Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-438/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 8000 (səkkiz min) manat pulun alınıb və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında əldə edilmiş razılığa əsasən 8000 (səkkiz min) manat borc yaranmışdır. Həmin borcu cavabdeh qaytarmamışdır. Razılığa görə həmin borcu cavabdeh ehtiyac məqsədi ilə ondan almışdır. Cavabdeh dediyi müddət ərzində həmin pulunu qaytarmalı idi. Həmin puldan indiyənədək heç bir məbləğ qaytarmamışdır. Dəfələrlə cavabdehə deməsinə baxmayaraq cavabdeh həmin pulun geri istədikdə qaytarmaqdan boyun qaçırır. Cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, həmin borcu ödəyəcəyini desə də bu günə qədər borcunu ödəməmişdir. Həmin borc pulu cavabdehin ondan almağı və verməyini təsdiq edən yazılı qəbzlərində öz əksini tapmışdır. Ona görə Cavabdeh 8000 (səkkiz min) manat pulun və ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq bildirdi ki, dəfələrlə mübahisənin məhkəmədən kənar həll edilməsini tələb etsə də, cavabdeh iddiaçının pulunu qaytarmaqdan imtina etmişdir. Eyni zamanda cavabdehin həyat yoldaşının kartı müəyyən müddət onda olsa da o kartdan hər hansı vəsait çıxarmamış, həmin kartdan pulu çıxarmaq istədikdə kartın bağlı olmasını görmüşdür. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, o həqiqətən 3-4 dəfə İddiaçı bir neçə dəfə borc götürmüş, lakin sonradan o borcları bağlamışdır. Belə ki, həyat yoldaşı X1 məxsus təqaüd kartını iddiaçıya vermiş, 2022-ci ilin aprel ayından sentyabr ayına qədər kart iddiaçının istifadəsində olmuş, həmin kartdan aprel ayından sentyabr ayına qədər İddiaçı kart hesabına keçmiş pulları özü götürmüşdür. Ona görə hesab edir ki, o borcu bağlamışdır. Bununla belə hesab edir ki, iddiaçı pensiya kartından pul çəkən zaman bankın təhlükəsizlik kameralarına düşmüşdür. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olna xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 2000 manat borc pul götürmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6000 manat borc almışdır. İş materiallarında olan məhkəmə sorğusuna əsasən “Azərbaycan Beynaxalq Bank” tərəfindən verilmiş video-foto görüntülərdən və çıxarışdan görünür ki, X1 məxsus 5167-5111-0117-1449 saylı plastik kartdan xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-yə məxsus bankomatlar vasitəsilə nağdlaşdırma əməliyyatlarını İddiaçı özü icra etmiş, hər nağdlaşdırma əməliyyatı zamanı cavabdehin həyat yoldaşı X1 məxsus plastik kartdan 350 manat məbləğində vəsait məxaric edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, 2022-ci il tarixdə tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmış və iddiaçı tərəfindən cavabdehə 2000 və 6000 manat olmaqla ümumilikdə 8000 manat pul borc kimi verilmiş, lakin bu barədə tərəflər arasında qanunvericiliyə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamış, pulun verilməsi yalnız cavabdehin imzası ilə təsdiq etdiyi əlyazma qəbz ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 2022-ci il tarixdə bağlanmış 8000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə qəbzlə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən cavabdehə verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında 8000 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, cavabdeh tərəfindən tərtib edilərək imzalanmış qəbz həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Cavabdeh arvadı X1 məxsus plastik kartdan 5 ay, hər ay 350 manat olmaqla cəmi 1750 manat məbləğində vəsait İddiaçı borcun əvəzi qismində götürmüşdür. Bununla da cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş hissə 6250 manat qalmışdır. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı pulun tamamilə qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 80 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsinə əsasən 6250 (altı min iki yüz əlli) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 82,50 (səksən iki manat əlli qəpik) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-438/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-438/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver