Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-561/2024 30.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh ona borclu olduğu 2800 (iki min səkkiz yüz) manat pulun və 50 (əlli) manat dövlət rüsumuna görə ödədiyi pulun alınıb ona verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir ki, qardaşı Yusifin qızı Şəlalə Hacıyevanın əri kimi tanımışdır. 15 fevral 2022-ci il tarixdə təsadüfi olaraq Cavabdeh ilə Şəmkir şəhərində rastlaşmışdır. Ondan nəyə görə gəldiyini soruşmuşdur. Ona kredit götürməyə gəldiyini demişdir. Ondan nə qədər pul lazım olduğunu soruşmuşdur. Cavabdeh ona kredit götürmək üçün köməklik göstərəcəyini demişdir. Sonra cavabdeh, özü onun adından lazımi sənədləri toplamış və onu tanış etmədən həmin sənədlərə imza etdirmişdir. Sonra o pulu bankda sürmədən götürmüş və sənədlərlə bir yerdə ona vermişdir. O, pulu sayıb cəmi 3900 manat olduğunu görmüşdür. Lakin sənədlərin içində “Tamkart” olmasını ona nə Ramin, nə də ki, bankın işçisi bildirməmişdir. İki aydan sonra pensiya pulunun dayandırıldığını bilmişdir. Raminin onu bankda kömək etmək adı ilə aldatmasından şübhələnmişdir. Ona görə yenidən kreditə pul aldığı Beynəlxalq Banka getmişdir. Bank əməkdaşı araşdıraraq onun pensiya pulundan 125 manatın kreditə götürdüyü pula görə tutulduğunu, 87 manatın isə “Tamkartına” görə tutulduğunu bildirmişdir. Həmin vaxt onun adına verilən “Tamkartdan” Raminin onu aldadaraq qeyri-qanuni istifadə edərək ona çatası 2800 manat pulunu alaraq mənimsədiyi məlum olmuşdur. Ona görə də pulunu qaytarıb verməsi üçün dəfələrlə ona xəbərdarlıq etməsinə baxmayaraq yenə də müxtəlif bəhanələrlə onun pulunu verməkdən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı dəqiqləşmə ərizəni məhkəməyə təqdim edərək, Cavabdeh 1800 manat pulun tutulması və ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, 15 fevral 2022-ci il tarixdən İddiaçıa məxsus “tam kart” kredit kartını götürmüş və həmin tarixdən onun istifadəsində olmuşdur. Lakin, o, həmin kartdan iddiaçının tələb etdiyi məbləğdə pul xərcləməmişdir. O iddiaçının kartından istifadə etməyə başladıqda onun kartında nə qədər məbləğ olmasını bilməmişdir. Həmin kartdan çıxardığı pul məbləğlərindən iki dəfə iddiaçının oğluna 202 manat, Sonra isə müxtəlif vaxtlarda iddiaçının özünə 100 manat, 130 manat və 140 manat pul vermişdir. Sonradan həmin kart bağlanmışdır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında xx.xx.2024-cü il tarixli, 24 nömrəli arayışdan görünür ki, "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ABB ASC-nin Şəmkir filialından 15 fevral 2022-ci il tarixdə 1800 manat məbləğində, 36 ay müddətinə kredit limiti ayrılmışdır. 01 aprel 2024-cü il tarixə həmin limit üzrə borc 1678,38 manat təşkil edir. İş materiallarında xx.xx.2024-cü il tarixli, 26 nömrəli arayışdan görünür ki, "xxxx" ASC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli tam kart müqaviləsinə (********************) olan borc əsasında müştərinin təqaüd kartından (**********3808564) xx.xx.2024-cü il tarixinədək 3095.13 manat vəsait tutulmuşdur. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC-nin Şəmkir filialı arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı bank tərəfindən 47 ay müddətinə illik faiz dərəcəsi ilə 3900 manat kredit verilmişdir. Həmçinin, İddiaçı ABB ASC-nin Şəmkir filialından tam kart müqaviləsinə əsasən 15 fevral 2022-ci il tarixdə 36 ay müddətinə 1800 manat məbləğində kredit limiti ayrılmışdır. Cavabdeh İddiaçı məxsus 1800 manat dəyərində kredit kartını 15 fevral 2022ci il tarixdən 16 oktyabr 2023-cü il tarixə kimi istifadə etmiş və kart hesabında olan 1800 (bir min səkkiz yüz) manat pulu istifadə etmişdir. xx.xx.2023-cü il tarixdən sonra 2023-cü ilin dekabr ayına qədər istifadə edilməmiş, 2023-cü ilin dekabr ayında iddiaçı kart sifarişi üçün rüsum ödəyərək kart hesabını bərpa etdirmiş və həmin tarixdən də kart iddiaçının istifadəsində olmuşdur. Cavabdehin istifadə etdiyi dövrdə karta olan borc, eyni zamanda istifadə etdikdən sonra yaranmış borc İddiaçı təqaüd hesabından çıxılaraq ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, tərəflər arasında iddiaçıya məxsus kredit kartında olan pul məbləğinin Cavabdeh tərəfindən istifadə olunması barədə hər hansı razılaşma olmadığından Cavabdeh İddiaçı məxsus 1800 manat məbləğində pulu kart vasitəsilə istifadə edərək, hüquqi əsas olmadan, yəni etibarlı müqavilə əsası olmadan iddiaçının əmlakı hesabına varlanmışdır. Cavabdeh məhkəmə iclasında İddiaçı məxsus kredit kartından istifadə etdiyi məbləğlərdən iki dəfə iddiaçının oğluna 202 manat, sonra isə müxtəlif vaxtlarda iddiaçının özünə 100 manat, 130 manat və 140 manat pul verdiyini göstərmiş olsa da, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1800 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1800 (bir min səkkiz yüz) manat məbləğində pul və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-561/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-561/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver