Məhkəmə qərarları › İş №2(076)-541/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-541/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-541/2023 29.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, hamiləliyi dövründə və ümumi uşaqları doğulduğu gündən 3 il ərzində hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim edərək, hamiləlik dövründə alimentin deyil, yeni doğulacaq uşaq 3 yaşına çatanadək ana üçün hər ay 200 manat aliment vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə faktiki olaraq evlənməklə, xx.xx.2022–ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından 23 noyabr 2020–ci il tarixdə Yusif adlı uşaqları doğulmuş, həmçinin iddiaçı hazırda ikinci uşağına hamilədir. Tərəflər evləndikdən sonra bir müddət normal ailə şəraitində yaşasalar da, sonradan aralarında olan narazılığa görə ayrılmışlar, ayrıldıqdan sonra Yusif adlı uşaq onun yanında qalmışdır. Əvvəllər məhkəmənin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin və həmin uşaq 3 yaşına çatanadək ana üçün 30 manat sabit pul məbləğində aliment vəsaitinin alınması qət edilmişdir. Lakin iddiaçı hamilə vəziyyətində olduğu üçün heç bir yerdə işləyə bilmir və mövcud vəziyyətdə çətinlik çəkir. Cavabdeh isə ayrıldıqları vaxtdan etibarən iddiaçıya heç bir maddi yardım göstərmir. Halbuki, cavabdeh fərdi əməklə məşğul olur və yaxşı qazanc əldə edir. Odur ki, yeni doğulacaq uşaq 3 yaşına çatanadək ana üçün hər ay 200 manat aliment vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2022–ci il tarixdə X1 rəsmi nikah bağlanmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli 2(076)–2254/2022 saylı qətnaməsindən görünür ki, 08 iyul 2022–ъi ил tarixdən başlayaraq, 23 noyabr 2020–ci il tarixdə doğulmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin və həmin uşaq 3 yaşına çatanadək ana üçün 30 (otuz) manat sabit pul məbləğində aliment vəsaitinin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2022–ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”dan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İşdə olan X2 tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2023–cü il tarixdə USM müayinəsindən keçirilmiş və ona “30+1 həftəlik hamiləlik” diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, tərəflər faktiki olaraq evlənməklə, xx.xx.2022–ci il tarixdə rəsmi nikah qeyd etdirmişlər. Birgə nikahlarından 23 noyabr 2020–ci il tarixdə Yusif adlı uşaqları doğulmuş, həmçinin iddiaçı hazırda ikinci uşağına hamilə vəziyyətindədir. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrılarkən Yusif adlı uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər məhkəmənin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin və həmin uşaq 3 yaşına çatanadək ana üçün 30 manat sabit pul məbləğində aliment vəsaitinin alınması qət edilmişdir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddiaçının tələbi ilə bağlı qeyd edir ki, əvvəllər məhkəmənin xx.xx.2022–ci il tarixli qətnaməsi ilə Yusif uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin və həmin uşaq 3 yaşına çatanadək ana üçün 30 manat sabit pul məbləğində aliment vəsaitinin alınması qət edilmişdir. Həmçinin, iş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından doğulmuş Yusif adlı uşaq 23 noyabr 2020–ci il təvəllüdlü olmaqla, 23 noyabr 2023–cü il tarixdə artıq 3 yaşı tamam olur. Belə olan halda məhkəmə hesab edir ki, həmin tarixdən etibarən, yəni 23 noyabr 2023–cü il tarixdən başlayaraq, yeni doğulacaq uşaq 3 yaşına çatanadək ana üçün 50 manat sabit pul məbləğində aliment vəsaitinin alınması əsaslı hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1–ci maddəsinə əsasən ər və arvad bir–birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2–ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər–arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə tərəflərin maddi və əmlak vəziyyəti barədə iddia ərizəsində göstərilən məlumatları, habelə yeni doğulacaq uşağın ananın yanında olmasını, onun qulluğa və qayğıya daha çox ehtiyacının olmasını və bu səbəbdən də ananın işləmək imkanının olmamasını nəzərə alaraq və Ailə Məcəlləsinin 84–cü maddəsinin zəruri şərtlərinə əsaslanaraq 23 noyabr 2023–cü il tarixdən başlayaraq, yeni doğulan uşaq 3 yaşına çatanadək ana üçün 50 manat sabit pul məbləğində vəsaitin alınıb iddiaçıya verilməsini əsaslı sayır. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Cavabdeh daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçının nümayəndəsi məhkəmə iclasında sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən iddianın qalan hissəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM–in 112.1.3–cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. 23 noyabr 2023–cü ил tarixdən başlayaraq, İddiaçı yeni doğulacaq uşağının 3 yaşına çatanadək Cavabdeh ana üçün 50 (əlli) manat sabit pul məbləğində aliment vəsaiti alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub elektron hökümət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar