Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-610/2024 15.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X3 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı “ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanda yerləşən, mərhum atasından miras qalmış həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsitərəfindən ölçmə işlərinin aparılmasına cavabdeh X8 tərəfindən yaradılan maneənin aradan qaldırılması, 100 manat məbləğində dövlət rüsumunun, 500 manat vəkil xidmət haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X8 iddiaçının doğma anasıdır. X1 18 iyul 2023-cü ildə vəfat etmişdir. Mərhum atasından miras qalmış əmlaka qanun üzrə vərəsə tanınmışdır. Lakin cavabdeh miras evin və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 3-cü şəxs tərəfindən ölçülməsinə maneə yaradır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İstəyir ki, ölçmə işlərinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X9 məhkəmə iclasında iddianı qəbul etmədi, izahat verərək bildirdi ki, təzyiq xəstəsidir, yoldaşı vəfat edəndən sonra oğlu ona bu cür haqsızlıqlar edir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, sözügedən ünvanda mübahisəli hal aşkar edilmiş və həmin evdə yaşayan iddiaçının anası tərəfindən fərdi yaşayış evinin ölçülməsinə icazə verilməmişdir. Odur ki, qeyd olunan mübahisəni nəzərə alaraq, təqdim edilən sənədlərdə göstərilən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə anadan olmuş, X1, anası X7r. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, X4 Şəmkir rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli 113 nömrəli qərarı ilə 700.07 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cüil tarixli********** nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli BPM**********23 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən vəkil xidmət haqqı olaraq 500 manat məbləğində pul vəsaitini Şəmkir Rayon Vəkil Bürosunun hesabına ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cüil tarixli 1670 nömrəli məktubun surətindən görünür ki, X2 vərəsəsi İddiaçı müəyyən edilmiş və mərhumun adına çıxarış və ya forma1 təqdim edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsinə sorğu verilmişdir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehə qarşı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi ilə bağlı Şəmkir rayon Məhkəməsində iddia qaldırmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-ci maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Qanunun 8.0.8-cimaddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını və işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmadığından iddia rədd edilməlidir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Lakin hazırkı mülki iş üzrə isə iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi olmadığı və həmin evdə yaşamadığı və mülkiyyətçi olmasa belə əmlaka faktiki sahiblik edən olmadığı müəyyən edilmişdir. (evə köçürülmə barədə iddiası bunu deməyə əsas verir.) Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.6.-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə daxildir. Məhkəmə qeyd edir ki, iddia tələbləri təmin edilmədiyindən işəbaxılması üçün məsrəflərdən hesab edilən vəkil xərci və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh X5 qarşı “ölçmə işlərinin aparılmasına yaradıılan maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-610/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-610/2024
15.03.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver