Məhkəmə qərarları › İş №2(076)-4666/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4666/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4666/2025 19.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Eminbəyli Firuzə Ramiz qızının katibliyi İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı X6 Xidməti Publik X9 Su X1 İdarəsinin Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun məhkəmə qaydasında tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X6 Xidməti Publik X9 Su X1 İdarəsi Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun məhkəmə qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 1997.04 manat borc məbləğinin (abonent kodu **********000) ödənilməsinə, borcun tutulması ilə bağlı icra icraatın başlanmasına, məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edildiyi halda, göstərilmiş xidmətlərə görə İddiaçı publik hüquqi şəxsə 1997.04 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır. Bu səbəbdən cavabdehə 10 iş günü ərzində yaranmış borc məbləğinin ödənilməsi, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulmasının təmin edilməsi barədə xəbərdarlıq ünvanlanmışdır. Cavabdehə ünvanlamış xx.xx.2025-ci il tarixli xəbərdarlığa baxmayaraq, cavabdeh borcunu ödəməmişdir. Bu səbəbdən, borcun məhkəmə qaydasında tutulması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək bildirmişdir ki, cavabdehə məxsus Şəmkir rayonu, X7 küç, ev-83/B ünvanında yerləşən evində su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə borc məbləği xx.xx.2026-cı il tarixinə 2125,64 manat təşkil edir. Odur ki, borclu Cavabdeh (abonent kodu **********000) 2125.64 manat məbləğin və 40,00 manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin, cəmi 2165.64 manat məbləğində pulun İddiaçın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə baxış iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 Xidməti Publik X9 Su X1 İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli (istehlakçı tərəfindən imzalanmış) su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, müqavilə X6 Xidməti Publik X9 Su X1 İdarəsinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənilməsi və axıdılması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyən edir. Müqaviləyə əsasən xidmət Şəmkir rayonu, X7 küç, ev-83/B ünvanında yaşayan abonent kodu **********000 olan Cavabdeh göstərilməsi ilə bağlı tərəflər öhdəlik götürmüşdür. İş materiallarında olan X6 Xidməti Publik X9 Su X1 İdarəsi tərəfindən xx.xx.2026-cı il tarixli abonent kartından görünür ki, Cavabdeh 2018-2025-ci illər üzrə ümumi 2804.44 manat borcu olmuş, həmin borcdan 678.8 manat ödəniş etmiş və onun 2125.64 manat borcu qalmışdır. İş materiallarında olan X6 Xidməti Publik X9 Su X1 İdarəsi tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, xx.xx.2025-ci il tarixə olan 1997.04 manat borcun 7 iş günü ərzində ödənilməsi təmin edilmədiyi halda borcun məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi barədə xəbərdar edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X6 Xidməti Publik X9 Su X1 İdarəsi ilə Şəmkir rayonu, X7 küç, ev-83/B ünvanında yaşayan abonent kodu **********000 olan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli (istehlakçı tərəfindən imzalanmış) su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqaviləyə əsasən X6 Xidməti Publik X9 Su X1 İdarəsinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənilməsi və axıdılması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyən edilmişdir. Hazırda Cavabdeh 2018-2025-ci illər üzrə ümumi 2804.44 manat borcu olmuş, həmin borcdan 678.8 manat ödəniş etmiş və onun 2125.64 manat borcu qalmışdır. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın: 1.6-cı bəndinə əsasən STKM (su təchizatı və kanalizasiya müəssisəsi) tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir. 1.7-ci bəndinə əsasən müqavilələr fiziki şəxslərlə bu Qaydaların 1 nömrəli əlavəsinə, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə isə bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. Müqaviləyə STKM ilə istehlakçı arasında su təchizatı və kanalizasiya sisteminin balans mənsubiyyəti sərhədini müəyyən edən və bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilən akt əlavə edilir. 1.12-ci bəndinə əsasən “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda STKM-in qanuni istehlakçısı olmayan üçüncü şəxsi su ilə təmin etməsi və ya sudan istifadəyə icazə verməsi qadağan edilir. 2.1-ci bəndinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq; istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək; verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək); istehlakçının suölçən cihazını onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlamasından keçirmək; istehlakçının təqsiri olmadan zədələnən suölçən cihazı ödənişsiz qaydada təmir etmək və dövlət yoxlamasından keçirmək, həmin suölçən cihazı təmir etmək mümkün olmadıqda isə onu ödənişsiz qaydada başqası ilə dəyişdirmək; aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə; STKM ilə müqavilə bağlanılmadıqda STKM-nin vəzifələridir. 4.1-ci bəndinə əsasən su təchizatı və kanalizasiya xidmətlərindən və sudan istifadə etmək üçün STKM ilə müqavilə bağlamaq; STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; suölçən cihazları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun istismar etmək; istehlakçılara məxsus binalarda, mənzillərdə, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasını, o cümlədən üzərindəki plombların toxunulmazlığını təmin etmək; hüquqtəsdiqedici sənədlər (xidməti vəsiqə və s.) əsasında STKM-in səlahiyyətli nümayəndələrini vəzifə borclarını yerinə yetirmək məqsədi ilə maneəsiz olaraq istehlakçıya məxsus əraziyə buraxmaq; suölçən cihazlar və ya onlara vurulmuş plomblar hər hansı səbəbdən zədələndikdə (xarab olduqda), növbəti iş günündən gec olmayaraq, bu barədə STKM-i xəbərdar etmək istehlakçıların vəzifələridir. 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKMə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinin 3-cü hissəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 61-ci maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündənbir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. 72-ci maddəsinə əsasən, bu qanunun tələblərinin pozulmasında təqsirkar olan şəxslər yol verdikləri pozuntu nəticəsində su təchizatı və kanalizasiya müəssisəsinə vurulmuş maddi ziyanı ödəyir, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada digər məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 13 may 2016-cı il tarixli qərarının: Əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub.m. suyun qiyməti 0.30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0.15 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir Belə ki, iş materiallarından müəyyən olunur ki, 2014-cü ildən Cavabdeh X6 Xidməti Publik X9 Su X1 İdarəsinin abonenti kimi yaşadığı Şəmkir rayonu, X7 küç, ev-83/B ünvanında X6 Xidməti Publik X9 Su X1 İdarəsi tərəfindən göstərilən xidmətlərdən istifadə edir. X6 Xidməti Publik X9 Su X1 İdarəsi tərəfindən tərtib edilmiş Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə abonent kodu təqdim edilmişdir. İddiaçı X6 Xidməti Publik X9 Su X1 İdarəsi istehlakçı olan cavabdehi aralarında olan müqavilənin şərtlərinə uyğun xidmətlərlə təmin etmiş, lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, yaşadığı Şəmkir rayonu, X7 küç, ev-83/B ünvanında yerləşən fərdi yaşayış evində aparılmış hesabata əsasən sudan istifadəyə görə yaranmış borcu ödəməmiş və xx.xx.2025-ci il tarixə 2125.64 manat xidmət müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır. İddiaçı X6 Xidməti Publik X9 Su X1 İdarəsi qeyd edilən borcu Cavabdeh tələb edir və iddiaçı bu tələbində haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X6 Xidməti Publik X9 Su X1 İdarəsinin Cavabdeh qarşı olan iddiası təmin edilməli, abonent kodu isə **********000 olan Cavabdeh 2125.64 (iki min bir yüz iyirmi beş manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X6 Xidməti Publik X9 Su X1 İdarəsinin xeyrinə ödənilməlidir. İddia təmin edildiyindən 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X6 Xidməti Publik X9 Su X1 İdarəsinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı X6 Xidməti Publik X9 Su X1 İdarəsinin iddia ərizəsi təmin edilsin. Cavabdeh (abonent kodu **********000) 2125.64 (iki min bir yüz iyirmi beş manat altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı X6 Xidməti Publik X9 Su X1 İdarəsinin xeyrinə ödənilsin. 40 (qırx) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X6 Xidməti Publik X9 Su X1 İdarəsinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar