Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-603/2023 14.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) cavabdehlər Cavabdeh və X2 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh (Aidə) Novruz qızına və X2 qarşı “pul” tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1756.8 (bir min yeddi yüz əlli altı manat, səksən qəpik) manat (18 ay x 97.6 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 535 (beş yüz otuz beş) manat olmaqla ondan, 486.5 (dörd yüz səksən altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48.5 (qırx səkkiz manat, əlli qəpik) manat cərimə; cəmi 535 manat borc cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutulmasını; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 653.4 (altı yüz əlli üç manat, qırx qəpik) manat (18 ay x 36.3. manat + 0 manat ilkin ödəniş) İmei kodu **********10537 X5 9 markalı telefon üçün ümumilikdə, 159 (yüz əlli doqquz) manat olmaqla ondan, 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14 (on dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2257 (iki min iki yüz əlli yeddi) manat (18 ay x 125 manat + 7 manat ilkin ödəniş) Samsung LED TV, Sonorous Surefix asqı üçün ümumilikdə, 135 (yüz otuz beş) manat olmaqla ondan, 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə Cavabdeh tutulmasını, ümumilikdə 829 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung LED TV, İmei kodu **********10537 X5 9 markalı telefon, Samsung LED TV, Sonorous Surefıx asqı almış və nəticədə 829 (səkkiz yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1756.8 (bir min yeddi yüz əlli altı manat, səksən qəpik) manat (18 ay x 97.6 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 535 (beş yüz otuz beş) manat olmaqla ondan, 486.5 (dörd yüz səksən altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48.5 (qırx səkkiz manat, əlli qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 653.4 (altı yüz əlli üç manat, qırx qəpik) manat (18 ay x 36.3. manat + 0 manat ilkin ödəniş) İmei kodu **********10537 X5 9 markalı telefon üçün ümumilikdə, 159 (yüz əlli doqquz) manat olmaqla ondan, 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14 (on dörd,) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2257 (iki min iki yüz əlli yeddi) manat (18 ay x 125 manat + 7 manat ilkin ödəniş) Samsung LED TV, Sonorous Surefix asqı üçün ümumilikdə, 135 (yüz otuz beş) manat olmaqla ondan, 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində TV DİVARDA QURASHDİRİLMA xidmətindən imtina etmiş və məhsul 30.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 2103.4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 30.6 manat, digər 2 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1778.7 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəklərdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığı və əmlakın dəyərini sübut edən sənədlər Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Həmçinin xx.xx.2021-ci il tarixli müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, cavabdeh X3 "xxxx" MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, "ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi peniya ödənilməsinə yönədilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə göndərilməklə, onlara iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Samsung LED TV, İmei kodu **********10537 X5 9 markalı telefon, Samsung LED TV, Sonorous Surefıx asqı almış və nəticədə 829 (səkkiz yüz iyirmi doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1756.8 (bir min yeddi yüz əlli altı manat, səksən qəpik) manat (18 ay x 97.6 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 535 (beş yüz otuz beş) manat olmaqla ondan, 486.5 (dörd yüz səksən altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48.5 (qırx səkkiz manat, əlli qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 653.4 (altı yüz əlli üç manat, qırx qəpik) manat (18 ay x 36.3. manat + 0 manat ilkin ödəniş) İmei kodu **********10537 X5 9 markalı telefon üçün ümumilikdə, 159 (yüz əlli doqquz) manat olmaqla ondan, 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14 (on dörd,) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2257 (iki min iki yüz əlli yeddi) manat (18 ay x 125 manat + 7 manat ilkin ödəniş) Samsung LED TV, Sonorous Surefix asqı üçün ümumilikdə, 135 (yüz otuz beş) manat olmaqla ondan, 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində TV DİVARDA QURASHDİRİLMA xidmətindən imtina etmiş və məhsul 30.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 2103.4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 30.6 manat, digər 2 müqavilə üzrə cəmi ödədiyi məbləğ 1778.7 manat təşkil edir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1756.8 (bir min yeddi yüz əlli altı manat, səksən qəpik) manat (18 ay x 97.6 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 535 (beş yüz otuz beş) manat olmaqla ondan, 486.5 (dörd yüz səksən altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 48.5 (qırx səkkiz manat, əlli qəpik) manat cərimə; cəmi 535 manat borc Cavabdeh və cavabdeh X1 müştərək qaydada tutulması, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 653.4 (altı yüz əlli üç manat, qırx qəpik) manat (18 ay x 36.3. manat + 0 manat ilkin ödəniş) İmei kodu **********10537 X5 9 markalı telefon üçün ümumilikdə, 159 (yüz əlli doqquz) manat olmaqla ondan, 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14 (on dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2257 (iki min iki yüz əlli yeddi) manat (18 ay x 125 manat + 7 manat ilkin ödəniş) Samsung LED TV, Sonorous Surefix asqı üçün ümumilikdə, 135 (yüz otuz beş) manat olmaqla ondan, 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 12 (on iki) manat cərimə Cavabdeh ümumilikdə 829 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xəbərdarlıqdan görünür ki, cavabdehlər borcun ödənilməyəcəyi təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, cavabdeh X3 "xxxx" MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır və borcludur. İddia tələbinin qanuni əsası kimi məhkəmə aşağıdakı maddi hüquq normalarına istinad etməyi əsaslı hesab edir. Belə ki, öhdəlik hüququndan bəhs edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsində qeyd olunur ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsində göstərilir ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə görə, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehə (zaminə) münasibətdə də tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin şəxsin kreditoru qarşısında hımin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissəicra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2–ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə tədqiq olunmuş sübutlara tam, hərtərəfli, obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" MMCnin xeyrinə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1756.8 (bir min yeddi yüz əlli altı manat, səksən qəpik) manat (18 ay x 97.6 manat + 0 manat ilkin ödəniş) Samsung LED TV üçün ümumilikdə, 535 (beş yüz otuz beş) manat olmaqla ondan, 486.5 (dörd yüz səksən altı manat, əlli qəpik) manat ödənilməmiş hissə, 48.5 (qırx səkkiz manat, əlli qəpik) manat cərimə; cəmi 535 manat borc Cavabdeh və cavabdeh X1 müştərək qaydada tutulmalı, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 653.4 (altı yüz əlli üç manat, qırx qəpik) manat (18 ay x 36.3. manat + 0 manat ilkin ödəniş) İmei kodu **********10537 X5 9 markalı telefon üçün ümumilikdə, 159 (yüz əlli doqquz) manat olmaqla ondan, 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2257 (iki min iki yüz əlli yeddi) manat (18 ay x 125 manat + 7 manat ilkin ödəniş) Samsung LED TV, Sonorous Surefix asqı üçün ümumilikdə, 135 (yüz otuz beş) manat olmaqla ondan, 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə Cavabdeh ümumilikdə 829 manat pul tutularaq iddiaçıya verilməlidir. Bununla yanaşı, MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-273-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh (Aidə) Novruz qızı və X1 müştərək qaydada xx.xx.2021-ci il tarixli müqavilə üzrə 486.5 manat əsas borcdan ödənilməmiş hissə, 48.5 manat cərimə borcu olmaqla cəmi 535 (beş yüz otuz beş) manat borc məbləği və məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilsin. Cavabdeh (Aidə) Novruz qızından xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 268 manat əsas borcdan ödənilməmiş hissə, 26 manat cərimə borcu olmaqla cəmi 294 (iki yüz doxsan altı) manat borc məbləği tutularaq iddiaçı "xxxx" MMCnin hesabına ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-603/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-603/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver