Məhkəmə qərarları › İş №2(076)-42/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-42/2023

31.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-42/2023 31.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Türkan Qulu qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5642 (beş min altı yüz qırx iki) manat məbləğində maddi zərərin və 76.42 (yetmiş altı manat qırx iki qəpik) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər tanımamış və onunla heç bir ədavəti və narazılığı olmamışdır. O, ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə hasar çəkdirmək istəmiş, ona görə də tanışları vasitəsi ilə Cavabdeh hasar çəkmək üçün gətirmişdir. O hasarı hörmüş, onlara tam təhvil verəcəyini bildirmişdir. Hasarı hörmək üçün onlar 1 ədədi 78 qəpik olan 2400 ədəd Talış kubiki almışlar. Ümumilikdə kubiklərə 1872 manat pul ödəmişdir. Həmin kubiklərin bir ədədini kəsdirmək üçün isə hər biri üçün 70 qəpik olmaqla ümumilikdə 1680 manat pul ödəmişdir. Cavabdeh hasarı hörməyə başlamışdır. Cavabdeh işlədiyi müddətdə ona zəhmət haqqı olaraq 2090 manat pul ödəmişdir. Cavabdeh ondan gördüyü işdən əlavə də pul almışdır. Lakin, o sonra cavabdehin hasarı düzgün hörmədiyini, hörülmüş kubikləri yararsız hala saldığını görmüş, ona görə də cavabdehə iradını bildirdikdə, o işini yarımçıq qoyaraq çıxıb getmişdir. O dəfələrlə cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlayaraq, həmçinin tanışları vasitəsi ilə söz göndərərək, gəlib qüsurları aradan qaldırmağını, yararsız hala saldığı kubiklərin dəyərini ödəməsini, artıq ödədiyi zəhmət haqqını geri ödəməsini tələb etsə də heç bir nəticəsi olmamışdır. Cavabdeh onun maddi imkanı olmadığını bildirərək ona dəymiş ziyanı ödəməkdən boyun qaçırır. Ona görə də o məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında səhhəti ilə əlaqədar iştirak edə bilmədiyini, iddia tələbini müdafiə etdiyini qeyd edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirlməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, 10/7945 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, İddiaçı məxsus Şəmkir şəhəri, G.Əsədov küçəsində yerləşən torpaq sahəsinin sərhədinə inşa edilmiş hasarın ümumi dəyəri təqribən 2020,0 manat məbləğində olduğu və İddiaçı məxsus Şəmkir şəhəri, G.Əsədov küçəsində yerləşən torpaq sahəsinin sərhədinə çəkilmiş hasarın uzunluğu və hündürlüyü boyunca əyriliklərin olduğunu nəzərə alaraq, sözügedən hasarın tikinti-texnologiyalarına uyğun hazırlanmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Cavabdeh tərəfindən İddiaçı məxsus Şəmkir şəhəri, G.Əsədov küçəsində yerləşən həyətyanı torpaq sahəsinin sərhəddinə hasar inşa edilmişdir. xx.xx.2023-cü il tarixli, 10/7945 saylı ekspert rəyinə əsasən inşa edilmiş hasarın ümumi dəyərinin 2020.0 manat məbləğində olduğu və hasarın tikinti-texnologiyalarına uyğun hazırlanmadığı müəyyən edilmişdir. Bununla da Cavabdeh tərəfindən İddiaçı maddi ziyan dəymişdir. İddiaçı vurulmuş ziyanı tələb etsə də, cavabdeh iddiaçıya vurmuş olduğu maddi zərəri ödəməmişdir. Məhkəmə iddianın hüquqi əsası ilə bağlı qeyd edir ki, iddiaçının tələbi görülmüş təmir işlərinə görə vurulmuş ziyanla bağlı olduğundan həmin münasibətlərə mülki qanunvericiliyin podrat müqaviləsindən yaranan münasibətlərini tənzimləyən normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində Cavabdeh ona məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş hasara görə ona 5642 manat məbləğində maddi ziyan vurduğunu göstərmiş olsa da, iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus həyətyanı torpaq sahəsində inşa edilmiş hasara görə iddiaçıya 2020 (iki min iyirmi) manat məbləğində maddi ziyan vurduğu öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş üzrə 50 (əlli) manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı və ödənilmiş 78 manat dövlət rüsumunun 27.96 (iyirmi yeddi manat doxsan altı qəpik) manatı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 2020 (iki min iyirmi) manat maddi ziyan, 27.96 (iyirmi yeddi manat doxsan altı qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, 50 manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Cavabdeh, 25 (iyirmi beş) manatı İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin dövlət büdcəsindəki hesabına keçirilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2020 (iki min iyirmi) manat maddi ziyan və 27.96 (iyirmi yeddi manat doxsan altı qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İş üzrə 50 manat ekspertiza xərcinin 25 (iyirmi beş) manatı Cavabdeh, 25 (iyirmi beş) manatı İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin dövlət büdcəsindəki hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar