Məhkəmə qərarları › İş №2(076)-471/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-471/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-471/2023 26.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X8 iclas katibliyi, iddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdim: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əliyeva Məryam Qəşəm qızının vərəsələri Cavabdeh1 və X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 2218.41 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1345.78 manat faiz, cərimə borcu üzrə 0.03 man olmaqla ümumilikdə 3564.22 (üç min beş yüz altmış dörd manat iyirmi iki qəpik) manat kredit borcunun və ödənilmiş 55.65 (əlli beş manat altmış beş qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Əliyeva Məryam Qəşəm qızı arasında xx.xx.2019-cu il tarixli BPM**********97 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əliyeva Məryam Qəşəm qızına illik 25 %-lə 60 ay müddətinə 2570 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əliyeva Məryam Qəşəm qızı xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 664 saylı cavab məktubundan görünür ki, Əliyeva Məryam Qəşəm qızından qalmış mirasa Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şəmkir” filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Əliyeva Məryam Qəşəm qızının Banka ödənilməmiş 2218.41 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1345.78 manat faiz, cərimə borcu üzrə 0.03 manat olmaqla cəmi 3564.22 manat borcu qalmışdır. Cavabdehlər mərhum Əliyeva Məryam Qəşəm qızından qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X17 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər dir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə Əliyeva Məryam Qəşəm qızı arasında xx.xx.2019-cu il tarixli BPM**********97 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Əliyeva Məryam Qəşəm qızına illik 25 %-lə 60 ay müddətinə 2570 manat kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Əliyeva Məryam Qəşəm qızı xx.xx.2020ci il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 664 saylı cavab məktubundan görünür ki, Əliyeva Məryam Qəşəm qızından qalmış mirasa Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bankın “Şəmkir” filialı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Əliyeva Məryam Qəşəm qızının Banka ödənilməmiş 2218.41 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1345.78 manat faiz, cərimə borcu üzrə 0.03 manat olmaqla cəmi 3564.22 manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixli BPM**********97 nömrəli kredit müqaviləsindən görünür ki, Əliyeva Məryam Qəşəm qızına "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən illik 25 %-lə 60 ay müddətinə 2570 manat kredit verilmişdir. xx.xx.2019-cu il tarixli BPM**********97 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Əliyeva Məryam Qəşəm qızı kredit borcunu xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Əliyeva Məryam Qəşəm qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Şəmkir rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 664 saylı məktubundan görünür ki, mərhum Əliyeva Məryam Qəşəm qızından qalmış miras əmlaka dair vərəsəlik işi açılmamışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş notariat işində olan arayışlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 mərhum Əliyeva Məryam Qəşəm qızından miras qalmış torpaq sahəsini qəbul etmişlərdir. İşdə olan Şəmkir şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, Əliyeva Məryam Qəşəm qızı ailə üzvləri X10, X6, Cavabdeh2, Cavabdeh1 və X5 ilə birlikdə ünvan 1 ünvanında vəfat edənə qədər yaşamışdır. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Məryam Qəşəm qızı arasında xx.xx.1991-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan Şəmkir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X14 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. X3r, anası Əliyeva Məryam Qəşəm qızıdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1992ci il tarixdə doğulmuşdur. X3r, anası Əliyeva Məryam Qəşəm qızıdır. İşdə olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X4, Cavabdeh1 və Cavabdeh2 Şəmkir şəhəri ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi kredit götürən vəfat etdiyindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş və bunun nəticəsində iddiaçıya borcu yaranmışdır. Cavabdehlər borclunun vərəsələri olaraq mirası qəbul etmələrinə baxmayaraq miras qoyanın bank qarşısında əsas və faiz borcunu vaxtında ödəməmişlər, bununla da iddiaçının müqavilənin şərtlərinə uyğun olaraq əsas, faiz və cərimə borcunu tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Əliyeva Məryam Qəşəm qızının "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli BPM**********97 nömrəli kredit müqaviləsi üzrə borclu olduğu 2218.41 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1345.78 manat faiz, cərimə borcu üzrə 0.03 man olmaqla ümumilikdə 3564.22 (üç min beş yüz altmış dörd manat iyirmi iki qəpik) manat pul onun mirasını qəbul etmiş vərəsələrindən tutulmalıdır. Belə ki, miras, miras aktivindən və passivindən ibarət olmaqla mirası qəbul etmiş vərəsəyə mirasın aktivindən pay əldə etmək hüququ verdiyi kimi eyni zamanda mirasın passivi üzrə mirasqoyanın öhdəliklərini icra etmək vəzifəsini də yaradır. Buna görə də iddia tələbi təmin edilməli, Əliyeva Məryam Qəşəm qızının vərəsələri Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli BPM**********97 nömrəli kredit müqaviləsi üzrə 2218.41 manat əsas, müqavilə müddəti ərzində ödənilməmiş 1345.78 manat faiz, cərimə borcu üzrə 0.03 man olmaqla ümumilikdə 3564.22 (üç min beş yüz altmış dörd manat iyirmi iki qəpik) manat kredit borcu tutularaq "xxxx" ASC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 55.65 (əlli beş manat altmış beş qəpik) manat məbləğində dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2218.41 manat əsas borc, 1345.78 manat faiz borc, cərimə borcu üzrə 0.03 manat olmaqla ümumilikdə 3564.22 (üç min beş yüz altmış dörd manat iyirmi iki qəpik) manat borc və məhkəmə xərci qismində 55.65 (əlli beş manat altmış beş qəpik) manat dövlət rüsumu, 0,4 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar