Məhkəmə qərarları › İş №2(076)-497/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-497/2024

24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-497/2024 24.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh2 nümayəndəsi (vəkil) X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 MMC-nə və Cavabdeh2 qarşı «pul və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh3 MMC-nə qarşı «pul və mənəvi ziyan» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 MMC-dən 23000 (iyirmi üç min) manat məbləğində pulun, ödənməmiş yerləşdirdiyi əmanətin faizi olan 1350 manat pulun və ödənilmiş 159 (bir yüz əlli doqquz) manat məbləğində dövlət rüsumunun və 5000 (beş min) manat miqdarında mənəvi zərərin, cəmi 29509 (iyirmi doqquz min beş yüz doqquz) manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxardılması xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Aşağı Seyfəli kənd sakini 22 sentyabr 2022-ci il tarixində Şəmkir şəhəri, H.Aslanov küç.,11 ünvanında yerləşən "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 (VÖEN **********) ilə No 0049 DEP nömrəli əmanət müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən 12 (on iki) aylıq, illik 2 (iki) faiz dərəcəsi olmaqla, 23.000 (iyirmi üç min) manat məbləğdə əmanəti "xxxx" MMC-də yerləşdirmişdir. Əvvəllər 4-5 ay müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsinə uyğun olaraq yerləşdirdiyi əmanətin faizini nəğd şəkildə ödəmiş, lakin sonrakı 2-3 ayı gecikmələr edərək müəyyən edilmiş vaxtdan çox gec ödəmişdir. Cavabdeh artıq 4 aydır ki, müqavilənin şǝrtlərinə əməl etmir. Ona heç bir faiz dərəcəsi ödəmir. Dəfələrlə ofisinə getməsinə baxmayaraq MMC-nin işçisi depoziti ona qaytara biləcək səlahiyyəti olmadığını qeyd edərək, Cavabdeh2 müraciət etməli olduğumu bildirmişdir. Cavabdeh2 yerləşdirdiyi depoziti geri qaytarmasını tələb etdikdə ona tezliklə yerləşdirdiyi əmanəti qaytaracağını bildirmişdir. Ancaq sonuncu dəfə noyabr ayının əvvəlində görüşəndə pulunun olmadığını və 1-2 günə evini satıb ödəyəcəyini bildirmişdir. Artıq bir neçə gündür nə telefonlara cavab vermir, nə də onun harda olması ilə bağlı məlumat yoxdur. Pulumu geri tələb etmək üçün MMC-nin yerləşdiyi ofisə getmiş, lakin ofis bağlı olmuşdur. Sonradan Cavabdeh2 ölkədən qaçdığını müəyyən etmişdir. Atası ağır xəstədir. Hər ay iynəsini Türkiyə Respublikasından 500 manata satın alır. O həmin depozitə qoyduğu pulu şəxsi avtomobilini sataraq yerləşdirmişdir. Məqsədi atasına alınacaq dərmanın pulunu qarşılaya bilmək olmuşdur. Artıq 2-3 aydır imkansızlıqdan atasının müalicəsini davam etdirə bilmir. Çox çarəsiz vəziyyətə düşmüşdür. Bundan başqa hesab edir ki, cavabdehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində ona mənəvi ziyan da dəymişdir. Belə ki, onun "xxxx" MMC-nin təsisçisi olan Cavabdeh2 dəfələrlə zəng etməsinə baxmayaraq telefonu açmamış və üstəlik özbaşına ölkəni tərk edib qaçmışdır. Onun bu əməllərindən əsəb və stress keçirtmişdir. Ona görə də bu işin məhkəmə qaydasında həll edilməsi üçün iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 vəsatət verərək, "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 da iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin qərardadı ilə Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə İddiaçılə bağlanılmış müqavilədə illik 2 faiz göstərilsə də faktiki olaraq aylıq 2 faiz olmaqla illik 24 faizlə müqavilə bağlanılmışdır. Onun anası Xalidə Quluyeva ilə də xx.xx.2022-ci il tarixdə 25000 manatla əmanət müqaviləsi bağlanılmış, həmin müqavilə də aylıq 2 faiz dərəcəsi ilə bağlanılmışdır. Eyni zamanda məhkəməyə təqdim edilmiş ödənişlər ona və anasına məxsus müqavilə üzrə aylıq faizlərdir. Belə ki, onun müqaviləsi üzrə 23000 manatın aylıq 2 faizi 460 manat, anasının müqaviləsi üzrə 25000 manatın aylıq 2 faizi 500 manat, cəmi hər ay 960 manat faiz ödənilməli idi ki, təqdim edilmiş qəbzlərdə həmin məbləğ öz əksini tapmışdır. Bundan başqa cavabdehin nümayəndəsinin izahatında qeyd etdiyi avtomobil onunla bağlanmış müqavilənin qarşılığında deyil, anası Xalidə Quluyeva ilə bağlanılmış müqavilənin qarşılığında verilmişdir. Eyni zamanda müqavilədə nəzərdə tutulmuş pullara görə ona hər hansı qəbz verilməmişdir, belə ki, bağlanılmış müqavilə əsasında pul Cavabdeh2 verilmişdir. Qeyd edilənlərə əsasən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi (vəkil) X3 iddia tələbini qəbul etməyərək, verdiyi izahatında göstərdi ki, 22 sentyabr 2022-ci il tarixdə "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh2 ilə İddiaçı arasında No0049 DEP nömrəli əmanət müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı 12 (on iki) aylıq, illik 2 (iki) faiz dərəcəsi olmaqla, 23.000 (iyirmi üç min) manat məbləğdə əmanət Cavabdeh2 verilmişdir. "xxxx" MMC-nin təsisçisi Əliyev X5 müqaviləsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmişdir. Belə ki, Əmanət müqaviləsində illik 2 faiz ödənilməsi nəzərdə tutulmuş və Cavabdeh2 İddiaçı hesabına xx.xx.2022-ci il tarixdə 950 manat, xx.xx.2022-ci il tarixdə 970 manat, xx.xx.2023-cü il tarixdə 950 manat, xx.xx.2023-cü il tarixdə 720 manat, xx.xx.2023cü il tarixdə 960 manat, xx.xx.2023-cü il tarixdə 960 manat və 240 manat ödənişlər etmişdir. Həmçinin, Cavabdeh2 atası X2 məxsus TOYOTA LAND-CRUİSER-PRADO MİNİK markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil də həmin Əmanət müqaviləsi üzrə "xxxx" MMCnin İddiaçı yaranmış borcun əvəzində 28000 manat məbləğində qiymətləndirilərək İddiaçı verilmişdir. İddiaçı həmin avtomobili real alqı-satqı müqaviləsi əsasında satın almamışdır. Hazırda Cavabdeh2 İddiaçı heç bir borcu qalmamışdır. O öz borcunu artıqlaması ilə ödəmişdir. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, Cavabdeh2 onun oğludur. Nofəlin borclarından məlumatı olmamışdır. İddiaçı ona borc barədə bildirərək onu məcbur etdi ki, avtomobilini versin İddiaçı. Əvvəlcə avtomobili etibarnamə ilə vermək istəmiş, Anar razılaşmamışdır. Anar avtomobili onun adına keçirməsini istəmişdir. Nəhayət borcun qarşılığında avtomobili Anarın adına keçirmişdir. Avtomobili Anarın adına keçirdiyindən avtomobili hazırki müqavilə üzrə borcun əvəzi kimi vermişdir. Anar sonradan bildirdi ki, anasının da adına müqavilə var, anasına olan borcun qarşılığında avtomobili qəbul etdiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli, 0049 DEP nömrəli Əmanət müqaviləsinin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı 12 (on iki) aylıq, illik 2 (iki) faiz dərəcəsi olmaqla, 23.000 (iyirmi üç min) manat məbləğdə əmanəti "xxxx" MMC-də yerləşdirmiş, Təşkilat müştərinin müraciətinə əsasən onun nağd şəkildə və ya hesabına nağdsız şəkildə daxil olmuş vəsaiti əmanət hesabına yerləşdirilməsini, hesablanmış faiz məbləğlərini müştərinin tapşırığına əsasən cari və ya ödəniş kart hesabına köçürülməsini, Müştəri isə əmanət əsaslı kredit və ya kreditin xətti üzrə borcun müqavilədə müəyyən olunmuş müddətdə və əmanət üzrə müqavilənin son tarixindən gec olmamaq şərtilə ödənilməsini təmin etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı məxsus ******************** saylı hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə 950 manat, xx.xx.2022-ci il tarixdə 970 manat, xx.xx.2023-cü il tarixdə 950 manat, xx.xx.2023-cü il tarixdə 720 manat, xx.xx.2023-cü il tarixdə 960 manat, xx.xx.2023-cü il tarixdə 960 manat və 240 manat ödənişlər edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin təsdiqlənmiş surətindən görünür ki, həmin alqı-satqı müqaviləsi əsasında X2 məxsus TOYOTA LAND-CRUİSER-PRADO MİNİK markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı 28000 manata satılmışdır. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, "xxxx" MMC-nin (VÖEN **********) təsisçisi Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli, 0049 DEP nömrəli Əmanət müqaviləsinə əsasən İddiaçı 12 (on iki) aylıq, illik 2 (iki) faiz dərəcəsi olmaqla, 23.000 (iyirmi üç min) manat məbləğdə əmanəti Cavabdeh2 vermişdir. İddiaçı tərəfindən Cavabdeh2 verilmiş puldan Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə 950 manat, xx.xx.2022-ci il tarixdə 970 manat, xx.xx.2023-cü il tarixdə 950 manat, xx.xx.2023-cü il tarixdə 720 manat, xx.xx.2023-cü il tarixdə 960 manat, xx.xx.2023-cü il tarixdə 960 manat və 240 manat olmaqla cəmi 5750 manat ödənişlər İddiaçı məxsus ******************** saylı hesab nömrəsinə ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh3 MMCdən və Cavabdeh2 23000 (iyirmi üç min) manat məbləğində pulu, ödənilməmiş yerləşdirdiyi əmanətin faizi olan 1350 manat pulu və 5000 (beş min) manat miqdarında mənəvi zərəri tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı, ona məxsus 23000 (iyirmi üç min) manat məbləğində pulu Cavabdeh2 təsisçisi olduğu "xxxx" MMC-nə yerləşdirməsini, yəni Cavabdeh2 verməsini təsdiq edən sübutunu, yəni tərəflər arasında bağlanmış 22 sentyabr 2022-ci il tarixli, 0049 DEP nömrəli Əmanət müqaviləsini məhkəməyə təqdim etmişdir. Həmin Əmanət müqaviləsi ilə, həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə müəyyən olunur ki, ümumilikdə 23000 manat məbləğində pul iddiaçı tərəfindən Cavabdeh2 verilmişdir. Cavabdeh2 nümayəndəsi (vəkil) X3 isə məhkəmə iclasında İddiaçı tərəfindən Cavabdeh2 verilmiş 23000 manat məbləğində pulun bir hissəsinin Cavabdeh2 özü tərəfindən ödənildiyini, qalan məbləğin isə Cavabdeh2 atası X2 məxsus TOYOTA LAND- CRUİSER-PRADO MİNİK markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı verilməsi ilə əvəzləşdirildiyini bildirmiş, iddiaçı isə həmin halı təkzib edərək avtomobilin anası Xalidə Quluyeva ilə bağlanılmış əmanət müqaviləsinin əsasında 28000 manatla əvəzləşdirildiyini bildirmişdir. Lakin, cavabdehin nümayəndəsi qeyd etdiyi halı, yəni məhz iddiaçı tərəfindən Cavabdeh2 əmanət kimi verilmiş 23000 manat pulun əvəzi olaraq Cavabdeh2 atasına məxsus 28000 manat dəyərində TOYOTA LAND-CRUİSER-PRADO MİNİK markalı, ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı verilməsinə dair sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 944.2-ci maddəsinə əsasən əmanətin qoyulduğu hesab üzrə bank ilə əmanətçinin münasibətlərinə bank hesabı müqaviləsi haqqında qaydalar tətbiq olunur, bir şərtlə ki, bu Məcəllənin bu fəslinin müddəalarında ayrı hal nəzərdə tutulmasın və ya bank əmanəti müqaviləsinin mahiyyətindən ayrı hal irəli gəlməsin. 945.1-ci maddəsinə əsasən pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəyə (lisenziyaya) uyğun olaraq buna hüququ çatan banklar və poçt rabitəsinin milli operatoru malikdirlər. 945.2-ci maddəsinə əsasən hüququ çatmayan şəxs tərəfindən və ya qanunla müəyyənləşdirilmiş qayda, yaxud qanuna uyğun qəbul edilmiş bank qaydaları pozulmaqla fiziki şəxsdən əmanət qəbul olunduqda əmanətçi əmanət məbləğinin dərhal qaytarılmasını, habelə onun üçün faizlər ödənilməsini və bundan əlavə, əmanətçiyə vurulmuş bütün zərərin əvəzinin verilməsini tələb edə bilər. Belə bir şəxs bank əmanəti müqaviləsinin şərtləri əsasında hüquqi şəxsin pul vəsaitini qəbul etdikdə, bu cür müqavilə etibarsızdır. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, İddiaçı Cavabdeh2 verməklə illik 24 faiz olmaqla 12 ay müddətinə 23000 manat Cavabdeh3 MMC-yə əmanət yerləşdirdiyini, cavabdehin əvvəllər bir neçə ay əmanətin faizini verməsini, daha sonra müqavilənin şərtlərinə əməl etmədiyini, cavabdeh tərəfindən ona ödənilmiş məbləğin yalnız yerləşdirdiyi əmanətin müqavilədə nəzərdə tutulmuş qaydada faizləri olduğunu göstərmiş olsa da, məhkəmə iclasında araşdırılmış sübutlarla tərəflər arasında qanunvericiliyə uyğun olaraq əmanət müqaviləsi bağlanmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 945.1-ci maddəsinin tələbindən də göründüyü kimi pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəyə (lisenziyaya) uyğun olaraq buna hüququ çatan banklar və poçt rabitəsinin milli operatoru malik olduqları halda mübahisə predmeti olan 22 sentyabr 2022-ci il tarixli, 0049 DEP nömrəli Əmanət müqaviləsi Cavabdeh3 MMC ilə İddiaçı arasında bağlanmışdır. Həmin müqaviləyə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəlləninin 945.1-ci maddəsinə əsasən pul vəsaitini əmanətlərə cəlb etmək hüququna qanunla müəyyənləşdirilmiş qaydada verilən xüsusi icazəsı (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - banklar və poçt rabitəsinin milli operatoru həyata keçirə bilərlər. İşdə iştirak edən şəxsləri izahatlarından və işin araşdırılmış hallarından aşkar olaraq müəyyən olunur ki, iddiaçı belə xüsusi razılığa malik deyil. Göründüyü kimi hüququ çatmayan şəxs tərəfindən müqavilə bağlanaraq fiziki şəxsdən əmanət qəbul olunduğu üçün müqavilə etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, tərəflər arasında 22 sentyabr 2022-ci il tarixdə bağlanmış 0049 DEP nömrəli İddiaçı məxsus 23000 manat məbləğində pulun kredit təşkilatına əmanət kimi yerləşdirilməsinə dair müqavilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlanmadığından etibarsızdır. Bununla belə Cavabdeh3 MMC-nin təsisçisi olaraq Cavabdeh2 və İddiaçı tərəfindən imzalanmış yazılı qəbzlə (Əmanət müqaviləsi), eyni zamanda işdə iştirak edən şəxslərin izahatı ilə təsdiq olunur ki, həmin pul məbləği iddiaçı tərəfindən Cavabdeh2 verilmişdir və bu halda cavabdeh hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında ümumilikdə 23000 manat pulun cavabdehə verilməsinə dair bağlanmış əmanət müqaviləsi qanunvericiliyin tələblərinə zidd olsa da, cavabdeh tərəfindən imza edilən həmin müqavilədə pulun iddiaçı tərəfindən cavabdehə verilməsi, iddiaçının izahatı və cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ödəniş qəbzləri ilə iddiaçının əmanət kimi verrdiyi puldan 5750 manat pulu iddiaçıya qaytarması təsdiq edilir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, eyni zamanda 23 000 manat pul cavabdehlərdən Cavabdeh2 verildiyindən, verilmiş puldan 5750 manat geri qaytarıldığından, qalan 17250 manat pul Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin iddiaçının yerləşdirdiyi əmanətin faizi olan ödənməmiş 1350 manat pul hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında əmanət müqaviləsi adı ilə 22 sentyabr 2022-ci il tarixdə bağlanmış 0049 DEP nömrəli müqavilə Mülki Qanunvericiliyin tələblərinə zidd olaraq pul vəsaitini əmanətlərə cəlb etmək hüququna malik olmayan şəxs tərəfindən bağlandığından və həmin müqavilə yuxarıda qeyd olunanlara əsasən özlüyündə etibarsız olduğundan əmanət kimi Təşkilata yerləşdirilmiş pulun ödənilməmiş faizləri olan 1350 manat pulu cavabdehdən tələb etmək hissəsində iddia tələbi əsassızdır. İddiaçı cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 5000 manat pul tələb etsə də məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab etmir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı onun "xxxx" MMC-nin təsisçisi olan Cavabdeh2 dəfələrlə zəng etməsinə baxmayaraq telefonu açmaması, üstəlik onun özbaşına ölkəni tərk edib qaçması nəticəsində Cavabdeh2 əməllərindən əsəb və stress keçirtməsini iddia etsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməli olduğundan, kreditor (iddiaçı A. S. Quluyev) da digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditora gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməlidir. Hazırda iddia tələbində qeyd edilən müqavilə bağlandığı andan etibarsız hesab edildiyindən və müqavilə bağlanan zaman 23000 manat iddiaçı tərəfindən cavabdehin hesabına köçürüldüyündən müqavilə bağlanan gündən bu günə qədər illik 5 faiz hesablanmaqla (23000 x 5%=1150 manat, 1150 : 12 ay=95,83, 95,83x21 ay=2012,50 manat ) 2012,50 manat pul iddia tələbinin hədlərindən az olduğundan, iddia tələbindən kənara çıxmadan işdə iştirak edən şəxsin verdiyi tələb üzrə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 17250 manat əsas, illik 5 faiz hesablanmaqla 2012,50 manat, ümumilikdə 19262.50 (on doqquz min iki yüz altmış iki manat əlli qəpik) manat məbləğində pul Cavabdeh2 alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən 147.79 manat dövlət rüsumu da cavabdehlərdən iddiaçının hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh2 17250 manat əsas, illik 5 faiz hesablanmaqla 2012,50 manat, ümumilikdə 19262.50 (on doqquz min iki yüz altmış iki manat əlli qəpik) manat pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh2 147.79 ( bir yüz qırx yeddi manat yetmiş doqquz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar