Məhkəmə qərarları › İş №2(076)-428/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-428/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-428/2023 27.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021–ci il tarixdə Cavabdeh etibarnamə əsasında 5.000 manata X5 məxsus “VAZ–21074” markalı 36–BK–245 dövlət qeydiyyat nişanlı avtomobili ona vermişdir. Sonradan Şəmkir Rayon Məhkəməsindən məktub gələndə bilmişdir ki, cavabdeh ondan aldığı pulu avtomobilin ilkin sahibi X5 verməmişdir. Bu səbəbdən məhkəmənin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə avtomobilin ondan alınıb Mehman Məmmədova verilməsi qət edilmişdir. Bundan sonra cavabdehdən 5.000 manat pulunu tələb etsə də, sonuncu onun pulunu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh 5.000 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X6 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı onun doğma oğludur. Cavabdeh Ramin X1 məxsus “VAZ– 21074” markalı 36–BK–245 dövlət qeydiyyat nişanlı avtomobili 5.000 manat müqabilində oğlu Elşənə vermiş, həmçinin cavabdeh oğluna 1 il müddətinə etibarnamə vermişdir. Lakin maddi imkanları olmadığından avtomobili öz adlarına rəsmiləşdirə bilməmişlər. Sonradan Şəmkir Rayon Məhkəməsindən evlərinə bildiriş gəlmiş və məlum olmuşdur ki, avtomobilin ilkin sahibi X8 təmsil etdiyi şəxsi məhkəməyə vermişdir. Həmçinin, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh oğluna verdiyi avtomobilin müqabilində aldığı 5.000 manat pulu Mehman Məmmədova verməmiş, bu səbəbdən sonuncu onun oğlunun məhkəməyə verərək avtomobili tələb etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə avtomobilin təmsil etdiyi şəxsdən alınıb Mehman Məmmədova verilməsi qət edilmişdir. Bundan sonra oğlu dəfələrlə cavabdehə müraciət edərək verdiyi 5.000 manat pulu tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən iddiaçı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh 5.000 manat pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, həqiqətən xx.xx.2021–ci il tarixdə Cavabdeh etibarnamə əsasında 5.000 manata “VAZ–21074” markalı 36–BK–245 dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya vermişdir. Həmin danışıq zamanı o da iştirak etmiş və iddiaçı cavabdehə 5.000 manat pul vermişdir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh avtomobilin sahibi X5 pulu verməmiş, bu səbəbdən sonuncu cavabdehin adına verdiyi etibarnaməni ləğv etdirmiş və məhkəmədə avtomobil tələbinə dair iddia qaldırmışdır. Sonradan eşitmişdir ki, məhkəmənin müvafiq qətnaməsi ilə avtomobilin İddiaçı alınıb Mehman Məmmədova verilməsi qət edilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadaətnaməsindən görünür ki, “VAZ–21074” markalı 36–BK–245 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7r. İşdə olan xx.xx.2021-ci il tarixli, ƏN-Vİİİ 074972 saylı etibarnamədən görünür ki, X8 mülkiyyətində olan “VAZ–21074” markalı 36–BK–245 dövlət qeydiyyat nişanlı avtomobili sərəncam vermək hüququ da daxil olmaqla, bütün hüquqları həyata keçirmək üçün xx.xx.2022-ci il tarixədək İddiaçı etibar etmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)– 2241/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı “VAZ–21074” markalı 36– BK–245 dövlət qeydiyyat nişanlı avtomobilin alınıb X5 verilməsi qət edilmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(104)–3112/2022 saylı qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)–2241/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, “VAZ–21074” markalı 36–BK–245 dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətində olmuş, sonuncuı həmin avtomobili etibarnamə əsasında Cavabdeh vermişdir. Cavabdeh isə avtomobili 5.000 manat müqabilində İddiaçı vermişdir. Lakin cavabdeh avtomobilin müqabilində əldə etdiyi 5.000 manat pulu avtomobilin sahibi X5 verməmiş, bu səbəbdən sonuncu Şəmkir Rayon Məhkəməsində İddiaçı və Cavabdeh qarşı avtomobil tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)– 2241/2022 saylı qətnaməsi ilə İddiaçı “VAZ–21074” markalı 36–BK–245 dövlət qeydiyyat nişanlı avtomobilin alınıb X5 verilməsi qət edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(104)–3112/2022 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)– 2241/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bununla da İddiaçı cavabdehin təqsiri ucbatından maddi ziyana məruz qalmasını iddia etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Belə ki, məhkəmə ilk öncə iddiaçı tərəfindən dəvət edilərək dindirilmiş şahidin ifadəsinə qiymət verməyi zəruri hesab edir. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahid X2 baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, iddiaçının 5.000 manat pulu onun yanında cavabdehə verməsini konkret şəkildə göstərmişdir. Ona görə də məhkəmə həmin şahid ifadəsini sübut növü kimi qəbul edərək iddianın düzgün həll edilməsi zamanı nəzərə alır. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsasən qeyd edir ki, cavabdeh “VAZ–21074” markalı 36–BK–245 dövlət qeydiyyat nişanlı avtomobili 5.000 manat müqabilində iddiaçıya vermiş, lakin əldə etdiyi pulu avtomobilin sahibi X5 verməmiş, bu səbəbdən sonuncu Şəmkir Rayon Məhkəməsində İddiaçı və Cavabdeh qarşı avtomobil tələbinə dair iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)– 2241/2022 saylı qətnaməsi ilə İddiaçı “VAZ–21074” markalı 36–BK–245 dövlət qeydiyyat nişanlı avtomobilin alınıb X5 verilməsi qət edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(104)–3112/2022 saylı qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)– 2241/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus ələ keçirdiyi 5.000 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, o, heç bir hüquqi əsas olmadan əldə etdiyi 5.000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 5.000 manat pul alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 5.000 (beş min) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 70 (yetmiş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar