Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-557/2024 12.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddaçı İddiaçı MMC-nin nümayəndəsi X2 iştarakları ilə, İddiaçı MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 4670 (dörd min altı yüz yetmiş) manat əsas borc, 1550 (bir min beş yüz əlli) manat faiz borcu və 350 (üç yüz ǝlli) manat cərimə borcu olmaqla cəmi 6570 (altı min beş yüz yetmiş) manat məbləğində pulun və 86 (səksən altı) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddaçı "xxxx" MMC arasında bağlanmış 07 aprel 2022-ci il tarixli 00620 saylı müqaviləyə əsasən cavabdehe 30 (otuz) ay müddətinə, illik 36 faiz ödəmək şərti ilə 5060.00 (beş min altmış) manat məbləğində kredit verilmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2024-cü ildir. Lakin Cavabdeh1 müqavilə şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina etmişdir. 18 sentyabr 2023-cü il tarixinədək Cavabdeh1 "xxxx" MMC-yə 4670 (dörd min altı yüz yetmiş) manat əsas borc, 1550 (bir min beş yüz əlli) manat faiz borcu və 350 (üç yüz əlli) manat cərimə borcu olmaqla cəmi 6570 (altı min beş yüz yetmiş) manat məbləğində borcu vardır. Bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Hətta 04 aprel 2023- cü il tarixdə cavabdehǝ 3 gün müddətinə ödənilməsi barədə xəbərdarlıq bildirişi göndərilmiş, lakin cavabdeh həmin müddətdə borcunu ödəməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə "xxxx" MMC arasında 00620 nömrəli xx.xx.2022-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır, əlavə olaraq X3 arasında razılıq ərizəsi bağlanmışdır. Digər cavabdeh X3 "xxxx" MMC-yə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, Cavabdeh1 kredit borcu bağlananadək ona məxsus təqaüd kartında olan vəsaiti ödənişə keçirilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada 4670 (dörd min altı yüz yetmiş) manat əsas borc, 1550 (bir min beş yüz əlli) manat faiz borcu və 350 (üç yüz ǝlli) manat cərimə borcu olmaqla cəmi 6570 (altı min beş yüz yetmiş) manat məbləğində pulun və 86 (səksən altı) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə dəqiqləşdirmə ərizəsi məhkəməyə təqdim edərək bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4670 (dörd min altı yüz yetmiş) manat əsas borc, 1550 (bir min beş yüz əlli) manat faiz borcu və 350 (üç yüz ǝlli) manat cərimə borcu olmaqla cəmi 6570 (altı min beş yüz yetmiş) manat məbləğində pulun və 86 (səksən altı) manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC (kredit verən) ilə Cavabdeh1 (borcalan) arasında xx.xx.2022-ci il tarixli №00620 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ssuda verən borcalana illik 36 faiz dərəcəsi ilə 30 ay müddətinə 5060 manat kredit verilmiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri ssuda verən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 oğlu arasında xx.xx.2022-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış, həmin müqavilə ilə təmin edilən öhdəlik İddiaçı MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 00620 saylı kredit müqaviləsindən və ona edilmiş əlavələrdən irəli gələn 75 000 manat pul tələbləridir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı MMC-yə xx.xx.2022-cü il tarixli kredit müqaviləsinə əsasən 4670 manat əsas, 1550 manat faiz borcu, 350 manat cərimə borcu olmaqla cəmi 6570 manat borc mövcuddur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixində göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh1 ilə arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh1 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin, kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini və cəriməni cavabdehdən tələb etməkdə haqlıdır. Digər Cavabdeh2 iddiaçı tərəfindən tələbini əsasız hesab edərək qeyd edir ki, Cavabdeh2 ilə İddiaçı MMC-nin arasında zaminlik müqaviləsi bağlanmışdır. Lakin əsas kredit müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəlik 4670 manat qeyd edilsə də zaminlik müqaviləsində əsas öhdəlik 75 000 manat qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir. Zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Bununla da məhkəmə qeyd edir ki, Cavabdeh2 Cavabdeh1 məhz hazırki iddia ərizəsi üzrə qeyd edilmiş kredit müqaviləsi üzrə zamin olması müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 01 iyun 2022-ci il tarixli N 00731 saylı kredit müqaviləsi üzrə yaranmış 4670 (dörd min altı yüz yetmiş) manat əsas borc, 1550 (bir min beş yüz əlli) manat faiz borcu və 350 (üç yüz ǝlli) manat cərimə borcu olmaqla cəmi 6570 (altı min beş yüz yetmiş) manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 86 (səksən altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 86 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284- 6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 01 iyun 2022-ci il tarixli N 00731 saylı kredit müqaviləsi üzrə yaranmış 4670 (dörd min altı yüz yetmiş) manat əsas borc, 1550 (bir min beş yüz əlli) manat faiz borcu və 350 (üç yüz ǝlli) manat cərimə borcu olmaqla cəmi 6570 (altı min beş yüz yetmiş) manat məbləğində pul vəsaiti, həmçinin iddia qaldırılması üçün ödənilmiş 86 (səksən altı) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-557/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-557/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver