Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-475/2023 14.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: LPO İddiaçı ASC–nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 Cavabdeh: Cavabdeh1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC–nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər (mərhum X1 vərəsələri) Cavabdeh3, Cavabdeh2, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC–nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər (mərhum X1 vərəsələri) Cavabdeh3, Cavabdeh2, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin hazırlıq iclası zamanı iddiaçı LPO İddiaçı ASC–nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 cavabdehlərlə mübahisə üzrə razılığa gəldiklərini, öz aralarında barışıq sazişi bağladıqlarını bildirdi və barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclası zamanı Cavabdeh1 iddiaçı bankla aralarında barışıq sazişi bağladıqlarını bildirdi və barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və X2 məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişdir. Məhkəmə işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddiaçı bank tərəfindən məhkəməyə xx.xx.2023–cü il tarixli barışıq sazişi təqdim edilmişdir. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən olunmuşdur:
1. xx.xx.2014–cü il tarixli, 236 saylı kredit müqaviləsi üzrə cəmi 8.319,92 manat məbləğində borcu iddiaçı bank və cavabdehlər təsdiq etmişlər.
2. Cavabdehlər xx.xx.2014–cü il tarixli, 236 saylı kredit müqaviləsi üzrə güzəşt olaraq 5.687 manat borcu ilkin olaraq fevral–iyul ayları ərzində hər ay 50 manat aylıq ödənişlə, avqust ayı ərzində 800 manat aylıq ödənişlə, qalan 4.587 manat borcu 17 ay müddətində hər ay 269,82 manat aylıq ödənişlə ödəməyi öhdələrinə götürmüşlər.
3. İddiaçı LPO İddiaçı ASC–nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2014–cü il tarixli, 236 saylı kredit müqaviləsi üzrə cəmi 2.632,92 manat məbləğində borcu cavabdehlərə tam şəkildə güzəşt etməyi öhdəsinə götürmüşdür.
4. Tərəflər təsdiq edirlər ki, hər ay ödəniləcək məbləğin cavabdehlər tərəfindən 2 dəfə lazımınca ödənilməməsi sazişin 2–ci bəndinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir.
5. Tərəflər təsdiq edirlər ki, cavabdehlər verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2014–cü il tarixli, 236 saylı kredit müqaviləsi üzrə cəmi 2.632,92 manat məbləğində borcun güzəşt edilməsi ləğv edilir.
6. Cavabdehlər təsdiq edirlər ki, Sazişin 2–ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1–ci maddəsində qeyd olunan borc məbləğlərini iddaçıya tam şəkildə ödənilməsinə, borcun ipoteka predmetinə yönəldilməsinə və həmin əmlakın açıq hərracda satılmasına, satışdan əldə olunan pul məbləğinin LPO İddiaçı ASC–nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsinə etiraz etmirlər.
7. Tərəflər razılaşırlar ki, xx.xx.2014–cü il tarixli, 236 saylı kredit müqaviləsi üzrə öhdəlik cavabdehlər tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan, X3 məxsus, Şəmkir rayonu, Qaracəmirli kəndi, Füzuli küçəsində 0,23 ha torpaq sahəsində yerləşən 45 saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə cavabdehlərin birinin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Tərəflər həmçinin, öhdələrinə götürürlər ki, hazırki barışıq sazişinin şərtlərinə vaxtlı–vaxtında və vicdanla əməl edəcəklər və sazişin şərtlərini pozan tərəf mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Məhkəmə tərəflərin təqdim etdikləri barışıq sazişini və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin, məhkəmə bu nəticəyə gəlir ki, barışıq sazişinin şərtləri qanuna zidd deyildir, hər hansı tərəfin hüququnu pozmur və qanuni mənafelərinə qarşı yönəlməmişdir. Azərbaycan Respublikası MPM–in 52.3–cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5–ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2–ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5–ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Həmin Məcəllənin 170.1–ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8–ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bununla əlaqədar olaraq məhkəmə iclasında aparılan araşdırmalar zamanı müəyyən olundu ki, tərəflərin təqdim etdikləri barışıq sazişi onların real və həqiqi vəziyyətlərinə uyğundur. Həmin saziş başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 261, 262, 263, 264, 268 və 269–cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı LPO İddiaçı ASC–nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər (mərhum X1 vərəsələri) Cavabdeh3, Cavabdeh2, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə tərəflər arasında bağlanmış 31 yanvar 2023–cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:
1. Tərəflər təsdiq edirlər ki, xx.xx.2014–cü il tarixli, 236 saylı kredit müqaviləsi üzrə cəmi borc məbləği 8.319,92 manat təşkil edir.
2. Cavabdehlər xx.xx.2014–cü il tarixli, 236 saylı kredit müqaviləsi üzrə güzəşt olaraq 5.687 manat borcu ilkin olaraq fevral–iyul ayları ərzində hər ay 50 manat aylıq ödənişlə, avqust ayı ərzində 800 manat aylıq ödənişlə, qalan 4.587 manat borcu 17 ay müddətində hər ay 269,82 manat aylıq ödənişlə ödəməyi öhdələrinə götürürlər.
3. İddiaçı LPO İddiaçı ASC–nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu xx.xx.2014–cü il tarixli, 236 saylı kredit müqaviləsi üzrə cəmi 2.632,92 manat məbləğində borcu cavabdehlərə tam şəkildə güzəşt etməyi öhdəsinə götürür.
4. Tərəflər təsdiq edirlər ki, hər ay ödəniləcək məbləğin cavabdehlər tərəfindən 2 dəfə lazımınca ödənilməməsi sazişin 2–ci bəndinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir.
5. Tərəflər təsdiq edirlər ki, cavabdehlər verilən ödəniş şərtlərini pozduğu halda xx.xx.2014–cü il tarixli, 236 saylı kredit müqaviləsi üzrə cəmi 2.632,92 manat məbləğində borcun güzəşt edilməsi ləğv edilir.
6. Cavabdehlər təsdiq edirlər ki, Sazişin 2–ci bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1–ci maddəsində qeyd olunan borc məbləğlərini iddaçıya tam şəkildə ödənilməsinə, borcun ipoteka predmetinə yönəldilməsinə və həmin əmlakın açıq hərracda satılmasına, satışdan əldə olunan pul məbləğinin LPO İddiaçı ASC–nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsinə etiraz etmirlər.
7. Tərəflər razılaşırlar ki, xx.xx.2014–cü il tarixli, 236 saylı kredit müqaviləsi üzrə öhdəlik cavabdehlər tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan, X3 məxsus, Şəmkir rayonu, Qaracəmirli kəndi, Füzuli küçəsində 0,23 ha torpaq sahəsində yerləşən 45 saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə cavabdehlərin birinin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. Tərəflər həmçinin, öhdələrinə götürürlər ki, hazırki barışıq sazişinin şərtlərinə vaxtlı–vaxtında və vicdanla əməl edəcəklər və sazişin şərtlərini pozan tərəf mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar iddiaçı LPO İddiaçı ASC–nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər (mərhum X1 vərəsələri) Cavabdeh3, Cavabdeh2, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Taleh Musayev