Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-4870/2025 04.03.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “reqres qaydasında pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona verməli olduğu 1657.06 (min altı yüz əlli yeddi manat 06 qəpik) manat məbləğində pulun qətnamə icra olunan vaxtı AZN-nə olan məzənnəsi ilə və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bacısının əri olduğundan yaxından tanıyırdı və ona inanırdı. Cavabdeh «Bank Olmayan Kredit Təşkilatı Viator Mikrokredit MMC» ilə bağladığı SR/14999 saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 510 (beş yüz on) manat olmaqla 3 il müddətinə 3000 (üç min) manat məbləğdə pul götürmüşdür. Cavabdehin aldığı kreditin təminatı olaraq «Bank Olmayan Kredit Təşkilatı Viator Mikrokredit MMC» ilə onun və X5 arasında xx.xx.2014-cü il tarixdə 17018/4 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtinə əsasən əsas borclu olan cavabdehin kredit öhdəliyin tam və qismən təmin edə bilməməsi halında həmin müqavilənin zamin olaraq onun və X5 tərəfindən ödəniləcəyi öhdəliyi üzərlərinə qoyulmuşdur. Cavabdeh kredit borcunun müəyyən hissəsini ödədikdən sonra Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışdır. Kredit borcunun qalan hissəsini ödəməməsinə və ikinci zamin Məmmədov Namikin iş yeri olmadığına görə zamin olaraq müqavilə üzrə onun üzərinə öhdəliyin qoyulmasına görə cavabdehin ödəməmiş 1657.06 (min altı yüz əlli yeddi manat 06 qəpik) manat məbləğində qalıq kredit borcu kreditorun tələbi ilə Şəmkir rayon Məhkəməsinin 2(076)- 5538/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi əsasında onun əmək haqqından tutularaq “Viator Mikrokredit Azərbaycan“ MMC-nin hesabına ödənilmişdir. Cavabdehə onun əmək haqqından tutulan, onun aldığı kredit pulunun özünün tərəfindən nəğdi olaraq ona qaytarılmasını tələb etsə də müxtəlif bəhanə ilə ödəməkdən imtina etmişdir. Son vaxtlar isə ümumiyyətlə ona heç bir pul ödəməyəcəyini bildirmişdir. Ona görə reqress qaydasında cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən ona verməli olduğu 1657.06 (min altı yüz əlli yeddi manat 06 qəpik) manat, 122 manat məbləğində pulun və 40 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-5538/2017 saylı icra sənədi icra yönəldikdə o 122 manat icra ödənişi etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdır. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı Viator Mikrokredit Azərbaycan MMC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli, 17018/4 nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin Bank Olmayan Kredit Təşkilatı Viator Mikrokredit Azərbaycan MMC ilə Cavabdeh arasında bağlanmış 17018/4 saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklənin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdələrinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Bank Olmayan Kredit Təşkilatı Viator Mikrokredit Azərbaycan MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh SR/14999 saylı kredit müqaviləsi üzrə BOKT "xxxx" MMC-nə olan borcuna görə onun zamini İddiaçı əmək haqqından Şəmkir rayon Məhkəməsinin 2(076)- 5538/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi əsasında xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək cəmi 1657 (min altı yüz əlli yeddi manat 06 qəpik) manat vəsait tutularaq BOKT "xxxx" MMC-nin hesabına ödənilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-5538/2017 saylı icra sənədinin surətindən görünür ki, borclular X1, İddiaçı və X3 əsas borc üzrə 976 (doqquz yüz yetmiş altı) manat, faiz borcu üzrə 10 (boş yüz on) manat, cərimə borcu üzrə 244 (iki yüz qırx dörd) manat, cəmi 1730 (min yeddi yüz otuz) manat məbləğində pul alınıb ərizəçi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə verilməsi, Cavabdeh, X2 və X3 20 (iyirmi) manat pul alınıb Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nə verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş DOST İŞ Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arayışdan və ödəniş qəbzlərindən görünür ki, İddiaçı 01 iyun 2022-ci il tarixindən 31 yanvar 2024-cü il tarixinədək aldığı əməkhaqqı və 2(076)-5538/2017 nömrəli icra sənədinə əsasən əməkhaqqından 1657.06 manat tutulmalar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bank Olmayan Kredit Təşkilatı Viator Mikrokredit Azərbaycan MMC ilə Cavabdeh arasında kredit müqavilələri bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bankla zaminlik müqaviləsi bağlamışdır. Borclu (cavabdeh) Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyini icra etmədiyinə görə, Bank zamin İddiaçı bank hesabından zaminlik müqaviləsi üzrə ümumilikdə 1657.06 manat məbləğində pul tutmuşdur. Həmçinin, iddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-5538/2017 saylı icra sənədi icra yönəldikdə 122 manat icra ödənişi etmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qeyd olunan pul məbləğini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1657.06 (min altı yüz əlli yeddi manat 06 qəpik) manat əsas borc və 122 (bir yüz iyirmi iki) manat icra ödənişi tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 40 (qırx) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1657.06 (min altı yüz əlli yeddi manat 06 qəpik) manat əsas borc və 122 (bir yüz iyirmi iki) manat pul, məhkəmə xərci qismində ödənilmiş 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №2(076)-4870/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-4870/2025
04.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver