cavabdeh özünə aid olduğunu qəbul etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi mülki işlərdə xüsusilə vurğulayır ki: Məhkəmə qərarı əsaslandırılmış olmalıdır,sübutlar obyektiv və məntiqi qiymətləndirilməlidir,mübahisənin predmeti ilə bağlı hüquqi kvalifikasiya aydın göstərilməlidir. Məsələn, Hirvisaari Finlandiyaya qarşı işdə məhkəmə qeyd etmişdir ki, milli məhkəmələr iddianın hansı hüquqi əsasla təmin və ya rədd edildiyini açıq göstərməlidir. Qeyd edilməsi zəruridir ki, mülki hüquq nəzəriyyəsi baxımından “Obligatio inter partes”prinsipinə görə öhdəlik yalnız tərəflər arasında qüvvədədir əgər şəxs müqavilənin tərəfi deyilsə, o, həmin müqavilədən irəli gələn öhdəliyə görə məsuliyyət daşımır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilməli, ümumilikdə 3500 manat məbləğində pul vəsaiti Cavabdeh alınıb İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 159 manat dövlət rüsumunun 25 manata aid hissəsi cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3500 ( üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 25 (iyirmi beş) manat pul vəsaiti alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 134 (yüz otuz dörd) manat hissəsi iddiacıya aid edilsin İddia qalan hisssədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-4020/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4020/2025
04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver