Məhkəmə qərarları › İş №2(076)-456/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-456/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-456/2023 23.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə heç bir məlumat verməmişlər. Belə ki, 07 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iştirak etmiş, məhkəmə iclası 02 mart 2023-cü il tarixə saat 12:30-a təyin edilmiş, bu barədə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə qəbzə şəxsən imza edərək məlumatlı olduğunu təsdiq etmişdir. Həmçinin, işdə olan Şəmkir Rayon Məhkəməsinə aid rəsmi bildirişdən görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və cavabdehə ətraflı məlumat verilmiş və həmin məlumatın göndərilməsi təsdiq olunmuşdur. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilən qaydada təhlil edilmiş iş materiallarından görünür ki, tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, həmçinin iddiaçıya göndərilmiş bildiriş poçt tərəfindən geri qaytarılmış və üzərində “köçüb” qrafası işarələnmişdir. Məhkəmə iddia ərizəsində qeyd olunan ünvanın iddiaçının özü tərəfindən göstərilməsini, bu səbəbdən də həmin bildirişin iddiaçıya rəsmi qaydada göndərilməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat göndərilmişdir. İş materialları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, tərəflərin iştirakı olmadan işdə olan sənədlərlə işə baxılması mümkün deyildir və bu əsaslı sayıla bilməz. Odur ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, tərəflərə işin baxılmamış saxlanmasına səbəb olan halların aradan qaldırılması halında işə yenidən baxılmasının mümkünlüyü izah olunmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələsi həll edilə bilər. İddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Şəmkir Rayon Məhkəməsinin hesabına xx.xx.2022-ci il tarixdə 190,36 manat dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş 190,36 manat dövlət rüsumu tam şəkildə İddiaçı qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası baxılmamış saxlansın. Tərəflərə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət edə bilər. Ödənilmiş 190,36 (bir yüz doxsan manat otuz altı qəpik) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar