Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-449/2023 18.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi X10 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı dəmir boru, armatur, məftil və reykadan ibarət məmulatların özləri və ya dəyəri tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı dəmir boru, armatur, məftil və reykadan ibarət məmulatların özləri və ya dəyəri tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən 15 metrin 40 metrə quraşdırılmış istilikxananın 100 m, 100–lük turbanın 560 m, 50–lik turbanın 200 m, 50–lik uqolnikin 560 m, 25–lik balvankanın 40 m, 76–lıq uqolnikin və 80 m 25–lik armaturun özünün və ya dəyəri olan 10.155 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 0.24 ha həyətyanı torpaq sahəsinə görə ünvan 2ontoru tərəfindən X2 adma 15 fevral 2010–cu il tarixli 2v–45 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin şəhadətnamə əsasında DƏDRX–nin Şəmkir ərazi idarəsi tərəfindən göstərilən evə və həyətyanı torpaq sahəsinə görə X2 adına 20 fevral 2010–cu il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və **********27–10301 reyestr nömrəli Daşınmaz əmlakın texniki pasportu verilmiş, həmin evə və həyətyanı torpaq sahəsinə dair X5 ilə aralarında ünvan 7 kontorunda 17 mart 2012–ci il tarixli 4ə–01–113 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanmasına dair müqavilə bağlanmış, həmin müqavilə əsasında DƏDRX–nin Şəmkir ərazi idarəsi tərəfindən onun adına 05 aprel 2012–ci il tarixli ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 05 mart 2012–ci il tarixli **********27–10301 reyestr nömrəli Daşınmaz əmlakın texniki pasportu verilmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)–971/2012 saylı, 03 avqust 2012–ci il tarixli qətnaməsi əsasında yuxarıda adları çəkilən sənədlər Cavabdeh, X3, X8 və X9 JN– 2596A kod 50401004 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə nəzərdə tutulan 1371.4 kv.m həyətyanı torpaq paylarına münasibətdə etibarsız hesab edilmiş və onların Şəhadətnamədə nəzərdə tutulan 1/7 hissədə payları cəmi 1371.4 kv.m olmaqla, ümumi həyətyanı torpaq sahəsinin cənub–şərq hissəsindən şimala doğru istiqamətdə cəm halda naturada ayrılıb onlara təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə əsasında torpaq sahəsinin ona qalan 0.09706 ha hissəsinə və torpaq üzərindəki ümumi sahəsi 102.7 kv.m olan fərdi yaşayış evinə dair öz adına **********39–10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018–ci il tarixli ’’Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” almışdır. Həmin vaxt ümumi torpaq sahəsinin qərb hissəsində mərhum xx.xx.2002–ci ildə ölmüş Xanoğlan Hüseynov, xx.xx.2013–cü ildə ölmüş X1 babası Xanoğlan Hüseynov tərəfindən 1990–cı il tarixdə quraşdırılmış, gül üçün nəzərdə tutlmuş istilikxana olmuşdur. İstilikxananın olması Şəmkir Rayon Məhkəməsinin 2(076)–971/2012 saylı, 03 avqust 2012–ci il tarixli qətnaməsində öz təsdiqini tapmışdır. Daha sonra, yəni 10 fevral 2021–ci ildə **********39–10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018–ci il tarixli ’’Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasında Şəmkir rayon 1 saylı notariat ofisində 4Ə–249 nömrə ilə qeydə alınmış “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 102.7 kv.m olan fərdi yaşayış evini və evin yerləşdiyi 0.09706 ha həyətyanı torpaq sahəsini anası X12 bağışlamışdır. Hazırda ünvan 3 ünvanda yerləşən, ümumi sahəsi 102.7 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.09706 ha torpaq sahəsi **********339–10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021– ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” əsasında onun mülkiyyətindədir. Cavabdehlər ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 102.7 kv.metr olan fərdi yaşayış evinə Şəmkir Rayon Məhkəmsinin xx.xx.2009–cu il tarixli 2(076)–492/2009 saylı qətnaməsi əsasında köçürülmələrindən və həmn evdən istifadə hüquqlarının tanınmasından, eləcə də Şəmkir Rayon Məhkəməsinin 2(076)–971/12 saylı, 03 avqust 2012–ci il trixli qətnaməsi əsasında 0JN–2596A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də nəzərdə tutulan 0.24 ha ümumi torpaq sahəsinin cəmi 1371.4 kv. metr hissəsinə mülkiyyət hüququ əldə etmələrindən sui–istifadə edərək, onu və anasını evlərinə buraxmamış və onların yoxluğundan istifadə edərək, ümumi sahənin qərb hissəsində nənəsindən ona qalmış yüngül konstruksiyalı istilikxananın dəmir boru, armatur, məftil və reykadan ibatət məmulatlarını sökərək mənimsəmişlər. Nəticədə ona cəmi 10.155 (on min yüz əlli beş) manat məbləğində maddi zərər dəymişdir. Cavabdehlər Cavabdeh və X11 nənəsindən ona qalmış, 15 metrin 40 metrə quraşdırılmiş istilikxanın 100 m. 100–lük turba, 560 m. 50–lik turba, 200 m. 50–lik uqolnik, 560 m. 25–lik balvanka, 40 m. 76–1 ıq uqolnik və 80 m. 25–lik armatur materiallarının özünü, nə də onların dəyəri olan 10.155 (on min yüz əlli beş) manat pulu könüllü olaraq vermək istəmirlər. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdehlərdən 15 metrin 40 metrə quraşdırılmış istilikxananın 100 m, 100– lük turbanın 560 m, 50–lik turbanın 200 m, 50–lik uqolnikin 560 m, 25–lik balvankanın 40 m, 76–lıq uqolnikin və 80 m 25–lik armaturun özünün və ya dəyəri olan 10.155 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi və iddia həcminin artırılması barədə” əlavə ərizə təqdim edərək, cavabdehlərdən 15 metrin 40 metrə quraşdırılmış istilikxananın, 202 metr 100–lük turbanın, 560 metr 50–lik turbanın 200 metr 50–lik uqolnikin, 560 metr 25–lik balvankanın, 40 metr 76– lıq uqolnikin, 80 metr 25–lik armaturun, 200 metr reykanın, 8 top setkanın, 5 top ləklər arası setkanın və 1 ədəd peçin özünün, özləri olmadıqda isə dəyəri olan 12.505 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X15 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, ünvan 4 ünvanda yerləşən və mərhum nənəsindən təmsil etdiyi şəxsə qalmış, 15 metrin 40 metrə quraşdırılmış istilikxananı sökərək, 202 metr 100–lük turbanı, 560 metr 50–lik turbanı, 200 metr 50–lik uqolniki, 560 metr 25–lik balvankanı, 40 metr 76–lıq uqolniki, 80 metr 25–lik armaturu, 200 metr reykanı, 8 top setkanı, 5 top ləklər arası setkanı və 1 ədəd peçi mənimsəmişlər. Nəticədə ona 12.505 manat məbləğində maddi ziyan dəymişdir. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdehlər həmin mterialların özlərini və ya dəyərini ödəməkdən boyun qaçırmışlar. Bu səbəbdən məcbur olub məhkəmədə iddia qaldırmışdır. Odur ki, cavabdehlərdən 15 metrin 40 metrə quraşdırılmış istilikxananın, 202 metr 100–lük turbanın, 560 metr 50–lik turbanın 200 metr 50–lik uqolnikin, 560 metr 25–lik balvankanın, 40 metr 76–lıq uqolnikin, 80 metr 25–lik armaturun, 200 metr reykanın, 8 top setkanın, 5 top ləklər arası setkanın və 1 ədəd peçin özünün, özləri olmadıqda isə dəyəri olan 12.505 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh və X7 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, Şəmkir şəhəri, M.Müşviq küçəsində 0.09706 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021–ci il tarixli 504–1–1060 inventar nömrəli Texniki Pasportdan görünür ki, ünvan 4 fərdi yaşayış evi X10 adına qeyd edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2012–ci il tarixli, 2(076)– 971/2012 saylı qətnaməsindən görünür ki, ünvan 6 ünvanında yerləşən 0,24 ha həytəyanı torpaq sahəsinə dair ünvan 7 Kontoru tərəfindən X2 adına verilmiş 15 fevral 2010–cu il tarixli 2v–45 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi idarəsi tərəfindən göstərilən evə və həyətyanı torpaq sahəsinə görə X2 adına verilmiş xx.xx.2010–cu il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış”ın və **********27–10301 reyestr nömrəli “Daşınmaz əmlakın texniki pasportu”n, həmin evə və həyətyanı torpaq sahəsinə dair X5 ilə İddiaçı arasında ünvan 7 Kontorunda bağlanmış 17 mart 2012–ci il tarixli 4ə–01–113 reyestr nömrəli bağışlama müqaviləsinin, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi idarəsi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2012–ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış”ın və xx.xx.2012–ci il tarixli **********27–10301 reyestr nömrəli “Daşınmaz əmlakın texniki pasportu”n Cavabdeh, X6, X9 və X8 JN–2596A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də nəzərdə tutulan 1371,4 kv.metr həyətyanı sahədəki torpaq paylarına münsaibətdə etibarsız hesab edilməsi, JN–2596A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də nəzərdə tutulan 0,24 ha həyətyanı torpaq sahəsinin cəmi 1371,4 kv.metr hissəsi Cavabdeh, X6, X9 və X8 mülkiyyətinə qaytarılması, JN–2596A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də nəzərdə tutulan 0,24 ha həyətyanı torpaq sahəsində Cavabdeh, X6, X9 və X8 paylarının hər birinə 1/7 hissədə müəyyən edilməsi, onların hər birinin 1/7 hissədə torpaq payına mülkiyytəçi tanınması, Cavabdeh, X6, X9 və X8 JN–2596A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də nəzərdə tutulan 1/7 hissədə payları cəmi 1371,4 kv.metr olmaqla ümumi həyətyanı sahənin cənub–şərq hissəsindən şimala doğru istiqamətdə cəm halda naturada ayrılıb onlara təhvil verilməsi, JN–0717 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda nəzərdə tutulan 0,63 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində Cavabdeh, X6, X9 və X8 paylarının hər birinə 1/7 hissədə müəyyən edilməsi, onların hər birinin 1/7 hissədə torpaq payına mülkiyytəçi tanınmaları, Cavabdeh, X6, X9 və X8 JN–0717 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda nəzərdə tutulan cəmi 3600 kv.metr torpaq sahəsi ümumi sahənin JN–717 koordinatında yerləşən 4034,43 kv.metrlik hissəsinin cənub–qərb tərəfindən cəm halda naturada ayrılıb onlara təhvil verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 8 ünvanında yerləşən istilikxanadan sökülmüş materialların bir qismi reyestr nömrəsi **********2 saylı çıxarışla X14 məxsus 0.1371 ha torpaq sahəsinin 97.85 kv.m–dək hissəsinə, istilikxanadan sökülmüş materialların bir qismi isə, yəni 202.295 kv.m–dək hissəsi isə İddiaçı Müqabil oğlunun istifadəsində olan torpaq sahəsinə düşür. İşdə olan xx.xx.2022–ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 8 ünvanında yerləşən istilikxanadan sökülmüş materialların bir qismi reyestr nömrəsi **********2 saylı çıxarışla X14 məxsus 0.1371 ha torpaq sahəsinin 97.85 kv.m–dək hissəsinə, istilikxanadan sökülmüş materialların bir qismi isə, yəni 202.295 kv.m–dək hissəsi isə İddiaçı Müqabil oğlunun istifadəsində olan torpaq sahəsinə düşür. İşdə olan məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2023–cü il tarixli 10/6451 nömrəli rəyindən görünür ki, ünvan 8 ünvanında yerləşən istilikxanadan sökülmüş materialların bir qismi reyestr nömrəsi **********2 saylı çıxarışla X14 məxsus 0.1371 ha torpaq sahəsinin 97.85 kv.m–dək hissəsinə, istilikxanadan sökülmüş materialların bir qismi isə, yəni 202.295 kv.m–dək hissəsi isə İddiaçı Müqabil oğlunun istifadəsində olan torpaq sahəsinə düşür. Mübahisəli istilikxananın İddiaçı Müqabil oğlunun mülkiyyətində və istifadəsində olan hissəsindən sökülmüş materialların orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4.784 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlərlə yanaşı tədqiq edərək yoxladıqdan sonra, belə hesab edir ki, ekspert rəyi tam və əsaslandırılmış olduğundan mötəbər sübut kimi qəbulediləndir. Beləliklə, məhkəmə müəyyən etdi ki, xx.xx.2018–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********39–10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən Şəmkir şəhəri, M.Müşviq küçəsində 0.09706 ha torpaq sahəsində yerləşən 18 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Eləcə də, xx.xx.2021–ci il tarixli 504–1–1060 inventar nömrəli Texniki Pasporta əsasən ünvan 4 fərdi yaşayış evi X10 adına qeyd edilmişdir. Məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin iddiaçı ünvan 4 ünvanda yerləşən və mərhum nənəsindən ona qalmış 15 metrin 40 metrə quraşdırılmış istilikxananın, 202 metr 100–lük turbanın, 560 metr 50–lik turbanın, 200 metr 50–lik uqolnikin, 560 metr 25–lik balvankanın, 40 metr 76–lıq uqolnikin, 80 metr 25–lik armaturun, 200 metr reykanın, 8 top setkanın, 5 top ləklər arası setkanın və 1 ədəd peçin cavabdehlər tərəfindən sökülməsini, bununla da cavabdehlər tərəfindən maddi ziyana məruz qalmasını iddia etmişdir. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, xx.xx.2023–cü il tarixli 10/6451 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 8 ünvanında yerləşən istilikxanadan sökülmüş materialların bir qismi reyestr nömrəsi **********2 saylı çıxarışla X14 məxsus 0.1371 ha torpaq sahəsinin 97.85 kv.m–dək hissəsinə, istilikxanadan sökülmüş materialların bir qismi isə, yəni 202.295 kv.m–dək hissəsi isə İddiaçı Müqabil oğlunun istifadəsində olan torpaq sahəsinə düşür. Mübahisəli istilikxananın İddiaçı Müqabil oğlunun mülkiyyətində və istifadəsində olan hissəsindən sökülmüş materialların orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4.784 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsasən qeyd edir ki, iddiaçı cavabdehlər tərəfindən 12.505 manat məbləğində maddi ziyana məruz qalmasını iddia etsə də, həmin halı təsdiq edəcək mötəbər mənbədən əldə edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2023–cü il tarixli 10/6451 nömrəli rəyi ilə mübahisəli istilikxananın İddiaçı Müqabil oğlunun mülkiyyətində və istifadəsində olan hissəsindən sökülmüş materialların orta bazar qiymətləri 4.784 manat məbləğində müəyyən edilmişdir. Bununla da cavabdehlərin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində, yəni mübahisəli istilikxananın İddiaçı Müqabil oğlunun mülkiyyətində və istifadəsində olan hissəsindən cavabdehlər tərəfindən materialların sökülməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləği 4.784 manat olmuşdur. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehlərin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 200 metr reykanın, 8 top setkanın, 5 top ləklər arası setkanın və 1 ədəd peçin də cavabdehlər tərəfindən sökülməsini və mənimsənilməsini iddia etsə də, həmin materialların mövcudluğu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə iddianı həmin hissədə əsaslı hesab etməmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlərdən 15 metrin 40 metrə quraşdırılmış istilikxana, 202 metr 100–lük turba, 560 metr 50–lik turba, 200 metr 50–lik uqolnik, 560 metr 25–lik balvanka, 40 metr 76–lıq uqolnik və 80 metr 25–lik armatur naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri olan 4.784 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, iddiaçının vəsatəti əsasında təyin edilmiş məhkəmə tikinti– texniki ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X4 15 metrin 40 metrə quraşdırılmış istilikxana, 202 metr 100–lük turba, 560 metr 50–lik turba, 200 metr 50–lik uqolnik, 560 metr 25–lik balvanka, 40 metr 76–lıq uqolnik və 80 metr 25–lik armatur naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri olan 4.784 (dörd min yeddi yüz səksən dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh və X4 30 (otuz) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-449/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-449/2023
18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver