Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4138/2025 07.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi, Əmiraslanova Esmira Sarif qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi X1 , Cavabdeh, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Tapdıq oğlundan 24.000 (iyirmi dörd min) manat pulun, eləcə də ödədiyi 162 (yüz altmış iki) manat dövlət rüsumunun alının ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə yaxın qohumdur və uzun illərdir normal münasibətləri olub. 2017-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində cavabdeh ondan 9.000 ABŞ dolları borc pul alıb. Həmin pulun 1.800 ABŞ dollarını qaytarmış 7.200 ABŞ dolları borcu qalmışdır. Həmin pulu qaytara bilmədiyi üçün ona Gədəbəy rayonu Slavyanka kəndində yerləşən özünə məxsus 0.12 ha həyətyanı torpaq sahəsini təklif etmiş və o da qəbul etmişdir. xx.xx.2017-ci il tarixdə ona torpağa dair çıxarışın əslini və qardaşı X1 adına 660 illik ümumi etibarnamə vermişdir. onlar qohum olduqları üçün münasibətləri normal olduğu üçün cavabdehə inandığı üçün torpağı öz adına sənədləşdirməyə tələsməmişdir. Onlar həmin torpaq sahəsində işlər görmüşlər. 2025-ci ildə onlar torpağı sənədləşdirmək istəyəndə onalra məlum olmuşdur ki, Cavabdeh qardaşının adına verdiyi etibarnaməni ləğv elətdirib. O cavabdehdən dəfələrlə 0.12 ha həyatyanı torpaq sahəsinin hazırkı qimyəti ilə 24.000 (iyirmi dörd) min manat tələb etsə də cavabdeh həmin pulu ona vermir. Ona görə də hazırkı iddia məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh götürdüyü öhdəliyi yerinə yetrimir, belə ki, sənədlərin ona əslini təqdim edib və qardaşına etibarnamə verib. Hazıda əsassız varlanmaq istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 pul verilən zaman onların yanında olmadığını pulun miqdarını bilmədiyini sadəcə qardaşının verdiyi etibarnamə əsasında məhkəmə iclasında iştirak etdiyini və işlə bağlı şahid gətirdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o burada olmuşdur, Rusiya Federsiyasında olmamışdır. Onun əli pula dəyməyib, torpağı onun dostu Ayaz onun adına almışdır. Dostuna olan borca görə torpaq sahəsini veriblər. Dostuna pul çatmadığına görə etibarnaməni ləğv etmşdir. Odur ki qərar qəbul edərkən qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X3 işdə iştirak edən tərəflərə hər hansı ədavət və düşmənçiliyi olmadığını bildirərək izahatında bildirmişdir ki, onlar İmaməliyə borc qarşılığında pul yox torpağı veriblər. 2013 -cü ildə bacısı xəstələndiyi üçün atası qohum əqrəbədən borc almış o cümlədən İmaməlidən. Borcun miqdarını bilmir təxminən atası tərəfindən 2013-2014-cü illərdə aldığını bildirdi. Cavabdeh pul verilmədiyini və torpaq sahəsini isə Ayaz adlı oğlanla şərikli aldığını və daha sonra atasının məsləhəti ilə borclarının qarşılığında 60 illik etibarnamə əsasında İmaməliyə vermişlər. Daha sonra Vüsal tərəfindən etibarnamə ləğv olunmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və şahidin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından 2400 manat məbləğində borcun verilməsi halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə baxışında müəyyən edildi ki, iddiaçı cavabdehə 24000 manat məbləğində pul borc verdiyini iddia etsə də, bunu sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. İddiaçı ilə cavabdehə aralarında yazılı və ya şifahi borc müqaviləsinin olmasını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və cavabdehlərə 24000 manat pulu verməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən isə iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişlər. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İstinad olunan məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd olunan maddi hüquq normasının məzmunundan görünür ki,tərəflər arasında öhdəlik münasibətlərinin yaranması əsaslarından biri onların arasında müqavilənin olması halıdır ki,işin faktiki hallarından iddiaçı ilə cavabdeh arasında hazırki mübahisədə qeyd olunan məbləğə münasibətdə borc müqaviləsinin bağlanmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Avropa Məhkəməsinin X2rşı işində (14448/88,xx.xx.1993-cü il) məhkəmə qeyd etmişdir ki,tərəflər sübutların təqdim edilməsi baxımından bərabər imkanlara malik olmalıdır,lakin sübut təqdim edilməməsi nəticələrə səbəb ola bilər Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı işdə (13942/88,xx.xx.1993-cü il) məhkəmə qeyd etmişdir ki,məhkəmələr qərarlarında tərəflərin arqumentlərinə əhəmiyyətli cavab verməli və sübutların yetərsizliyi halında bunu açıq şəkildə göstərməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, Qətetdi: İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş 162 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli
Məhkəmə qərarları › İş №2(076)-4138/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4138/2025
07.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver