Məhkəmə qərarları › İş №2(076)-43/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-43/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-43/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması və tutulmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması və tutulmanın girov predmetinə yönəldimsə” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdeh X3 xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 656.56 (altı yüz əlli altı manat 56 qəpik) manat - bundan 574.88 (beş yüz yetmiş dörd manat 88 qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 81.68 (səksən bir manat 68 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın bankda saxlanca qəbul edilmiş 1 ədəd cəmi çəkisi 30.70 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 12.20 qr təşkil edən qolbaq, 2 ədəd cəmi çəkisi 9.50 qr təşkil edən üzüyə yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə filialı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******LK120219-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 26 (iyirmi altı) faiz dərəcəsi ilə 1880 (bir min səkkiz yüz səksən) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq X6 xx.xx.2019-cu il tarixli Girov müqaviləsi (qızıl-zinət əşyalarına dair) bağlayaraq özünə məxsus 1 ədəd cəmi çəkisi 30.70 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 12.20 qr təşkil edən qolbağı, 2 ədəd cəmi çəkisi 9.50 qr təşkil edən üzük banka girov qoymuşdur. AR DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən X6 vəfat etmişdir. Şəmkir rayonu 1 saylı xx.xx.2019-cu il tarixli notariat ofisi tərəfindən təsdiq edilmiş razılıq ərizəsi ilə müəyyən olunmuşdur ki, mərhum X4 məxsus mirası nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq həyat yoldaşı Cavabdeh1 qəbul etmişdir. Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli **********363 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh X3 xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 656.56 (altı yüz əlli altı manat 56 qəpik) manat təşkil edir. Bundan 574.88 (beş yüz yetmiş dörd manat 88 qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 81.68 (səksən bir manat 68 qəpik) manat faiz borcu təşkil edir. İddiaçı iddia tələbinin artırılması barədə məhkəmə ünvanlanaraq, cavabdeh X3 xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 656.56 (altı yüz əlli altı manat 56 qəpik) manat - bundan 574.88 (beş yüz yetmiş dörd manat 88 qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 81.68 (səksən bir manat 68 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması və tutmanın bankda saxlanca qəbul edilmiş 1 ədəd cəmi çəkisi 30.70 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 12.20 qr təşkil edən qolbaq, 2 ədəd cəmi çəkisi 9.50 qr təşkil edən üzüyə yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə mülki iş vardır. Cavabdeh1 ilə X3 07 dekabr 2000-ci il tarixdə bağlanmış nikahdan 14 dekabr 2001ci il təvəllüdlü Cavabdeh3, 04 may 2003-cü il təvəllüdlü Cavabdeh4 və 15 mart 2013-cü il təvəllüdlü X8 doğulmuşdur. Samux Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(058)- 492/2022 nömrəli qətnaməsi ilə Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, JN 113 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X1 miras qalmış 1/6 hissəyə vərəsəlik hüquqları tanınmaqla Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5 hər birinin payı ümumi mülkiyyətin 1/30 hissəsində, Cavabdeh2 payı 1/5 hissəsində müəyyən edilməsi, onların mülkiyyətinə verilməsi və qeydə alınması; Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, JN 295A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsindən X1 miras qalmış 1/5 hissəyə vərəsəlik hüquqları tanınmaqla Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5 hər birinin payı ümumi mülkiyyətin 1/25 hissəsində, Cavabdeh2 payı 6/25 hissədə müəyyən edilməsi, onların mülkiyyətinə verilməsi və qeydə alınması; Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, JN 295F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 ha həyətyanı torpaq sahəsindən X1 miras qalmış 1/5 hissəyə vərəsəlik hüquqları tanınmaqla Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5 hər birinin payı ümumi mülkiyyətin 1/25 hissəsində, Cavabdeh2 payı 6/25 hissədə müəyyən edilməsi, onların mülkiyyətinə verilməsi və qeydə alınması; Göygöl rayonu Quşqara kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 05 yanvar 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin A 038115 nömrəli, 30 dekabr 2015-ci il tarixli planı və ölçüsü sənədinə əsasən X3 mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə Cavabdeh1, qalan ½ hissəsinə hər birinin payı 1/5 hissədə olmaqla Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh2 vərəsəlik hüququ tanınması, Cavabdeh1 payı ümumi mülkiyyətin 3/5 hissəsində, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh2 hər birinin payı 1/10 hissəsində müəyyən edilməsi, onların mülkiyyətinə verilməsi və qeydə alınması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. X6 xx.xx.2019-cu ildə vəfat etmiş, həmin vaxt onun vərəsələri - arvadı, 3 övladı (X8 yetkinlik yaşına çatmayıb) və anası Cavabdeh2 ibarət olmuşdur. Həmin şəxslər mərhum X1 miras qalmış əmlakı vərəsə olaraq qəbul edilmiş şəxslərdir və bu işin mübahisələndirilməyən halıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərini rəhbər tutaraq, cavabdeh X3 xx.xx.2022-ci il tarixə kredit üzrə borcu cəmi 656.56 (altı yüz əlli altı manat 56 qəpik) manat - bundan 574.88 (beş yüz yetmiş dörd manat 88 qəpik) manat əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 81.68 (səksən bir manat 68 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması - tutmanın bankda saxlanca qəbul edilmiş 1 ədəd cəmi çəkisi 30.70 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 12.20 qr təşkil edən qolbaq, 2 ədəd cəmi çəkisi 9.50 qr təşkil edən üzüyə yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxardılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X7 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, LPO İddiaçı ASC ilə X6 (borcalan) arasında xx.xx.2019-cu il tarixli, ***-*******LK120219-01 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank borcalana aylıq faiz dərəcəsi 26% olmaqla 12 ay müddətinə qaytarmaq şərti ilə 1880 manat kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə verilmiş kreditdən istifadə etməyi və aldığı kredit məbləğini, habelə kreditdən istifadəyə görə illik faiz dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X3 xx.xx.2019-cu il tarixli, ***- *******LK120219-01 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, hər ay 179,6 manat sonunca ay 180,1 manat, cəmi 2155,7 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ***-*******LK120219-01/QZ2/1 nömrəli qızıl-zinət əşyalarına dair girov müqaviləsindən görünür ki, X6 girov kimi boyunbağı ( əyarlı 583, 1 ədəd, 30,70 qr çəkisində, 1719 manat dəyərində), qolbaq ( əyarlı 583, 1 ədəd, 12,20 qr çəkisində, 683 manat dəyərində), üzük ( əyarlı 583, 2 ədəd, 9.5 qr çəkisində, 510 manat dəyərində) qırov qoymuşdur. İş materiallarında olan **********319 nömrəli xx.xx.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, X3 xx.xx.2019-cu il tarixli, ***-*******LK120219-01 saylı kredit müqaviləsi üzrə borcu - əsas məbləğ üzrə 574,88 manat, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu 81,68 manat olmaqla, cəmi 656,56 manat təşkil edir. İş materiallarında olan AZ-İİ 013454 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.2019-cu ildə ölmüşdür. İş materialında olan notarial qaydada yazılmış ərizədən görünür ki, Cavabdeh1 bildirir ki, xx.xx.2019-cü ildə tarixıdə X6 vəfat etmişdir. Yazdığın bu ərizə ilə, onun ölümündən sonra nədə ifadə edilməsindən və harada yerləməsindən asılı olmayaraq qalan miras əmlakın qəbul edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, X3 hüquqi varisi Cavabdeh1 borcunun olması barədə məlumat verilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə, müqavilənin şərtlərinə əsasən həmin borcun tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Samux Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(058)- 492/2022 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi qismən təmin edilərək, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, JN 113 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X1 miras qalmış 1/6 hissəyə vərəsəlik hüquqları tanınmaqla Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5 hər birinin payı ümumi mülkiyyətin 1/30 hissəsində, Cavabdeh2 payı 1/5 hissəsində müəyyən edilməsi, onların mülkiyyətinə verilməsi və qeydə alınması, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, JN 295A (kod ********) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,06 ha həyətyanı torpaq sahəsindən X1 miras qalmış 1/5 hissəyə vərəsəlik hüquqları tanınmaqla Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5 hər birinin payı ümumi mülkiyyətin 1/25 hissəsində, Cavabdeh2 payı 6/25 hissədə müəyyən edilməsi, onların mülkiyyətinə verilməsi və qeydə alınması, Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, JN 295F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 ha həyətyanı torpaq sahəsindən X1 miras qalmış 1/5 hissəyə vərəsəlik hüquqları tanınmaqla Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5 hər birinin payı ümumi mülkiyyətin 1/25 hissəsində, Cavabdeh2 payı 6/25 hissədə müəyyən edilməsi, onların mülkiyyətinə verilməsi və qeydə alınması, Göygöl rayonu Quşqara kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 05 yanvar 2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin A 038115 nömrəli, 30 dekabr 2015-ci il tarixli planı və ölçüsü sənədinə əsasən X3 mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə Cavabdeh1, qalan 1/2 hissəsinə hər birinin payı 1/5 hissədə olmaqla Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh2 vərəsəlik hüququ tanınması, Cavabdeh1 payı ümumi mülkiyyətin 3/5 hissəsində, Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh2 hər birinin payı 1/10 hissəsində müəyyən edilməsi, onların mülkiyyətinə verilməsi və qeydə alınması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. İş materiallarında olan 2(104)-2784/2022 saylı, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan 2(102)-1401 nömrəli xx.xx.2024-cü il tarixli Ali Məhkəmənin Mülki Kollegiyasının qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2784/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, LPO İddiaçı ASC ilə X6 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilə predmeti olan pul məbləğini X6 vermişdir. X6 16 aprel 2019-cu ildə vəfat etmişdir. X3 hüquqi varisləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müəyyən edilmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kredit müqaviləsi ilə mərhum X3 üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmişlər, ödəniş cədvəlini pozmuşlar, müqavilə üzrə ödənişləri ardıcıl olaraq gecikdirmişlər. Onların bankın qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, həmin pul cavabdehlərdən tutulmalıdır. Belə ki, iddiaçınn təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdehlər isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişlər. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin ödənilməmiş hissəsini və kreditə hesablanmış faiz məbləğini cavabdehlərdən tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və cavabdehlər iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiklərindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyalara yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş qızıl-zinət əşyalarına yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyalara yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakların açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Məhkəmə iddia tələbinin girov qoyulmuş qızıl əşyalarının satışından əldə olunan vəsait borcun ödənilməsinə tam kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, tələbin həmin hissəsi məhkəmə qaydasında deyil, məhkəmə qərarlarının icrası qaydasında həyata keçirilməli olan məsələ olduğundan iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 574.88 (beş yüz yetmiş dörd manat səksən səkkiz qəpik) manat məbləğində əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 81.68 (səksən bir manat altmış səkkiz qəpik) manat faiz borcu olmaqla cəmi 656.56 (altı yüz əlli altı manat əlli altı qəpik) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb bankda saxlanca qəbul edilmiş 1 ədəd cəmi çəkisi 30.70 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 12.20 qr təşkil edən qolbaq, 2 ədəd cəmi çəkisi 9.50 qr təşkil edən üzüyə yönəldilsin. 1 ədəd cəmi çəkisi 30.70 qr təşkil edən boyunbağı, 1 ədəd cəmi çəkisi 12.20 qr təşkil edən qolbaq, 2 ədəd cəmi çəkisi 9.50 qr təşkil edən üzük açıq hərracdan satılsın və qızıl-zinət əşyalarının satılmasından əldə edilən vəsaitdən 656.56 manat və 30 manat ödənilmiş dövlət rüsumun əvəzi iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar