Məhkəmə qərarları › İş №2(076)-469/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-469/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-469/2023 17.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qurbanova Gülşən Hüseyn qızının vərəsəsi Cavabdeh iddia "xxxx" ASC-nin xeyrinə 75.82 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1.24 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaq ödənilməmiş 8.84 manat faiz borcu olmaqla ümumilikdə 84.66 (səksən dörd manat altmış altı qəpik) manat kredit borcunun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsində yanlışlığa yol verilərək Cavabdeh yazmaq əvəzinə yalnışlıqla X2 yazılmışdır. Odur ki, iş üzrə cavabdehi Cavabdeh kimi qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı’" ASC ilə Qurbanova Gülşən Hüseyn qızı arasında xx.xx.2016-cı il tarixli 44-xx-xx-052186 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Qurbanova Gülşən Hüseyn qızına illik 29 %-lə 52 ay müddətinə 2283 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Qurbanova Gülşən Hüseyn qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 1144 saylı cavab məktubundan görünür ki, Qurbanova Gülşən Hüseyn qızından qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şəmkir” filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Qurbanova Gülşən Hüseyn qızının Banka ödənilməmiş 75,82 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1.24 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla ödənilməmiş 8.84 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum Qurbanova Gülşən Hüseyn qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Orxan Dəmirli məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, xx.xx.2016-cı il tarixli 44-xx-xx-052186 nömrəli kredit müqaviləsindən görünür ki, Qurbanova Gülşən Hüseyn qızına "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən illik 29 %-lə 52 ay müddətinə 2283 manat kredit verilmişdir. xx.xx.2016-cı il tarixli 44-xx-xx-052186 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Qurbanova Gülşən Hüseyn qızı kredit borcunu xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Qurbanova Gülşən Hüseyn qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 8V-733 saylı reyestrdə qeydə alınmış vərəsəlik işinə əlavə edilmiş arayışın surətində görünür ki, Qurbanova Gülşən Hüseyn qızı ölən günədək Şəmkir rayonu, Təzəkənd kəndində yaşamışdır. Vəfat etdikdən sonra təsərrüfatda ailə üzvləri nəvəsi Cavabdeh, gəlini X9 verdi qızı, nəticəsi X4, nəticəsi X3 qalmışdır. Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli, 524 saylı məktubundan görünür ki, mərhum xx.xx.2020-ci il tarixdə vəfat etmiş Qurbanova Gülşən Hüseyn qızından qalmış miras əmlaka dair Şəmkir rayonu 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli, 8V-733 saylı reyestrdə qeydə alınmış vərəsəlik işi açılmış, mərhumun adına hər hansı bir əmlakın olması və vərəsələrin payları müəyyən edilməmiş, mərhuma aid olan hər-hansı bir miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməmişdir. Təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, “Azərbaycan Beynəlxalq Bankı’" ASC ilə Qurbanova Gülşən Hüseyn qızı arasında xx.xx.2016-cı il tarixli 44-xx-xx-052186 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Qurbanova Gülşən Hüseyn qızına illik 29 %-lə 52 ay müddətinə 2283 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Qurbanova Gülşən Hüseyn qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bankın “Şəmkir” filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Qurbanova Gülşən Hüseyn qızının Banka ödənilməmiş 75,82 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1.24 manat faiz, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla ödənilməmiş 8.84 manat faiz borcu qalmışdır. Mərhum xx.xx.2020-ci il tarixdə vəfat etmiş Qurbanova Gülşən Hüseyn qızından qalmış miras əmlaka dair Şəmkir rayonu 1 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli, 8V-733 saylı reyestrdə qeydə alınmış vərəsəlik işi açılmış, lakin mərhumun adına hər hansı bir əmlakın olması və vərəsələrin payları müəyyən edilməmiş, mərhuma aid olan hər-hansı bir miras əmlaka dair vərəsəlik hüququ haqda şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1321-ci maddəsinə əsasən: 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Məhkəmə iş materiallarına əsasən qeyd edir ki, kredit müqaviləsi mərhum Qurbanova Gülşən Hüseyn qızı ilə bank arasında bağlanılmış, lakin borcalan cavabdeh Qurbanova Gülşən Hüseyn qızı öldüyü üçün onun müqavilə üzrə kreditoru qarşısında öhdəliklərinin icrasının təmin edilməsi üçün vərəsəsi olaraq göstərilmiş Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, lakin miras əmlakın nədən ibarət olması, vərəsələrin dairəsi və miras əmlakdan qanun və ya vəsiyyət üzrə vərəsələrin hansı hissədə pay almalarına dair heç bir sübut ərizəyə əlavə edilməmiş və bu hallın əksi məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Lakin, təqdim edilmiş sənədlərlə cavabdeh olaraq göstərilmiş şəxsin vərəsə olaraq tanınması və hansı miras əmlakı qəbul etməsi, vərəsələrin dairəsi, vərəsənin miras əmlakda olan payının həcmi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası təmin edilməsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar