Məhkəmə qərarları › İş №2(076)-503/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-503/2024

07.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-503/2024 07.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment ödəməkdən azad olunma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun birgə nikahından 20 iyul 2011-ci ildə doğulmuş Murad adlı uşağın onun himayəsində yaşadığı nəzərə alınmaqla, Cavabdeh hesabına, Murad adlı uşağın saxlanması üçün, 2023-cü ilin may ayından onun aliment ödəməkdən azad olunmağına, 55 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilmisinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, сavabdeh Cavabdeh ilə 2009-cu ilin noyabr ayında faktiki evlənmişlər. Nikahları 2009-cu ildə rəsmi qeydə alınmışdır. Birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X9 adlı bir uşağı doğulmuşdur. Cavabdehlə ailə olaraq bir yerdə yaşamışlar. Aralarında olan narazılığa görə 2015-ci ilin may ayından rəsmi qaydada cavabdehlə ayrılmışlar. Uşağı anasının yanında qalmışdır. Bu səbəbdən ondan Muradın saxlanması üçün məhkəmə qaydasında aliment müəyyən olunmuşdur. Hazırda oğlu Murad cavabdehin razılığı ilə bu ilin may ayından onun himayəsində yaşayır. Muradın 3 yaşı olanda cavabdeh başqası ilə ailə qurmuşdur. O isə uşağını bütün maddi ehtiyaclarını ödəyir. Yuxarda qeyd olunnan əsaslara Cavabdeh ilə onun birgə nikahından 20 iyul 2011-ci ildə doğulmuş Murad adlı uşağın onun himayəsində yaşadığı nəzərə alınmaqla, Cavabdeh hesabına, Murad adlı uşağın saxlanması üçün, 2023-cü ilin may ayından onun aliment ödəməkdən azad olunmağına, 55 manat mediasiya xərcinin, 45 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilmisinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndələri Nümayəndə və X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdilər ki, birgə nikahdan doğulmuş uşaq Murad 2023-cü ilin avqust ayından iddiaçının himayəsindədir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Murad xx.xx.2023-cü il tarixindən yox, xx.xx.2023-cü il tarixindən onun yanında deyil. Hazırda da həmin tarixdən hesablanmaqla iddianın qismən təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını, şahid ifadələrini dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli AZ-İ seriyalı 459542 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X3 Şəmkir rayon məhkəməsinin 2(076)-263/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2015-ci il tarixində xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Məmmədov, qadına Rəsulova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 3087 nömrəli arayışından görünür ki, X9 xx.xx.2011-ci il tarixdə Şəmkir şəhərində doğulmuş, bu barədə xx.xx.2011-ci il tarixdə Şəmkir Rayon Qeydiyyat Şöbəsində 2463 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Uşağın atası İddiaçı, anası Cavabdeh qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 2(076)-673/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Murad adlı bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay İddiaçı 80 (səksən) manat sabit pul məbləğində aliment tutulub X5 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞG/1/MT007/2023-03407 saylı ilkin mediasiya sessiyasından sonra örpsesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, Cavabdeh və İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixə saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etmişlər. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, hazırki iş üzrə tərəflər 2009-cü il tarixdə faktiki olaraq ailə qurmuşlar və nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X9 adlı övladı anadan olmuşdur. Tərəflər arasında nikah münasibətləri baş tutmadığından ayrılmış, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 adlı uşaq cavabdehin yanında qalmışdır. Murad adlı uşağın saxlanılması üçün məhkəmə tərəfindən iddiaçıdan cavabdehin xeyrinə 80 manat aliment tutulmuşdur. Daha sonra qarşılıqlı razılıq əsasında Murad adlı uşaq atasının yanında qalmışdır. xx.xx.2023-cü il tarixindən Murad adlı uşaq atası İddiaçı yanında yaşayır. Lakin, qeyd edilən tarixlərdə faktiki olaraq atasının yanında yaşayan uşaq üçün cavabdehin xeyrinə aliment borcu hesablanmaqda davam etmişdir. İddiaçı hazırda məhkəməyə müraciət edərək, 10 aya yaxın müddətdə faktiki olaraq onun yanında qalan iddia etmişdir. Lakin baxış iclasında məlum oldu ki, faktiki olaraq xx.xx.2023-cü tarixindən Murad adlı usaq fasiləsiz atasının evində daimi yaşamışdır və İddiaçı uşağının bütün maddi ehtiyaclarını ödəmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tələbi qismən təmin olunmalıdır. İş materialları ilə müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011ci il təvəllüdlü X9 faktiki olaraq xx.xx.2023-cü ilin bu günə kimi olan müddətdə atası - İddiaçı himayəsində yaşamış, onun bütün ehtiyacları atası tərəfindən qarşılanmışdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulmasına dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016–cı il tarixli 8–2/2016 nömrəli Qərarının 8.14–cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Hazırki mülk işdə mənafelərinin qorunması ehtiyacında olan Murad adlı uşaq iddiaçının himayəsində olmaqla, iddiaçı tərəfindən könüllü olaraq uşaq üçün zəruri hesab edilən bütün ehtiyaclar qarşılanır. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdən atası İddiaçı yanında qaldığından, həmin tarixdən etibarən hesablanan iddiaçının cavabdeh qarşısında yaranmış aliment borcu silinməli və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-673/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 80 (səksən) manat sabit pul məbləğində aliment öhdəliyindən İddiaçı azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı 55 (əlli beş) manat məbləğində mediasiya xərcini və iddia ərizəsinin verilməsinə görə 45 manat dövlət rüsumunu ödəmişdir. İddia tələbi qismən təmin edildiyindən 50 manat məhkəmə xərci cavabdehdən tutulub iddiaçıya ödənilməli, 50 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli 2(076)–673/2015 saylı qətnaməsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Rəsulova (Məmmədova) Fəridə Elxan qızının xeyrinə ödənilməli olan aliment borcunun xx.xx.2023-cü il tarixdən etibarən hesablanmış hissəsi silinsin və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(076)-673/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş hər ay üçün 80 (səksən) manat sabit pul məbləğində aliment öhdəliyindən İddiaçı azad edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar