Məhkəmə qərarları › İş №2(076)-4316/2025

Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-4316/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4316/2025 11.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi ilə İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı “Pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 3950 (üç min doqquz yüz əlli) manat məbləğdə və vurduğu maddi ziyana görə 1000 (bir min) manat məbləğdə pulun, eləcədə dövlət rüsumuna görə ödədiyi 70 (yetmiş) manat məbləğdə pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Belə ki, o Şəmkir rayonun Zəyəm qəsəbəsində yaşamış mərhum bacısı Gülşənin uşaqlarının kirvəsi və qonşusudur. Mərhum bacısının sağlığında evinə gəlib gedərkən cavabdehlə tanış olmuşdur. O, Bakı şəhərində yerləşən “Kofe Tayım” şirkətini satdığa qoyduğuna görə avadanlıqlarınıda satılığa çıxartmışdır. O, 2022-ci ilin noyabr ayının sonunda Şəmkir rayonun Zəyəm qəsəbəsində yaşamış bacısı Gülşənin yas yerinə gəlmişdir. Həmin vaxtı bacısının uşaqlarının kirvəsi və yaxın qonşusu olan cavabdeh söhbət əsnasında bildi ki, o, şirkətini satdığa qoymuşdur. Ona görə də şirkətin avadanlıqlarını satışa çıxartmışdır. Həmin vaxtı cavabdeh ona dedi ki, pulunu sonra vermək şərtii ilə şirkətin avadanlıqlarından ona satsa alar. O, ona razılıq vermişdir. O, 2023-cü ilun aprel ayında onun evinə gələrək onunla razılaşaraq şifahi qaydada müqavilə bağlayaraq 4100 (dörd min yüz) manat dəyərində kofe aparatı almış və pulunu bir həftə müddətində verməsini öhdəsinə götümüşdür. Lakin üzərinə götürdüyü öhdəliyin icrasından boyun qaçırmışdır. Ona görə də ona borclu olduğu pulun 150 (yüz əlli) manatını dəfələrlə tələb etməyindən sonra atası Vüqar onun kartına vurmaqla ödəmişdir. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq Cavabdeh ona borclu olduğu pulun qalan hissəsini, yəni 3950 (üç min doqquz yüz əlli) manatını hələdə ödəməyib. O, Bakı Şəhərində yaşayır, cavabdeh isə Şəmkir rayonun Zəyəm qəsəbəsində yaşayır. İş yerini tərk edərək bu uzaq məsafəni dəfələrlə qət edib pulunu almaq üçün cavabdehin dalınca Zəyəm qəsəbəsinə gəlib-getməyinə görə yola görə xərclədiyi pul və işdən qalmağına görə çəkdiyi ziyanın ümumi məbləği 1000 (bir min) manat təşkil edir. Ona görə cavabdehin ona borclu olduğu və vurduğu maddi zərərə görə Ödəməli olduğu pulun alınıb ona verilməsi tələbinə dair məhkəmədə iddiq qaldırmalı olmuşdur. İddiaçı oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş səbəbləri barədə bildirməmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-3798/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, iddiaçı Şəmkir Rayon Məhkəməsinin hesabına 70 manat vəsait ödəmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin sorğusuna cavab olaraq Şəmkir RPŞ-nin Zəyəm PB-dən daxil olan Cavabdeh barəsində toplanmış materialın ksero surəti olan sənədlərdən görünür ki, iddiaçının müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan ona aidiyyatı üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 614.1-ci maddəsinə əsasən Pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Maddə 614.3-cü maddəsinə əsasən Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğısatqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. Maddə 615-ci maddəsinə əsasən Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında şifahi qaydada (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə nisyə iribuynuzlu heyvanlar satılmışdır və cavabdehə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini tam icra etməyərək borcun ödənilməsi tam təmin edilməmişdir. Beləliklə, cavabdeh 2023-cü ilin aprel ayında iddiaçın evinə gələrək onunla razılaşaraq şifahi qaydada müqavilə bağlayaraq 4100 (dörd min yüz) manat dəyərində kofe aparatı almış və pulunu bir həftə müddətində verməsini öhdəsinə götümüşdür. Lakin üzərinə götürdüyü öhdəliyin icrasından boyun qaçırmışdır. Cavabdehin atası onun borcundan 150 manat ödəniş etmiş, dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq cavabdeh ona borclu olduğu pulun qalan hissəsini, yəni 3950 (üç min doqquz yüz əlli) manatını hələdə ödəməyib. Həmçinin iddiaçı Bakı Şəhərində yaşayır, cavabdeh isə Şəmkir rayonun Zəyəm qəsəbəsində yaşayır. İş yerini tərk edərək bu uzaq məsafəni dəfələrlə qət edib pulunu almaq üçün cavabdehin dalınca Zəyəm qəsəbəsinə gəlibgetməyinə görə yola görə xərclədiyi pul və işdən qalmağına görə çəkdiyi ziyanın ümumi məbləği 1000 (bir min) manat təşkil etdiyindən nəticədə cavabdehin icra edilməmiş öhdəliyi yaranmışdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, ümumilikdə 4950 manat borc məbləği Cavabdeh alınıb İddiaçı oğlunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 4950 (dörd min doqquz yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verilməsindən sonra 10 gün müddətinddə Şəmkir Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar