Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-43/2023 07.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı X1, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı maddi ziyan tələbinə və torpaq sahəsinin girişinə qadağa qoyulması iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 Cavabdeh qarşı maddi ziyan tələbinə və torpaq sahəsinin girişinə qadağa qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən 0,18 ha torpaq sahəsini heyvanları ilə otarması nəticəsində vurulmuş 2000 (iki min) manat maddi ziyanın, cavabdehin və onun ailə üzvlərinin qanunsuz olaraq ona məxsus torpaq sahəsinin girişinə qadağa qoyulması, həmçinin ödədiyi 40 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarıa əsasən Şəmkir rayonu, Ağlavaşlı kəndi, Nizami Gəncəvi küçsəi, 85-A nömrəli yaşayış məntəqələrinin torpaqarından 0,18 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehin ona məxsus torpaq sahəsinin yanında torpaq sahəsi olmasına baxmayaraq, cavabdeh qərəzli şəkildə zorakılıq edərək özünə məxsus iribuynuzlu heyvanlarını qanunsuz olaraq mütamadi şəkildə ona məxsus torpaq sahəsinə salaraq torpaq sahəsindəki otlaq sahəsini heyvanları ilə otarmaqla ona ziyan vurmuşdur. Nəticədə o, torpaq sahəsindəki otları biçib götürə bilməmişdir. Bununla da, cavabdeh tərəfindən ona əldən çıxmış fayda kimi ildə 2000 manat maddi ziyan vurulmuşdur. O, dəfələrlə cavabdehə bu barədə xəbərdarlıqlar etsə də, cavabdeh yenə öz bildiyini etmiş, onunla dava etməyə bəhanə axtarmışdır. Odur ki, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, iddiaçı onun rəhmətlik mərhum qardaşının oğludur. İstifadə etdiyi öz torpağıdır, illərdir istifadə edir, sadəcə olaraq iddiaçı ilə onun istifadə etdiyi torpaqların nömrələri dəyişik düşüb. Ona görə də məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh əmi qardaş oğludur. Onların torpaq sahələri qonşudurlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** olan reyestr nömrəsiilə xx.xx.2022-ci il tarixli çıxarışa əsasən 0,18 ha torpaq sahəsi iddiaçı X2 və ailə üzvlərinin verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/5608 nömrəli, 03 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,18 ha torpaq sahəsinin cavabdeh tərəfindən bütünlüklə istifadə edildiyi müəyyən edilmişdir. X1 və ailə üzvlərinin mülkiyyətində 0,18 ha, Cavabdeh və ailə üzvlərinin mülkiyyətində isə 0, 20 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin hazırda heç kim tərəfindən istifadə olunmadığı, kompleks yerqurluşu xəritəsinə əsasən onun öz mülkiyyətində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Bundan başqa, məhkəmə iddianın Cavabdeh ona məxsus Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən 0,18 ha torpaq sahəsini heyvanları ilə otarması nəticəsində vurulmuş 2000 (iki min) manat maddi ziyan tələbi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı ona zərər dəyməsi barədə mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Repsublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçı X3 tərəfindən ödənilmiş 40 manat dövlət Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. X2 məxsus Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən 0,18 ha torpaq sahəsinin girişinə (istifadəsinə) Cavabdeh və ailə üzvlərinə qadağan edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-43/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-43/2023
07.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver