Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-4143/2025 11.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh bu günə qədər yığılmış 5503 (beş min beş yüz üç) manat borcun, kredit müqaviləsi bağlananadək ödəyəcəyi 749 manat pulun, 583 əyyar, cəmi 13 qram qızıl əşyalarının -5.6 qram boyunbağının, 3.5 qram üzüyün və 3.8 qram sırğanın və ya onların dəyərinin 1820 manat pulun və ödənilmiş 100,72 (yüz manat yetmiş iki qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək: -Cavabdeh bu günə qədər yığılmış 6.252 (altı min iki yüz əlli iki) manat borcun tutulub ona ödənilməsi; -583 əyarlı, ümumi çəkisi 13 qram olan qızıl əşyaların - 5.6 qram boyunbağı, 3,5 qram üzük və 3.8 qram sırğanın naturada qaytarılması, bu mümkün olmadıqda isə onların bazar dəyərinin tutulub ona ödənilməsi; -ödənilmiş 100.72 (yüz manat yetmiş iki qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizənin xahiş etdim hissəsində tələb etdiyi qızıl-zinət əşyalarının dəqiq qiymətini göstərməmişdir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, 583 əyarlı, ümumi çəkisi 13 qram olan qızıl əşyaların - 5.6 qram boyunbağı, 3,5 qram üzük və 3.8 qram sırğanın naturada qaytarılması, bu mümkün olmadıqda isə onların bazar dəyərinin tutulub ona ödənilməsi tələb edir. Odur ki, işin tam, hərtərəfli və obyektiv araşdırılmasında mühüm əhəmiyyət kəsb etdiyindən, göstərilən məlumatların qeyd olunması ilə bağlı iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməsi təklif olunmuş, lakin iddiaçı həmin ərizədə də qızılzinət əşyalarının qiymətini göstərməmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahatında göstərdi ki, qızıl-zinət əşyalarının bazar qiymətini bilmədiyi və həmçinin bazar qiyməti dəyişdiyi üçün qızıl-zinət əşyalarının dəqiq qiymətini göstərməmişdir. Hazırda isə qızıl-zinət əşyalarının dəqiq qiymətini göstərmək istəmir. Məhkəmə iclası zamanı Cavabdeh mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə ГЯРАРААЛДЫ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-4143/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-4143/2025
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver