Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4217/2025 29.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona verməli olduğu 2500 (iki min beş yüz) manat məbləğdə pulun və ödədiyi 50 (əlli) manat məbləğdə dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə münasibətləri yaxşı olmuşdur. Ona görə də o Cavabdeh inanmış, odur ki, cavabdeh 2025-ci ildə ona bəyəndiyi avtomobil olduğu və almaq istədiyini, lakin pulu çatmadığını bildirərək ona 4 ay müddətinə borc olaraq 2500 (iki min beş yüz) manat məbləğdə pul verməyini xahiş etmişdir. O, ona verməyə pulu olmadığını bildirmişdir. Daha sonra cavabdeh ondan xahiş etmişdir ki, o öz adına kreditlə 2500 manat pul götürüb ona versin və həmin pula görə banka ödəməli olduğu kredit borcunu qısa müddət də ödəyəcəyini öhdəsinə götürmüşdür. Odur ki, cavabdehə inanaraq o lombarddan 2500 (iki min beş yüz) manat məbləğdə pul götürüb cavabdehə vermişdir. Cavabdeh həmin pulun kredit borcunu özü ödəcəyinə dair öz aralarında şifahi qaydada razılaşaraq müqavilə bağlayaraq cavabdeh üzərinə öhdəlik götürmüşdür. Lakin öhdəliyə əməl etməmişdir. Belə ki, dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh kredit borcunu və ya lombarddan götürüb borc olaraq ona verdiyi 2500 (iki min beş yüz) manat məbləğdə pulu qaytarıb verməkdən imtina etmişdir. Ona görə cavabdehin ona borclu olduğu pulu verməsi tələbinə dair məhkəmədə iddia qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, o 2025-ci ilin yay ayında kredit götürərək 2500 manat borc vermişdir. Cavabdeh avtomobil almaq üçün ondan borc almışdır. Hər ay kredit ödənişini cavabdeh öz üzərinə götürmüş, lakin heç bir ödəniş etməmişdir. O cavabdehdən dəfələrlə pulu tələb etsə də, cavabdeh ona olan borcunu ödəməmişdir. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş “İNCİ GOLD LOMBARD” tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı 12 ay müddətinə 4940 manat kredit verilmiş, İddiaçı isə krediti xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş votsap yazışmalarından görünür ki, tərəflər pul ilə bağlı bir-biri ilə ünsiyyətdə olmuşlar və iddiaçı cavabdehdən borcun qaytarılmasını tələb etmiş, cavabdeh isə pulu qaytaracağını bildirmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazılarından görünür ki, cavabdeh iddiaçıya olan borcunu qaytaracağını bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş süubutlarla İddiaçı Cavabdeh 2500 manat məbləğində borc pul verməsi halı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə (mübahisəli hüquq münasibətinin yarandığı dövr üçün qüvvədə olan norma) görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibət borc müqaviləsindən irəli gəlir. Tərəflər arasında işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi formada borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Belə ki, iddiaçı cavabdehə 2025-ci ildə qaytarmaq şərti ilə 2500 manat məbləğində pul vermiş, cavabdeh sözügedən məbləğdə puldan heç bir məbləğdə pul qaytarmamışdır. Odur ki, iddiaçı mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı tərəfindən cavabdehə 2500 manat məbləğində pulun verilməsi və həmin məbləğdən heç bir məbləğdə pul qaytarılmaması öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2500 (iki min beş yüz) manat məbləğində pul cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat pul və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-4217/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4217/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver