Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-493/2025 25.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 4414 (dörd min dörd yüz on dörd) manat maddi ziyanın, aviabilet xərcləri üçün 1200 (bir min iki yüz) manat pul vəsaitin və ödənilmiş 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(076)-32/2024 saylı qanuni qüvvəyə minmiş hökmü ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzalara məhkum edilməklə, onların cinayət əməli nəticəsində ona maddi ziyan vurulması sübuta yetirilmişdir. Cavabdehlərin cinayət əməlləri nəticəsində ona ümumilikdə 5614 (beş min altı yüz on dörd) manat dəyərində maddi ziyan dəymişdir. Odur ki, cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 4414 (dörd min dörd yüz on dörd) manat maddi ziyanın, aviabilet xərcləri üçün 1200 (bir min iki yüz) manat pul vəsaitin və ödənilmiş 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 1(076)-32/2024 saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 oğlu və Cavabdeh2 tərəfindən təmsil etdiyi şəxsə məxsus əmlakların oğurlanması nəticəsində 4414 manat dəyərində maddi ziyan dəymişdir. Həmçinin təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqanlara izahat vermək üçün Rusiya Federasiyasından Azərbaycana gəlmək üçün aldığı aviabilet və yol xərcləri olaraq 1200 manat ziyan dəymişdir. Dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdehlər həmin maddi ziyanı ödəməmişlər. Bu səbəbdən məhkəmədə iddia qaldırılmışdır. Odur ki, cinayət əməli nəticəsində vurulmuş ziyanın əvəzi olaraq 4414 (dörd min dörd yüz on dörd) manat maddi ziyanın, aviabilet xərcləri üçün 1200 (bir min iki yüz) manat pul vəsaitin və ödənilmiş 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların məhkəmə iclasına gətirilməsi təmin edilməmişdir. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, qanuni qüvvəyə minmiş məhkəmə hökmünü, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli l(076)- 32/2024 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Cavabdeh1 və Cavabdeh2 cinayət əməlləri nəticəsində İddiaçı 4414 (dörd min dörd yüz on dörd) manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə müəyyən iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 oğlu və Cavabdeh2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq İddiaçı məxsus fərdi yaşayış evinə daxil olaraq oğurluq cinayət əməlini törətmişlər. Cinayət əməli nəticəsində iddiaçıya 4414 manat dəyərində maddi ziyan dəymişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli l(076)-32/2024 saylı hökmü ilə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək hər ikisi 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən qanunla müəyyən edilmiş müddət ərzində şikayət və ya protest verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir və məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası CPM–in 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub–olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası MPM–in 82.4–cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub–olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur və cavabdehlər həmin hərəkətlərinə görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşlar. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehlərin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Bununla belə məhkəmə işin araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, İddiaçı cinayət prosesini həyata keçirən orqanlara izahat vermək üçün aviabilet alaraq Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmək üçün pul xərclədiyini, bununla da ona maddi zərər dəyməsini iddia etsə də, həmin halı mötəbər sübutlarla təsdiq edə bilməmiş, o cümlədən məhkəməyə iddia tələbini həmin hissədə təsdiq edən sübutlar təqdim etməmişdir. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olmasına baxmayaraq, məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla da iddiaçıya 1200 manat məbləğində maddi zərər dəyməsi iş materialları ilə təkzib edilmişdir. Bu səbəbdən iddianın aviabilet xərcləri üçün maddi zərərlə bağlı hissəsi əsaslı olmadığından rədd edilməlidir.Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4414 (dörd min dörd yüz on dörd) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 77 (yetmiş yeddi) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-493/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-493/2025
25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver