Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4151/2025 03.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 929 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir şəhərində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Şəmkir şəhərində yaşayır. 2024– cü ilin sonlarına kimi geyim əşyalarının satışı ilə məşğul olmuşdur. Cavabdeh X4 vasitəsilə bir neçə ildir ki, tanıyır. Belə ki, Rəna Aslanova ilə aralarında ailəvi gediş–gəliş olmuşdur. Rəna Aslanova daim ondan nisyə geyim əşyaları almış, hissə–hissə pulunu qaytarmışdır. Həmçinin, onun qızı İlhamə də ondan nisyə geyim əşyaları almış, hissə–hissə pulunu qaytarmışdır. Lakin sonradan nə Rəna, nə də qızı İlhamə nisyə aldıqları malın dəyərini tam şəkildə ödəməmişlər. Hazırda cavabdehin 2024–cü ilin sentyabr, oktyabr və noyabr ayında ondan nisyə aldığı geyim əşyalarının dəyərinə görə 929 manat borcu vardır. Dəfələrlə telefon vasitəsilə pulunu tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 929 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ondan cəmi dəyəri 929 manat təşkil edən geyim əşyalarını nisyə almış, pulunu hissə–hissə qaytaracağını demişdir. O da cavabdehə inanmış və nisyə geyim əşyalarını satmışdır. Belə ki, əvvəllər də həm cavabdehə, həm anasına nisyə geyim əşyaları satmış, onlar isə pulunu ödəmişlər. Lakin cavabdeh 2024–cü ilin sentyabr, oktyabr və noyabr ayında ondan nisyə aldığı geyim əşyalarının dəyəri olan 929 manat məbləğində pulu qaytarmaqdan imtina etmişdir. Dəfələrlə pulunu tələb etsə də, cavabdeh onun pulunu qaytarmamış, əksinə onu təhqir etmişdir. Artıq cavabdehlə bacara bilməmiş, bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, Cavabdeh 929 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, o, İddiaçı heç vaxt nisyə mal almamışdır. X1 iddiaçıdan nisyə mal almış, həmin pulu hissə–hissə qaytarmışdır. X4 iddiaçıya qalan borcuna görə artıq məhkəmə qətnaməsi çıxarılmışdır. İddiaçı hazırda əsassız olaraq ondan pul tələb edir. O, anasının aldığı malların pulundan da anası Rusiyadan göndərdikcə iddiaçıya vermişdir. Özü iddiaçıdan heç bir məbləğdə nisyə mal almamışdır. Hazırda iddia tələbini qəbul etmir və iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan nisyə dəftərindən çıxarışdan görünür ki, iddiaçı tərəfindən həmin dəftərdə “İlhamənin aldığı malın cəmi dəyəri 929 manatdır” sözləri yazılmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025–ci il tarixli, 2(076)– 3441,2025 saylı qətnaməsindən görünür ki, cavabdeh X2 4.462 manat pulun və 67 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehə 929 manat dəyərində nisyə geyim əşyalarının verilməsini və həmin pulun cavabdeh tərəfindən qaytarılmamasını sübutetmə yükü iddiaçının üzərinə düşür. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997–ci il tarixli qərarının 50– ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı Cavabdeh 2024–cü ilin sentyabr, oktyabr və noyabr ayında ondan nisyə aldığı geyim əşyalarının dəyəri olan 929 manat məbləğində pulu qaytarmamasını iddia etmişdir. Cavabdeh isə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, ona qarşı irəli sürülmüş iddianı qəbul etməmişdir. Bu səbəbdən məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və təqdim olunmuş sübutlar əsasında araşdırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 600.1–ci maddəsinə əsasən alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1–ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə–hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə–hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı–satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4–cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, tərəflər arasında 929 manat məbləğində geyim əşyalarının nisyə satılmasına dair müqavilə bağlanması müəyyən edilməmişdir. Belə ki, iddiaçı 929 manat məbləğində geyim əşyalarını cavabdehə nisyə satdığını iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini təsdiq edən sübutlar təqdim etməmiş, heç bir sübuta dayanmayan formal mülahizə əsasında iddianı əsaslandırmağa çalışmışdır. Cavabdeh tərəf isə irəli sürülmüş iddianı qəbul etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəməyə nisyə dəftərindən çıxarış və səs yazıları olan CD disk təqdim etsə də, həmin nisyə dəftərindən çıxarışda cavabdehin nisyə alqı–satqı ilə bağlı hər hansı öhdəlik götürməsinə dair qeyd yazılmamış və ya imzalanmamışdır. CD diskdəki səslərin isə məhz cavabdehə məxsus olması müəyyən edilməmişdir. Nəzərə alınsa ki, CD diskdəki səslər məhkəmə tərəfindən dinlənilmiş, lakin oradakı səsin cavabdehə məxsus olması, habelə cavabdehin iddiaçıdan 929 manat məbləğində geyim əşyalarını nisyə alması ilə bağlı etirafedici səsləri müəyyən edilməmişdir. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla da iddiaçının 929 manat məbləğində geyim əşyalarını cavabdehə nisyə satması iş materialları ilə təkzib edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 124.2–ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməmiş iddiaçıdan alınır. Həmin Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(076)-4151/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4151/2025
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver