Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-601/2023 28.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx"KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı LPO "xxxx"KB QSC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/136485/15 saylı kredit müqaviləsi üzrə Banka 2643.89 (iki min altı yüz qırx üç ABŞ dolları səksən doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 3013.67 (üç min on üç ABŞ dolları altmış yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 915.24 (doqquz yüz on beş ABŞ dolları 24 sent) ABŞ dolları məbləğində cərimə borcu, 334.11 (üç yüz otuz dörd ABŞ dolları on bir sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 6906.91 (altı min doqquz yüz altı ABŞ dolları doxsan bir sent) ABŞ dolları məbləğində pulun, 125.23 (bir yüz iyirmi beş manat iyirmi üç qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB (bundan sonra - Bank) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/136485/15 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan xx.xx.2016-cı il tarixdə, xx.xx.2015-ci il tarixli 1xx/xx/136485/15 saylı kredit müqaviləsinə 01 saylı əlavə saziş bağlanmışdır. Sazişə əsasən müqavilənin 1.1 və 2.7-ci yarım bəndlərində əlavə və dəyişikliklər edilmişdir. Qalıq borcun 4526.55 ABŞ dolları məbləğində vəsaitin illik 19 faiz ödənilməsi şərti ilə, kreditin qaytarılmalı olduğu son tarix isə xx.xx.2020-ci il tarixədək uzadılmaqla, cərimə məbləği illik 21 (iyirmi bir) faiz qeyd edilməklə restrukturizasiya olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin xx.xx.2022-cı il tarixinə Banka 2643.89 (iki min altı yüz qırx üç ABŞ dolları səksən doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 3013.67 (üç min on üç ABŞ dolları altmış yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 915.24 (doqquz yüz on beş ABŞ dolları 24 sent) ABŞ dolları məbləğində cərimə borcu, 334.11 (üç yüz otuz dörd ABŞ dolları on bir sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 6906.91 (altı min doqquz yüz altı ABŞ dolları doxsan bir sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. İddiaçı LPO "xxxx"KB QSC məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsinin və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə tanış olmuşdur, rəy ilə razıdır. O, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən QSC "xxxx" KB-də kredit götürmüşdür. Nəticədə onun iddiaçıya 4823.84 ABŞ dolları borcu qalmışdır. Bundan sonra problemli kreditlərin kompensasiya edilməsi üzrə onun LPO "xxxx"KB QSC-yə olan 4823.84 ABŞ dolları borcu 01 mart 2019-cu il tarixinə manat ekvivalentində 7388.91 manat məbləğində müəyyən edilmiş, həmin borcun azaldılan məbləği (hesablanmış kompensasiya) 2894.30 manat müəyyən edilərək borcundan çıxılmış, qalıq borc məbləği 4494.61 manat müəyyən edilmişdir. Onun LPO "xxxx"KB QSC-yə olan borcu restrukturizasiya olunaraq 4494.61 manat borcu olması barədə bank tərəfindən sənəd verilmişdir. Lakin "xxxx"KB QSC-i fəaliyyətini dayandırdığı üçün bankla əlaqə saxlayıb borcunu ödəmək istəmiş və bununla bağlı dəfələrlə müraciət etmişdir. Ödənişi ondan qəbul edən olmadığı üçün borcunu ödəyə bilməmişdir. Sonuncu dəfə onun müraciətindən sonra iddiaçı hazırki iddia tələbini irəli sürmüşdür. O, 4494.61 manat borcu ödəməyə razıdır. Lakin iddia tələbində göstərilən məbləğ ilə razı deyil və həmin məbləği əsassız hesab edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin faktiki hallarını araşdıraraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan xx.xx.2015-ci il tarixli 1xx/xx/136485/15 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh LPO "xxxx"KB QSC-yə xx.xx.2022-ci il tarixinə xx.xx.2015-ci il tarixli 1xx/xx/136485/15 saylı kredit müqaviləsi üzrə Banka 2643.89 (iki min altı yüz qırx üç ABŞ dolları səksən doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 3013.67 (üç min on üç ABŞ dolları altmış yeddi sent) ABŞ dolları məbləğində faiz borcu, 915.24 (doqquz yüz on beş ABŞ dolları 24 sent) ABŞ dolları məbləğində cərimə borcu, 334.11 (üç yüz otuz dörd ABŞ dolları on bir sent) ABŞ dolları məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, ümumilikdə isə 6906.91 (altı min doqquz yüz altı ABŞ dolları doxsan bir sent) ABŞ dolları məbləğində borcu yaranmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli xx.xx.2015-ci il tarixli 1xx/xx/136485/15 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişdən görünür ki, Cavabdeh illik 19 faiz ödənilməsi şərti ilə 4526.55 ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, cavabdeh borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, 4/530 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(076)-601/2023 saylı mülki işin 4-5-ci vərəqlərində xx.xx.2015-ci il tarixli, 1xx/xx/136485/15 saylı Kredit müqaviləsində olan “2. Kreditin verilməsi və faizlərin hesablanması qaydası” bölməsinin aşağı sağ küncündəki imza və həmin müqavilənin 2-ci vərəqinin arxa tərəfində “10. Tərəflərin ünvanları və digər rekvizitləri” bölməsinin “BORC ALAN" qrafasındakı imza, mülki işin 7-ci vərəqində olan xx.xx.2016-cı il tarixli “xx.xx.2015-ci il tarixli 1xx/xx/136485 saylı KREDİT MÜQAVİLƏSİnə 01 saylı” ƏLAVƏ sazişin “BORC ALAN” qrafasındakı imza, mülki işin 6,8-ci vərəqlərində olan xx.xx.2015-ci il tarixli 1xx/xx/136485/15 saylı kredit müqaviləsinə əlavə olunan 1 və 02 saylı ödəniş cədvəllərinin aşağı hissələrində “Cavabdeh” tərəfindən icra olunmuşdur. İşdə olan Problemli kreditlərin kompensasiya edilməsi barədə portal çıxarışından görünür ki, Cavabdeh LPO "xxxx"KB QSC-yə olan 4823.84 ABŞ dolları borcu 01 mart 2019-cu il tarixinə manat ekvivalentində 7388.91 manat məbləğində müəyyən edilmiş, həmin borcun azaldılan məbləği (hesablanmış kompensasiya) 2894.30 manat müəyyən edilərək borcdan çıxılmış, qalıq borc məbləği 4494.61 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, lakin borclu kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmişdir. Nəticədə cavabdehin iddiaçıya 4823.84 ABŞ dolları borcu qalmışdır. Bundan sonra problemli kreditlərin kompensasiya edilməsi üzrə Cavabdeh LPO "xxxx"KB QSC-yə olan 4823.84 ABŞ dolları borcu 01 mart 2019-cu il tarixinə manat ekvivalentində 7388.91 manat məbləğində müəyyən edilmiş, həmin borcun azaldılan məbləği (hesablanmış kompensasiya) 2894.30 manat müəyyən edilərək borcdan çıxılmış, qalıq əsas borc məbləği 4494.61 manat müəyyən edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o. kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, borclu iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/136485/15 saylı kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 4823.84 ABŞ dolları borcu qalmışdır. Bundan sonra problemli kreditlərin kompensasiya edilməsi üzrə Cavabdeh LPO "xxxx"KB QSC-yə olan 4823.84 ABŞ dolları borcu 01 mart 2019-cu il tarixinə manat ekvivalentində 7388.91 manat məbləğində müəyyən edilmiş, həmin borcun azaldılan məbləği (hesablanmış kompensasiya) 2894.30 manat müəyyən edilərək borcdan çıxılmış, qalıq əsas borc məbləği 4494.61 manat müəyyən edilmişdir. Bu səbəbdən əsas borc məbləğinin cavabdehdən tutulması hissəsində təmin edilməklə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında'' Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Məhkəmə göstərilənlərə əsaslanaraq belə qənaətə gəlir ki, iddianın faiz borcu, cərimə, həmçinin müqavilə müddəti bitdikdən sonra əsas borca hesablanmış borc məbləği hissəsində tələb təmin olunmamalıdır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 64.94 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli 1xx/xx/136485/15 saylı kredit müqaviləsi üzrə 4494.61 manat əsas borc və ödənilmiş 64.94 manat dövlət rüsumu iddiaçı LPO “Bank Standard" KB QSC-nin xeyrinə tutulmalıdır. Bundan əlavə məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərinin 110 (bir yüz on) manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4494.61 (dörd min dörd yüz doxsan dörd manat altmış bir qəpik) manat əsas borc və məhkəmə xərci qismində 64.94 (altmış dörd manat doxsan dörd qəpik) manat dövlət rüsumu tutularaq LPO "xxxx"KB QSC-in hesabına ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərinin 110 (bir yüz on) manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-601/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-601/2023
28.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver