Məhkəmə qərarları › İş №2(076)-589/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-589/2024

02.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-589/2024 02.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən əkin sahəsinə və çox illik meyvə ağaclarına suvarılmasında su vermədiyinə görə, ona dəymiş maddi ziyana görə cəmi 52.690 manat məbləğində pulun cavabdehdən alınıb ona qaytarılmasına və cavabdehdən ödədiyi dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi idarəsi tərəfindən, Seriya RX, №- 745751 nömrəli, 745630 nömrəli, 745629, 004095 nömrəli, Çıxarışa və Şəmkir rayonunun Qaracəmirli Bələdiyyəsi tərəfindən icarəyə götürdüyü 1 ha torpaq sahəsi müqaviləyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində əkin əkməklə yanaşı, orda ailəsi ilə bərabər müxtəlif bar verən meyvə ağacları əkib qulluq etmişdir. Son iki ildə Şəmkir rayon Suvarma Sistemləri İdarəsinin Qaracəmirli kənd üzrə Mirap (Cuar) İşləyən Cavabdeh ona su vermədiyin görə külli miqdarda ziyan vurmuşdur. Belə ki, 1.13 ha yonca əkinindən bağlaması (presi) hər biri 5 manatdan 2.000 manat qazanc, 2.17 ha. Qarğıdalı əkinindən 14 ton qardalının kilosu 50 qəpikdən 7.000 manat, 2.17 torpaq sahəsində Arpa əkinindən 5 ton, kilosu 40 qəpikdən 2.000 manat, 2,13 ha. 8 illik Xurma ağaclarından iki ildə yenşiyi 5 manatdan 38.400 manat, 188 ədəd 8 illik fındıq ağacından iki ildə 3.290 manat, cəmi 52.690 manat qazanc əldə edə bilməmişdir. Lakin cavabdeh ona əkin sahəsinə və meyvə ağaclarının suvarılmasına su vermədiyinə görə nəticədə ona xeyli maddi və mənəvi zərər vurulmuşdur. Dəfələrlə, o Cavabdeh ona dəyən 52.690 manat maddi ziyanı ödəməsini tələb etmiş, lakin, cavabdeh ona vurduğu zərəri ödəməkdən imtina edir. Bu barədə Şəmkir rayon Polis şöbəsinə, Qaracəmirli kənd İƏD üzrə Nümayəndəliyinə və Qaracəmirli kənd üzrə Bələdiyyəsinə müraciət edib, ona əkin sahəsinin, meyvə ağaclarının suvarılmasına vurduğu ziyana görə cavabdehin barəsində tədbir görmələrini və ona dəyən ziyanın ödənilməsi üçün kömək etmələrini xahiş etsə də, onlar ona məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Ona görə o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh tərəfindən əkin sahəsinə və çox illik meyvə ağaclarına suvarılmasında su vermədiyinə görə, ona dəymiş maddi ziyana görə cəmi 52.690 manat məbləğində pulun cavabdehdən alınıb ona qaytarılmasına və cavabdehdən ödədiyi dövlət rüsumunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirdi ki, İddiaçı məxsus torpaq sahələrinə suyun verilməsi məqsədilə onunla deyil, “İnam” Sudan İstifadə edənlər Birliyi ilə razılaşma olmuş, iddiaçının torpaq sahələrinə ardıcıllıqla suyun verilməsi təmin edilmişdir. Suyun verilməsi və ya verilməməsi onun səlahiyyətində deyil, su “İnam” sudan İstifadənlər edənlər birliyinə verildiyi halda qrafiklə kənddə olan bütün əkin sahələrinə su verilməsi təmin edilmişdir. İddiaçıya suyun verilməməsi səbəbi ilə onun əkin sahələrinə ziyan vurulması ilə bağlı məlumatı olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil Məhəmmədli oğlu cavabdehin izahatının məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən **********52 daşınmaz əmlakın reyestr nömrəli 0.5657 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli A 745751 qeydiyyat nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən **********08 daşınmaz əmlakın reyestr nömrəli 2.1728 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli A 745630 qeydiyyat nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən **********54 daşınmaz əmlakın reyestr nömrəli 1.1314 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2009-cu il tarixli 4Ə-238 nömrəli müqavilənin surətindən görünür ki, X1 rayonu, Qaracəmirli kəndində yerləşən, **********98 reyestr nömrəli 0.59 ha torpaq sahəsini 1500 manata İddiaçı satmışdır. İş materiallarında olan X9 Uçotu haqqında şəhadətnamənin və xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, “İnam” X2 xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, Cavabdeh “İnam” X3 (VÖEN **********) İdarə Heyətinin sədridir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrsindən çıxarışdan görünür ki, “İnam” Sudan İstifadə edənlər birliyi adlı təşkilat xx.xx.2015-ci il tarixdə 540015-Q01-0001 nömrə ilə dövlət qeydiyyatına alınmış “ Ağ su”, xx.xx.2016-cı il tarixdə 540016-Q02-0019 nömrə ilə dövlət qeydiyyatına alınmış “ Qaracəmirli” sudan istifadə edənlər birliklərinin hüquqi varisidir, əsas fəaliyyət istiqaməti xidmət göstərdiyi ərazidə istifadəsində olan meliorasiya və irriqasiya sistemlərini idarə etmək və torpaq istifadəçilərini mütəşəkkil, səmərəli və ədalətli olaraq su ilə təmin etməkdən ibarətdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunanlara əsasən müəyyən olunur ki, İddiaçı mülkiyyətində Şəmkir rayonu Qaracəmirli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. “İnam” Sudan İstifadə edənlər birliyi adlı təşkilat xidmət göstərdiyi ərazidə istifadəsində olan meliorasiya və irriqasiya sistemlərini idarə etmək və torpaq istifadəçilərini mütəşəkkil, səmərəli və ədalətli olaraq su ilə təmin etməkdən ibarətdir və həmin təşkilatın qanuni təmsilçisi və idarə heyətinin sədri Cavabdehdur. Hazırda iddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia qaldıraraq mülkiyyətində olan torpaq sahəsi cavabdeh tərəfindən su ilə təmin edilmədiyi üçün torpaq sahəsində olan əkin sahələrinin yararsız hala düşməsi nəticəsində 52690 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh X5 isə “İnam” Sudan istifadə edənlər birliyinin sədri olmasını, X7 birliyinin sədri kimi ona qarşı iddia qaldırmasını və onun öz təşəbbüsü ilə deyil, ümumiyyətlə həmin vaxt kəndə su gəlmədiyi üçün “İnam” Sudan istifadə edənlər birliyinin kəndi su ilə təmin edə bilməməsini və cavabdehin torpaq sahəsində əkin sahələrinin olmasını və ziyan görməsini mübahisələndirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh iddia edir ki, son 2 ildə “İnam” Sudan İstifadə edənlər birliyinin sədri Cavabdeh ona məxsus torpaq sahələrinə su vermədiyi üçün torpaq sahəsində yerləşən əkin sahələrinə ziyan dəymiş, həmin maddi ziyan olan 52690 manat pulu cavabdehdən tələb etsə də, həmin pulu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər (50.1). İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (50.3). Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə baxışı zamanı İddiaçı tələbini Cavabdeh qarşı irəli sürdüyünü israr etməklə, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razılıq verməmişdir. Odur ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia tələbi də təmin edilə bilməz. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçıya məxsus torpaq sahəsində əkin sahələrinin olmas və həmin əkin sahələrinin cavabdeh tərəfindən suyun verilməməsi nəticəsində ziyan çəkilməsi halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və torpaq sahəsində əkin sahəsinin olması və həmin əkin sahəsinin cavabdeh tərəfindən suyun verilməməsi nəticəsində 52690 manat ziyan çəkməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən isə iddia tələbini qəbul etməyərək, suyun onun tərəfindən deyil, ümumi olaraq birliyə də suyun gəlməməsi səbəbindən su verilməməsini, eyni zamanda həmin torpaq sahəsində əkin sahələrinin olmasının və həmin əkin sahələrinə suyun verilməməsi səbəbi ilə ziyan çəkməsi halına dair iddiaçı sübut təqdim etmədiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbini təsdiq edən lazımi sübutlar məhkəməyə təqdim olunmadığından, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 113 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar