Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4517/2025 12.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Cəfərova Aygün Musa qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh, oğlu- xx.xx.2012-ci il təvəllüdlü Maraqlı şəxs törətdiyi avto qəza nəticəsində ona məxsus "BMW X5" markalı, 77- XT-099 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə, 2515 (iki min beş yüz on beş) manat məbləğində pulun və ödənilmiş 47 (qırx yeddi) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Maraqlı şəxs atasıdır. Əvvəllər onlarla heç bir tanışlığı, münasibəti olmamışdır. xx.xx.2025-ci il tarixdə, saat 09 radələrində Şəmkir rayonu, Çənlibel kəndində yaşayan X1 idarə etdiyi "Vaz 21074" markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan, Maraqlı şəxs atası Cavabdeh məxsus, idarə etdiyi "Vaz 21073" markalı, B278AP/164 qeydiyyat nişanlı Rusiya Federasiyasına məxsus avtomobil toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. S.Sarıyevin idarə etdiyi avtomobil düzünə Şəmkir şəhəri istiqamətində hərəkətdə olarkən qarşıdan gələn, ötmə əməliyyatı həyata keçirən Maraqlı şəxs “Vaz 21073" markalı, B278AP/164 qeydiyyat nişanlı avtomobillə onun hərəkət istiqamətinə çıxdığına görə hadisə baş vermiş, həmin vaxt yolun sağında dayanmış vəziyyətdə olan avtomobillərə, o cümlədən ona məxsus "BMV X5" markalı, 77- XT-099 dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Avtoqəza nəticəsində avtomobilinin arxa buferinə 880 (səkkiz yüz səksən) manat, arxa stop kapota 240 (iki yüz qırx) manat, arxa stop kriloya 500 (beş yüz) manat, salyasqa bufere 125 (yüz iyirmi beş) manat, bufer atrajitele 70 (yetmiş) manat məbləğində ziyan dəymiş, təmir zamanı dəmirçiyə 300 (üç yüz) manat, rəngsaza 400 (dörd yüz) manat haqq ödənilmişdir. Ümumilikdə avtomobilinə dəymiş ziyan 2515 (iki min beş yüz on beş) manat məbləğində qiymətləndirilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ilkin yoxlama zamanı müəyyən olunmuşdur ki, 26 oktyabr 2025-ci il tarixdə saat 09 radələrində Şəmkir-Yeni Həyat avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sürücü Maraqlı şəxs idarə etdiyi "Vaz 21703" markalı, B278AP/164 Rusiya Federasiyasına məxsus qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1- ci bəndinin və 42-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətdə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər İştirakçıları üçün maneə yaratmamalıdır.) tələblərini pozaraq sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ötmə əməliyyatını davam etdirərək Şəmkir-Yeni Həyat avtomobil yolunda ikitərəfli və baş yolda düzünə hərəkətdə olan sürücü X1 idarə etdiyi "Vaz 21074" markalı, **-BH-*** d.n.n-lı avtomobil ilə toqquşmuş, toqquşmanın zərbəsindən nəticədə hər iki avtomobilə isə maddi ziyan dəymişdir. Bundan başqa hadisə nəticəsində sürücü Maraqlı şəxs idarə etdiyi "Vaz 21703" markalı, B278AP/164 Rusiya Federasiyasına məxsus qeydiyyat nişanlı avtomobil toqquşmadan sonra zərbənin təsirindən yolun kənarında dayanmış vəziyyətdə olan "BMW X5" markalı, 77-XT- 099 dövlət nömrə nişanlı avtomobilə, "Chevrolet Cruze" markalı, **-CQ-*** dövlət nömrə nişanlı avtomobilə və "Vaz 21074" markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilə dəyərək hər üç avtomobilə ehtiyatsızlıqdan maddi ziyan vurmuşdur. "xxxx" MMC-nin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, “BMW X- 5 MİNİK” avtomobilinin arxa buferinə 880 (səkkiz yüz səksən) manat, arxa stop kapota 240 (iki yüz qırx) manat, arxa stop kriloya 500 (beş yüz) manat, salyasqa bufere 125 (yüz iyirmi beş) manat, bufer atrajitel 70 (yetmiş) manat məbləğində ziyan dəymiş, təmir zamanı dəmirçiyə 300 (üç yüz) manat, rəngsaza 400 (dörd yüz) manat haqq, ümumilikdə avtomobilə dəymiş ziyan 2515 (iki min beş yüz on beş) manat məbləğində müəyyən edilmişdir. Maraqlı şəxs şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Maraqlı şəxs atası Ələkbərova Ənvər, anası Ələkbərova Gülnar qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır. Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu şəkildə qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Sadalanan qanunvericilik aktlarının normalarına əsasən məhkəmə hesab edir ki, “BMW X5” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər cavabdehin himayəsində olan Maraqlı şəxs tərəfindən o 14 yaşına çatmadan idarə edildiyi zaman və onun təqsiri ucbatından vurulmuşdur. Bu hal cavabdehin mülki hüquq pozuntusu (delikt) nəticəsində dəyən zərər üçün məsuliyyəti yarandığından, iddiaçının avtomobilinə dəymiş ziyan cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş ekspert rəyindən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobilin təmiri və ehtiyat hissələrinin alınması üçün zərərin məbləği 2515 (iki min beş yüz on beş) manat təşkil edir. Odur ki, iddia təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 2515 (iki min beş yüz on beş) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2515 (iki min beş yüz on beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 47 (qırx yetdi) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-4517/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4517/2025
12.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver