Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-411/2024 06.11.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona dəymiş ziyana görə 1750 (min yeddi yüz əlli) manat məbləğində pulun, qüsur aktının tərtib olunması üçün ödədiyi 50 (əlli) manat xidmət haqqının və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun X1 alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində Şəmkir şəhəri, Səməd Vurğun küçəsində MAZ 5549 YÜK markalı, 09BG942 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozaraq avtoqəza törətmiş, nəticədə onun idarə etdiyi Toyota Prius markalı **-NU-*** dövlət qeydiyyat nişanlı, Albalı metal rəngli avtomobil 1750 (min yeddi yüz əlli) manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə Şəmkir RPŞ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh 40 manat məbləğində cərimə edilmişdir. Vurulmuş ziyanın ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin, hal-hazıra kimi cavabdeh ona vurulmuş ziyanın ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Hesab edir ki, cavabdeh törətdiyi avtoqəza nəticəsində ona dəymiş ziyanı tam ödəməyə borcludur. Dəymiş ziyan 1750 manatdır. Bundan başqa, o ziyanın hesablanması və qüsur aktının tərtib olunması üçün Gəncə «Avtomotoservis ve ticarət» müəssisəsinə 50 manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün 38 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğlərin də ona ödənilməsini istəyir. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən ona dəymiş ziyana görə 1750 (min yeddi yüz əlli) manat məbləğində pulun, qüsur aktının tərtib olunması üçün ödədiyi 50 (əlli) manat xidmət haqqının və ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun X1 alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirdi ki, iddiaçıya dəymiş ziyanına görə 800 manat ödəməyi bildirsə də razı olmamışdır. Avtomobildəki maddi zərər iddiaçının iddia ərizəsində qeyd etdiyi məbləğ qədər deyil. Bu səbəbdən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəmkir şəhəri S.Vurğun küçəsində Cavabdeh MAZ 5549 Yük markalı 09BG942 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində Azəraycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta törətmiş və sonuncunun barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 45/10 saylı Gəncə “Avtomotoserviz və ticarət müəsisəsinin qüsur aktından görünür ki, “Toyata Prius” markalı **-NY-*** nömrəli avtomobilə 1750 (min yeddi yüz əlli) manat maddi zərər toxunulmuşdur. İş materialında olan 3-16-16/2-9/3822/2024 nömrəli xx.xx.2024-cü il tarixli Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş "xxxx" İB Gəncə Müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən 2007-ci il buraxıllı, “Toyota” markalı, “Prius” model, **- NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1750,00 manat müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti 1010,00 manat, təmir-bərpa işlərinin qiyməti-740,00 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırki mülki iş üzrə Cavabdeh idarə etdiyi avtomobillə əksistiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozara avtoqəza törətməsi, avto qəza nəticəsində İddiaçı idarə etdiyi avtomobilə maddi ziyan dəyməsi işin mübahisəsiz halıdır. Bununla da iddiaçı avtomobilə dəymiş ziyanın əvəzinin 1750 manat pulun cavabdehdən tutularaq ona verilməsini tələb edir. Cavabdeh isə etirazında avtomobilə dəymiş ziyanın 1750 manat deyil, 715 manat olmasını əsas gətirərək iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehdən vurulmuş real zərərin əvəzini tələb etmişdir. İddiaçı tərəfindən həmin zərərin miqdarının müəyyən edilməsi üçün mütəxəssis tərəfindən tərtib edilmiş qüsur aktı təqdim edilmiş, cavabdeh həmin aktda göstərilən zərərin məbləğini mübahisələndirmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspert isə zərərin miqdarını 1750.00 manat müəyyən etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi daha ətraflı araşdırmanın nəticəsi olduğundan mötəbər sübut kimi qəbul edilməlidir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş ziyana görə 1750.00 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh vurulmuş ziyana görə 1750.00 manat (bir min yeddi yüz əlli) manat pul alınıb İddiaçı verilməlidir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 38 manat dövlət rüsumunun əvəzi, qüsur aktının təqdim edilməsi üçün ödənilmiş 50 manat iddiaçının xeyrinə, 50 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 1750.00 manat (bir min yeddi yüz əlli) manat məbləğində pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz manat) manat və qüsur aktının təqdim edilməsi üçün ödənilmiş 50 (əlli) manat pul tutularaq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK- CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-411/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-411/2024
06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver