Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-596/2023 13.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Mən, Şəmkir Rayon Məhkəməsinin hakimi Mustafayev Rəşad Mustafa oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, müəyyənetdim: İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26 fevral 1985-ci il təvəllüdlü Cavabdeh 25 dekabr 2021-ci il tarixli, SMK5898953 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1128 (min yüz iyirmi səkkiz) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat faiz borcu və 35 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1463 (min dörd yüz altmış üç) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş müqavilə və ona əlavə edilmiş sənədlərlərdən görünür ki, 25 dekabr 2021-ci il tarixli, SMK5898953 kredit müqaviləsinə əsasən fiziki şəxs Cavabdeh 1229 manat məişət avadanlığı əldə etmiş, 101 manat ilkin ödəniş etmiş və qalan 1128 manatı 12 ay müddətinə aylıq 94 manat İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin qeydinə görə, borcalan əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda, əlavə olaraq şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ üçün hər gün 1 faiz dərəcəsi ilə hesablanan cərimə fazilərini ödəyir. Müqavilədə göstərilməməsinə baxmayaraq verilmiş ərizədə iddiaçı müqavilə üzrə hesablanmış 300 manat faiz borcunu tələb etmiş və bu halı təsdiq edən müqavilənin əlavəsini və ya hər hansı sübutu ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa, işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı verilmiş tələbi təsdiq edən sənədi təqdim etmədiyindən, eləcə də ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud olduğundan və beləliklə bu vəziyyətdə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı m: İddiaçı MMC-in Cavabdeh qarşı «pul» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-596/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-596/2023
13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver