Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-537/2023 26.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hаkim Mustafayev Rəşad Mustafa оğlunun sədrliyi, X5 iclas kаtibliyi, İddiaçı QSC BOKT-nın nümayəndəsi X3, cavabdehlər Cavabdeh4, Cavabdeh1 iştirakları ilə, İddiаçı İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit borcunun tutulması» tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi: İddiaçı QSC BOKT cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh4, Cavabdeh1, X1 və Cavabdeh3 müştərək qaydada 4616,69 manat əsas borc, 61,48 manat faiz borcu olmaqla, cəmi 4678,17 (dörd min altı yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat məbləğin və ödənilmiş 66,78 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh4 qarşı 4616,69 manat əsas borc, 61,48 manat faiz borcu olmaqla, cəmi 4678,17 (dörd min altı yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat problemli borcu üzrə tələb hüququ 22 noyabr 2017-ci il tarixli S-FK-ŞAM-05 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Qazax filialı ilə Cavabdeh4 arasında bağlanmış 17 iyul 2014-cü il tarixli 283-xx.xx.2014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 36 ay müddətinə illik 25 faizlə 8.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəmkir filialı ilə zaminlər Cavabdeh1, X2 və Cavabdeh3 arasında 17 iyul 2014-cü il tarixli 283 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh4 iddiaçıya olan ödənilməmiş əsas borcu 4616,69 manat faiz borcu 61,48 manat olmaqla, cəmi borcu 4678,17 (dörd min altı yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh4 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Cavabdeh4 onunla bağlanmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğu üçün 4678,19 manat məbləğində borc cavabdehlər tərəfindən ödənilməlidir. Qeyd etmək vacibdir ki, cavabdehlərə qarşı 2018-ci ildə İddiaçı QSC tərəfindən məhkəməyə müraciət edilmiş və bu barə də müvafiq qərardad qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 izahatında göstərdi ki, krediti adına götürmüş, digərlər cavabdehlər isə ona zamin durmuşlar. Belə ki, o krediti götürüb Şəlalə adlı xanıma vermiş, özü həmin pulu xərcləməmişdir. Kredit müqaviləsini imzalamışdır. Həmin pulu Şəlalə adlı qohumu götürüb və onu aldadıb. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, Müsafir onun oğludur. O özü və digər cavabdehlər zaminlik müqaviləsinə imza etmişlər. Onları Şəlalə adlı qohumu aldadıb. Şəlalə hazırda onlara deyir ki, may ayının 3 də borcunu bağlayacaqdır. Məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şəmkr filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 283 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 36 ay müddətinə illik 25 faizlə 8000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh4 xx.xx.2014-cü il tarixdə 8000 manat verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrindən görünür ki, xx.xx.2014-cü il tarixli, 283 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəmkir filialı ilə zaminlər Cavabdeh1, X2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2017-ci il tarixli S-FK-SAM-05 nörməli aktdan və ona əlavə edilmiş siyahından görünür ki, "Azərbaycan Beynəlxalq Bankı” ASC Cavabdeh4 ilə bağladığı xx.xx.2014-cü il tarixli, 283 saylı kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri yeni Kreditor İddiaçı QSC BOKT-na keçmişdir (tələb güzəşt edilmişdir). İşdə olan maliyyə arayışdan görünür ki, Cavabdeh4 xx.xx.2014-cü il tarixli, 283 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə İddiaçı QSC BOKT-na 4616,69 manat əsas borc, 61,48 manat faiz borcu olmaqla, cəmi 4678,17 (dörd min altı yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat borcu vardır. İş materiallarına əlavə edilmiş pretenziya məktubundan görünür ki, cavabdehə borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə İddiaçı QSC tərəfindən xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1 və 194.2-ci maddələrinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 196-cı maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Beləliklə tələb qanuni əsaslarla iddiaçıya güzəşt edildiyindən iddiaçının hazırkı iddia ilə çıxış etmək üçün subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir. Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-nin Cavabdeh4 qarşı 4616,69 manat əsas borc, 61,48 manat faiz borcu olmaqla, cəmi 4678,17 (dörd min altı yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat problemli borcu üzrə tələb hüququ 22 noyabr 2017-ci il tarixli S-FK-ŞAM-05 saylı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-nin Qazax filialı ilə Cavabdeh4 arasında bağlanmış 17 iyul 2014-cü il tarixli 283-xx.xx.2014 saylı kredit müqaviləsinə əsasən Cavabdeh4 36 ay müddətinə illik 25 faizlə 8.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi "xxxx" ASC-nin Şəmkir filialı ilə zaminlər Cavabdeh1, X2 və Cavabdeh3 arasında 17 iyul 2014-cü il tarixli 283 saylı zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Lakin kredit müqaviləsinin şərtlərinə cavabdeh Etiram Dəmirov tərəfindən əməl olunmamış, kreditin və ona hesablanmış faizlərin hesablanması gecikdirilmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Cavabdeh4 iddiaçıya olan ödənilməmiş əsas borcu 4616,69 manat faiz borcu 61,48 manat olmaqla, cəmi borcu 4678,17 (dörd min altı yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat təşkil edir. Borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən İddiaçı QSC cavabdeh X4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Cavabdeh4 ilə kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmış, kreditin qaytarılması üçün son tarix xx.xx.2017-ci il müəyyən edilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə bağlanılmış zaminlik müqaviləsində zaminliyin verilməsi müddəti göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə başa çatdığından və həmin vaxtdan 1 il ərzində iddiaçı tərəfindən zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürülmədiyindən zaminliyə xitam verilmişdir. Buna görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia təmin edilə bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh4 xx.xx.2014-cü il tarixli, 283 saylı kredit müqaviləsinə əsasən 4616,69 manat əsas borc, 61,48 manat faiz borcu olmaqla, cəmi 4678,17 (dörd min altı yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat məbləğində pul tutularaq iddiаçı İddiaçı QSC BOKT-na ödənilməli, iddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 66.78 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə ödənilmiş 66.78 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddiaçının xahişini və ödənilmiş tələbin məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə xərci qismində 66.78 manat Cavabdeh4 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh4 4616,69 manat əsas borc, 61,48 manat faiz borcu olmaqla, cəmi 4678,17 (dörd min altı yüz yetmiş səkkiz manat on yeddi qəpik) manat borc məbləği və məhkəmə xərci qismində ödənilmiş 66.78 (altmış altı manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC BOKT-nın xeyrinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-537/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-537/2023
26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver