Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-556/2025 12.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X21 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı3 (həmçinin, İddiaçı1 nümayəndəsi), Cavabdeh: Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və Quliyeva (Mərdanova) Könül Aydın qızının cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və Quliyeva (Mərdanova) Könül Aydın qızı cavabdehlər Cavabdeh2 və Şəmkir rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı pul tələbinə dair dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən məhrum olduqları torpaq sahəsinin əvəzi olaraq 60.000 manat pulun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 47 saylı qərarı ilə JN–197 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kəndi ərazisindən 2.09 hektar pay torpaq sahəsi onun və ailə üzvlərinin ümumi paylı mülkiyyətinə verilmişdir. O, həmin torpaq sahəsinə dair cavabdeh X14 ilə xx.xx.2003–cü il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda 4ə–388 nömrəli reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsi bağlamış və həmin müqavilə əsasında torpaq sahəsini cavabdeh X10 2.000.000 (iki milyon manat həmin dövriyyədə olan pul vahidi ilə) manat məbləğində pula satmışdır. Lakin sonradan o, həmin pulu cavabdehǝ qaytarmışdır. Bununla da onunla cavabdeh X14 arasında olan müqavilə münasibətlərinə öz aralarında xitam verilmişdir. Ona baxmayaraq, cavabdeh X14 həmin torpaq sahəsini şifahi razılaşma əsasında Cavabdeh2 icarəyə vermişdir. Lakin həmin torpaq sahəsi üzərində cavabdeh X8 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin mübahisəli torpaq sahəsi cavabdeh X14 tərəfindən digər Cavabdeh2 şifahi razılaşma əsasında icarəyə verilməsinə baxmayaraq, onun xəbəri olmadan adından Cavabdeh2 arasında xx.xx.2005–ci il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda 4ə–391 nömrəli reyestrdə qeydə alınmış saxta alqı–satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsi Cavabdeh2 satılmışdır. Cavabdeh2 da həmin alqı–satqı müqaviləsi əsasında mübahisəli 2.09 hektar torpaq sahəsini digər torpaq sahələri ilə birləşdirərək cəmi 34.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair öz adına xx.xx.2006–cı il tarixdə keçmiş Dövlət və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon Şöbəsi tərəfindən JN–887 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib etdirmişdir. Ondan sonra Cavabdeh2 ona və ailəsinə məxsus torpaq sahələri üzərində mülkiyyət hüququ əldə etmiş və öz adına daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış almışdır. Hesab edir ki, onunla cavabdeh X14 arasında bağlanmış alqı–satqı müqaviləsi digər iddiaçıların payına münasibətdə, onunla Cavabdeh2 arasında tərtib edilmiş alqı–satqı müqaviləsi isə tam şəkildə bağlandığı andan etibarsızdır. Çünki Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, “Şəmkir rayonu, Qapanlı kənd sakini İddiaçı3 İsax qızı 2.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ona satmışdır. Doğrudur, o, həmin torpaq sahəsini satın almış, pulunu da ödəmişdir. Lakin həmin vaxt, yəni müqavilə bağlanan tarixdə o, Azərbaycanda olmamış, onun adından bütün əməliyyatları verdiyi etibarnamə əsasında X11 aparmışdır. Qeyd olunan müqavilədəki imza onun tərəfindən icra olunmamışdır. Çünki o, Rusiya Federasiyasında işlədiyi üçün torpaq sahələri almaq məqsədi ilə X6 pul və etibarnamə vermişdir. X11 da ona bir neçə on hektarlarla torpaq sahəsi almış, o da pulunu ödəmişdir. Yekunda iddiaçı onun adına tərtib edilmiş 34.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN–887 saylı xx.xx.2006–cı il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nı təqdim etmişdir. X24 mübahisəli torpaq sahəsinə dair xx.xx.2005–ci il tarixdə Cavabdeh1 4ə–391 saylı reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsində öz əksini tapmışdır. O, X13 Aktını aldıqdan sonra onunla tam şəkildə hesablaşmışdır. O, torpaq sahəsinin mülkiyyətçilərinin çoxunu, o cümlədən hazırkı iddiaçıları tanımamışdır. Onun adından etibarnamə əsasında X11 çıxış etmişdir. O, bütün torpaq sahələrini əvəzli olaraq əldə etmişdir. Ona görə də torpaq mülkiyyətçilərinin heç biri ona qarşı etiraz etməmişdir. X3 onun həmin vaxt Azərbaycanda olmamasından sui–istifadə edərək, mübahisəli torpaq sahəsini İddiaçı3 İsax qızından əvvəlcə cavabdeh X8 adına almışdır. O, Şahəddindən torpaq sahəsinin sənədlərini tələb edəndə, özü qəsdən ikinci dəfə saxta müqavilə bağlayaraq, torpaq sahəsini onun adına sənədləşdirmişdir. Şahəddin Hüseynovun niyyəti həmin torpaq sahəsini sonradan ələ keçirməkdən ibarət olmuşdur. Şahəddin Hüseynov ikinci alqı–satqı müqaviləsini (etibarnamə olmadan) qəsdən tamah məqsədilə saxtalaşdırmışdır. O, mübahisəli torpaq sahəsi ilə bağlı notariat kontorunda olmamışdır. Həmin müqavilədə göstərilən imza da ona məxsus deyildir. O, yalnız xx.xx.2002–ci il tarixdə X4 adına 7e–2829 nömrəli etibarnamə vermişdir. Ona görə də onun adından aparılan bütün notariat əməliyyatlarını X11 icra etmişdir. X4 həmin müqaviləni qəsdən saxtalaşdırması ondan görünür ki, sonuncu alqı–satqı müqaviləsi bağlanan zaman notariat işinə birinci alqı–satqı müqaviləsində olan sənədlərin eynisi və kserosurətləri əlavə edilmişdir. Belə ki, 2005–ci ildə bağlanmış müqaviləyə də 2003–cü il tarixli müqavilədə olan həmin tarixli ailə tərkibi haqqında arayış əlavə edilmişdir. Hansıki, 2005–ci il tarixli müqavilə guya İddiaçı3 İsax qızı ilə bağlanmışdır. Ona görə də hər iki müqavilədə X11 özü olmuşdur. Belə ki, Şahəddin Hüseynov hər iki müqavilənin əsillərini iddiaçılara verməklə və iddia ərizəsinə əlavə etməklə bir daha özünü ifşa etmişdir”. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2(076)–461/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə Mülki Məcəllənin 354.1–ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə iddia tələbi müqavilənin etibarsızlığı ilə əlaqədar verilmişdir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə mübahisə tərəfinin ərizəsi əsasında iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. İddiaçılar xx.xx.2005–ci il tarixdə Cavabdeh1 4ə–391 nömrəli reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsinin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüquqlarını itirdikləri üçün Cavabdeh2 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda iddiaçıların iddia qaldırmaq üçün mübahisəli torpaq sahəsi üzərində əvvəllər mövcud olmuş paylı mülkiyyət hüquqları artıq mövcud olmadığından, onların həmin torpaq sahəsinə dair müvafiq tələb (subyektiv) hüquqları da yoxdur. Bu da onu deməyə əsas verir ki, iddiaçılar öz hərəkətlərinə qanunla müəyyən olunmuş qaydaya riayət etməklə subyektiv hüququnun birinci elementi olan hüquqi ixtiyar əldə etməmişdir. Göründüyü kimi xx.xx.2003–cü il tarixli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışlar. İddiaçılar xx.xx.2003–cü il tarixli 4ə–388 reyestr nömrəli alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürməkdə subyektiv hüququna malik deyillərsə, onda subyektiv hüququn digər elementlərin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni əsaslandırarkən iddiaçıların qanunla qorunan hüquqlarını pozmuşdur. Belə ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–c il tarixli, 47 saylı qərarı ilə CN–3197 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında iddiaçıların ümumi paylı mülkiyyətinə verilmiş 2.09 ha torpaq sahələrinin 25 sentyabr 2003–cü il tarixli 4ə–388 saylı reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsi əsasında cavabdeh Məhərrəm Musayevə satılmasına baxmayaraq, sonradan həmin cavabdehlǝ aralarında olmuş şifahi razılaşmaya əsasən alıcı Məhərrəm Musayevə torpağın satış pulunu nağd olaraq qaytarmağına görə həmin torpağı öz adına Çıxarış almamasına hüquqi qiymət verməmişdir. Cavabdeh Məhərrəm Musayevin İddiaçı1 satın aldığı həmin 2.09 ha pay torpaq sahəsini Cavabdeh2 icarəyə vermiş olması eynilə həmkəndliləri Şahəddin Hüseynovun da icarəsində olması səbəbindən son dövrədək ailənin həmin torpaq sahəsi ilə maraqlanmaması faktına məhkəmə tərəfindən real hüquqi qiymət verilməmişdir. Yalnız Cavabdeh2 izahatına əsaslanılmışdır ki, əgər iddiaçıların pay torpaqlarının Cavabdeh2 satılmasına dair xx.xx.2005–ci il tarixli 4ǝ–391 saylı reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsindən xəbərləri olmamışdırsa, həmin müqavilənin əslini haradan əldə edib iddia ərizəsinə əlavə etmişlər. Cavabdeh2 özü də məhkəmə iclaslarında torpaq sahibi olaraq onun iddiaçıları tanımamasını, heç bir halda iddiaçılara nağd pul verǝrǝk onlarla notariat kontorunda hər hansı müqaviləyə imza edərək torpaq sahəsi almamasını, həmin müqavilənin tərtib edilməsi zamanı İddiaçı1 Rusiyada olmasını, onun əvəzində verdiyi etibarnamə əsasında həmin torpağı və qeyrilərinin onun pulu ilə həmkəndlisi Şahəddin Hüseynovun rəsmi müqavilə əsasında alıb ona verməsini bildirməsi kimi izahatına məhkəmə iddianın təmini üçün obyektiv əsas olması mənasında obyektiv qiymət verməmişdir. Birinci Cavabdeh2 səlahiyyəti olmadan özgəninləşdirmə etməklə onu torpaq sahəsindən qanunsuz məhrum etmişdir. kinci cavabdeh isǝ apellyasiya baxışında Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021–ci il tarixli, 4/318 saylı rəyi ilə müəyyən olunmuşdur ki, mülki iş materiallarının 8–ci vərəqində olan İddiaçı3 İsax qızı və Cavabdeh2 adlarından olan 20 avqust 2005–ci il tarixdə bağlanmış 4ə–391 reyestr nömrəli alqı–satqı müqaviləsinin aşağı hissəsində imzalar qrafasında 1 rəqəminin qarşısında olan imza və 4ə–391 reyestr nömrəli reyestr jurnalının 13–cü vərəqəsinin 391–cı sırasında İddiaçı3 İsax qızı yazılarının qarşısında olan imza İddiaçı3 İsax qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 8–ci vərəqində olan İddiaçı3 İsax qızı və Cavabdeh2 adlarından olan 20 avqust 2005–ci il tarixdə bağlanmış 4ə–391 reyestr nömrəli alqı–satqı müqaviləsinin aşağı hissəsində imzalar qrafasında 1 rəqəminin qarşısında olan imza və 4ə–391 reyestr nömrəli reyestr jurnalının 13–cü vərəqəsinin 391–ci sırasında İddiaçı3 İsax qızı yazılarının qarşısında olan imza İddiaçı3 İsax qızının imzasına oxşadılmaqla icra olunma əlamətləri müəyyən olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyul 2021–ci il tarixli, 2(104)– 376/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2(076)–461/2020 nömrəli qətnaməsi Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 47 saylı qərarı ilə CN–3197 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızı, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin Sərkǝrova Şəfiqə İsax qızından Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005–ci il tarixdə 4ǝ–391 nömrəli reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməsi, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 47 saylı qərarı ilə CN– 3197 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızı, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005–ci il tarixdə 4ǝ– 391 nömrəli reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, 0.26 hektar torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2017–ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış və 1.8725 hektar pay torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2018–ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində Çıxarışın ləğv edilməsi, 2.09 hektar pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılmas qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 dekabr 2021–ci il tarixli, 2(102)–5779/2021 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)–376/2021 nömrəli iş üzrə 01 iyul 2021–ci il tarixli qətnaməsi torpaq sahəsinin iddiaçılara qaytarılması hissədə ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin 25 aprel 2022–ci il tarixli, 2(104)–1026/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “iddia tələbinin 2,09 ha pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsinin rədd olunması” hissəsində ləğv olunmuş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi həmin hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında yaranmış mübahisə əmlakın qaytarılması ilə bağlı yaranmış mübahisədir. Hazırda mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən özgəninkiləşdirimişdir. Bu halda torpaqsahəsinin naturada qaytarılması mümkünsüzdür. İddiaçı tərəf isə torpaq sahəsinin dəyərinin ödənilməsinə razi deyildir.Məhkəmənin nəzərinə çatdırıram ki, bu həqiqəti əks etdirmir.Biz həmin torpağın dəyərini hazırki cavabdehlərdən tələb edirik. Apellyasiya baxışında Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021–ci il tarixli, 4/318 saylı rəyi ilə müəyyən olunmuşdur ki, mülki iş materiallarının 8–ci vərəqində olan İddiaçı3 İsax qızı və Cavabdeh2 adlarından olan 20 avqust 2005–ci il tarixdə bağlanmış 4ə– 391 reyestr nömrəli alqı–satqı müqaviləsinin aşağı hissəsində imzalar qrafasında 1 rəqəminin qarşısında olan imza və 4ə–391 reyestr nömrəli reyestr jurnalının 13–cü vərəqəsinin 391–ci sırasında İddiaçı3 İsax qızı yazılarının qarşısında olan imza İddiaçı3 İsax qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Hazırki iddia ərizəsində ikinci cavabdeh bilə–bilə cinayət yolu ilə imza saxtalaşdırmasına göz yummuş və İddiaçı3 İsax qızının yerinə başqa şəxsin imzasını öz möhürü ilə təsdiq edərək (qanunsuz hərəkətlə) delikt yaratmış və iddiaçının əmlakından məhrum olmasına səbəb olmuşdur. Belə ki,cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlar qanuni torpaq sahəsindən məhrum olmuşlar. Odur ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 47 saylı qərarı ilə JN–197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında onlara məxsus olan, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində yerləşən və məhrum olduqları 2.09 hektar pay torpaq sahəsinin əvəzi olraq 60.000 manat pulun cavabdehlərdən alınıb onlara verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı3 (həmçinin, İddiaçı1 nümayəndəsi) mhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, təxminən 2001–ci il tarixdə Şahəddin Hüseynova 20.000 ABŞ dolları, əlavə olaraq 15.000 ABŞ dolları olmaqla, ümumilikdə 35.000 ABŞ dolları borc pul vermişdir. Həmin vaxt özü Rusiya Federasiyasında olmuş, pulu oradan göndərmişdir. Lakin Şahəddin onun pulunu qaytarmamış, bu səbəbdən 2005–ci il tarixdə pulunu geri tələb etmişdir. Şahəddinin pulunu qaytarmadığını gördükdə ona “ya mənim pulum ver, ya da əvəzində torpaq sahəsi ver”–demişdir. Bundan sonra Şahəddinin qardaşı ona müraciət edərək qardaşının pulunun olmamasını, ona olan borcun əvəzindən torpaq sahəsi verə biləcəyini demiş, o da razılaşmışdır. 2006–cı il tarixdə Şahəddin Hüseynov ona torpaq sahəsinə dair Dövlət Aktı vermiş, ondan torpağın harada yerləşməsini soruşduqda bununla bağlı əl yazma vermişdir. Bununla belə Şahəddinin həmin torpaq sahəsini nə vaxt və kimdən almasını bilməmiş, o, torpaq sahəsi almaq məqsədilə Şahəddinə etibarnamə verməmişdir. Sadəcə torpağın sənədləşmə işləri ilə bağlı Şahəddinə 5.000 ABŞ dolları pul vermişdir. Lakin sonradan həmin torpaq sahəsindən istifadə etmədiyi üçün başqa şəxsə satmışdır. Hazırda iddianı qəbul etmir. Belə ki, o, iddiaçıların torpaq sahəsindən məhrum etməmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh2 nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş iddianı qəbul etmədi, əsasən cavabdehlə eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs qismində cəlb edilmiş X11 iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Cavabdeh2 demək olar ki, hər ay torpaq sahələri ilə bağlı alqı–satqılar etmişdir. O, Məhərrəm Musayevin adından bəzən torpaq sahələri almışdır. Lakin 2003–cü ildəki alqı–satqını xatırlamır, həmin vaxt Məhərrəm Musayevin əvəzindən torpaq alqı–satqısını özünün edib–etmədiyi yadında deyildir. Çünki, Məhərrəm Musayevin əvəzindən qardaşı Rafael də işlər aparmışdır. Üçüncü şəxs qismində cəlb edilmiş X14 iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 2003–cü il tarixdə İddiaçı3 ilə hər hansı torpaq sahəsinə dair alqı–satqı müqaviləsi bağlamamışdır. Həmin vaxt nə Şəfiqə, nə də Şahəddinlə heç bir əlaqəsi olmamış, alqı–satqı müqaviləsinin kim tərəfindən bağlanmasından məlumatı olmamışdır. O, nə heç kimə pul verməmiş, nə də torpaq sahəsi almamışdır. Hazırki iddia tələbinin onunla heç bir əlaqəsi yoxdur. İddiaçı Quliyeva (Mərdanova) Könül Aydın qızına, cavabdeh Şəmkir rayon 1 saylı Dövlət Notariat Ofisinə, üçüncü şəxs qismində cəlb edilmiş X6 və X10 məhkəmə iclasının vaxtı və yeri haqda lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 185.5– ci maddəsinə əsasən, gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını, işdə olan sənədləri tam və hərtərəfli araşdıraraq, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 2(076)–461/2020 nömrəli xx.xx.2020–ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 İsax qızının cavabdehlər X10, Cavabdeh2, Şəmkir rayon 1 saylı notariat kontoruna (bundan sonra ofisinə) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra AR ƏMDK yanında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı mülkiyyətdə olan pay torpaq sahəsinə dair bağlanmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin faktiki sahibliyə qaytarılması tələbinə dair iddiası rədd olunmuşdur. İşdə olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(104)–376/2021 nömrəli, xx.xx.2021–ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2(076)–461/2020 nömrəli qətnaməsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 47 saylı qərarı ilə CN– 3197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005–ci il tarixdə 4ə– 391 nömrəli reyestrdə qeydə alınmış alqı–satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, alqı–satqı müqaviləsi etibarsız hesab edilmiş, 0.26 hektar torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2017–ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 1.8725 hektar pay torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququna dair xx.xx.2018–ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(104)–652/2023 nömrəli, xx.xx.2023–cü il tarixli qətnaməsindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)–461/2020 nömrəli, xx.xx.2020– ci il tarixli qətnaməsi iddia tələbinin 2.09 ha pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsinin rədd olunması hissəsində ləğv olunmuş, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi 2.09 ha pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsində təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)–3140/2023 nömrəli xx.xx.2023–cü il tarixli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)–652/2023 nömrəli xx.xx.2023–cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəmkir rayonu 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2005–ci ildə 4Ə–391 reyestr nömrəsi ilə təsdiqlənmiş müqaviləyə dair notariat işində olan JN–197 KOD 50407038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli, 47 nömrəli qərarı ilə Şəmkir rayonu, Qapanlı kəndinin ərazisindən 2.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kənd sakinləri İddiaçı3, İddiaçı1 və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilmişdir İşdə olan Şəmkir rayonu 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2005–ci ildə 4Ə–391 qeyestr nömrəsi ilə təsdiqlənmiş müqaviləyə dair notariat işindən görünür ki, satıcı İddiaçı3 Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.09 ha torpaq sahəsini 10.000.000 (köhnə pul vahidi ilə on milyon) manata alıcı Cavabdeh2 satmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 torpaq sahəsinin satılmasına etiraz etməmişlər. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN–0887, KOD 50407038 Dövlət Aktından görünür ki, mülkiyyətçi Cavabdeh2 adına Şəmkir rayonu 1 nömrəli DNK–nın 24.01.04 4Ə–29; 17.03.05 4Ə–92, 94; 18.03.05 4Ə–100; 20.07.05 4Ə–...30.07.05 4Ə–336. 337; 20.08.05 4Ə–390, 391, 392; 13.09.05 4Ə–435; 14.09.05 4Ə–439; 03.11.05 4Ə–547; 12.01.06 4Ə–19; 18.01.06 4Ə–42, 44; 21.01.06 4Ə–46; 04.02.06 4Ə–59 nömrəli alqı–satqı müqavilələri ilə cizgidə göstərilən sərhəd daxilində Şəmkir rayonu, Qapanlı kəndi ərazisində 34.19 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi üçün dövlət aktı tərtib olunmuşdur. İşdə olan Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(104)– 247/2012 nömrəli, xx.xx.2012–ci il tarixli qərarından görünür ki, X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1–ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 46–cı maddəsinə əsasən təyin edilmiş 3 il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifələri tutmaq hüququndan məhrum edilməklə aylıq qazancının 20%–i dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzası, 1(bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər vəzifələri tutmaq hüququndan məhrum edilməklə aylıq qazancının 20%–i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasına endirilmişdir. İşdə olan AN–1 seriyalı ******* nömrəli xx.xx.2018–ci il tarixli alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 1.8275 ha torpaq sahəsini 5.000 manata X2. İşdə olan AN–1 seriyalı ******* nömrəli xx.xx.2019–cu il tarixli alqı–satqı müqaviləsindən görünür ki, Cavabdeh2 Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 0,26 ha torpaq sahəsini 3.000 manata X1. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2005–ci ildə Şəmkir rayonu 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş alqı–satqı müqaviləsinə əsasən, İddiaçı3 Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.09 ha torpaq sahəsini 10.000.000 (köhnə pul vahidi ilə on milyon) manata Cavabdeh2 satmışdır. Hazırda qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, həmin müqavilə etibarsız hesab edilmiş, lakin torpaq sahəsi cavabdeh tərəfindən özgəninkiləşdirildiyindən naturada qaytarılması mümkün olmamışdır. Hazırda iddiaçılar sözügedən torpaq sahəsinin dəyəri olaraq cavabdehlərdən 60.000 manat tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.3–cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb–sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5–ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 567–ci maddəsinə əsasən alqı–satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1–ci maddəsinə əsasən satıcı alqı–satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 568.2–ci maddəsinə əsasən əgər alqı–satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Göründüyü kimi Mülki Məcəllənin 337.4–cü maddəsinə görə etibarsız əqd bağlandığı andan etibarsızdır. Mübahisəyə tətbiq edilən Mülki Məcəllənin 337.5– ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Məhkəmə iclasında və iddia ərizəsində iddiaçı tərəf torpaq sahəsinin hazırda dəyərinin 60.000 (altmış min) manat olduğunu göstərərək həmin məbləği tələb etmişlər. İş materialında olan və məhkəmə iclasında tədqiq olunmuş alqı–satqı müqavilələrindən göründüyü kimi, Cavabdeh2 xx.xx.2018–ci il tarixli alqı–satqı müqaviləsinə əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 1.8275 ha torpaq sahəsini 5.000 manata, xx.xx.2019–cu il tarixli alqı–satqı müqaviləsinə əsasən 0.26 ha torpaq sahəsini 3.000 manata satmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh2 alınıb iddiaçılara qaytarmalıdır. Belə ki, tərəflər arasındakı alqı–satqı müqaviləsinin etibarsızlığına cavabdehin hər hansı bir qanunazidd əməli səbəb olmadığından ondan torpaq sahəsinin bu günki dəyərini tələb etmək ədalət prinsipinə ziddir. Eləcə də, məhkəmə hazırki iddia tələbini Şəmkir rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı olan hissəsində əsassız hesab edir. Belə ki, mübahisələndirilən torpaq sahəsi alqı–satqı əsasında Cavabdeh2 mülkiyyətinə keçmiş, sonuncu isə digər üçüncü şəxsə satmışdır. Belə olan halda iddianın Şəmkir rayon 1 saylı Dövlət Notariat Ofisinə qarşı olan hissəsinin təmin edilməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 14.2–ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 106.1–ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçıların tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdeh X5 dəymiş ziyana görə 8.000 (səkkiz min) manat məbləğində pul alınıb iddiaçılara verilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 107–ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1–ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində dövlət rüsumunun 135 (bir yüz otuz beş) manatı cavabdeh X5 tutulub iddiaçılara ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 8.000 (səkkiz min) manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1, İddiaçı3 və Quliyeva (Mərdanova) Könül Aydın qızına verilsin. Cavabdeh2 ödənilmiş dövlət rüsumunun 135 (bir yüz otuz beş) manatı alınıb iddiaçılar İddiaçı1, İddiaçı3 və Quliyeva (Mərdanova) Könül Aydın qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə şikayət verilməzsə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X23
Məhkəmə qərarları › İş №2(076)-556/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-556/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver