Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-636/2025 08.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X5 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.170 manat pulun və ödənilmiş 62 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2024–cü ilin iyul ayında ona müraciət edərək, Şəmkir rayonunda istilikxana işlətdiyini, mövsümi əkinlə bağlı pul lazım olduğunu bildirmiş və borc pul istəmişdir. xx.xx.2024–cü il tarixdə o, cavabdehə 4.170 manat borc pul vermişdir. Həmin pulu almağına dair cavabdeh öz əli ilə qəbz yazıb imzalamışdır. Həmçinin, cavabdeh 2024– cü ilin oktyabr ayında, yəni məhsulu yığıb satan kimi pulu qaytaracağını bildirmişdir. Lakin cavabdeh vəd etdiyi vaxtda pulu qaytarmamışdır. Dəfələrlə cavabdehdən pulunu tələb etsə də, cavabdeh müxtəlif bəhanlərlə pulu qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, Cavabdeh 4.170 manat pulun və ödənilmiş 62 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh xx.xx.2024–cü il tarixdə təmsil etdiyi şəxsdən 4.170 manat borc pul almış, bununla bağlı qəbz yazaraq imzalamışdır. Eləcə də, cavabdeh 2024–cü ilin oktyabr ayında, yəni məhsulu yığıb satan kimi pulu qaytaracağını bildirmişdir. Buna baxmayaraq, cavabdeh bugünədək iddiaçıdan aldığı pulu qaytarmamışdır. Odur ki, Cavabdeh 4.170 manat pulun və ödənilmiş 62 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Cavabdeh Vüqar adlı şəxsin vasitəsilə tanımışdır. Təxminən 2024–cü ilin iyul ayında Təranə şitil almaq üçün pul lazım olduğunu bildirmiş, o da Təranəni qardaşı Elnura yönəltmişdir. Elnur xx.xx.2024–cü il tarixdə Təranəyə 4.170 manat borc pul vermişdir. Lakin Təranə vəd etdiyi vaxta qardaşının pulunu qaytarmamışdır. Məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, İddiaçı onun dostudur, Təranəni isə əvvəllər tanımamışdır. xx.xx.2024–cü il tarixdə Gəncə şəhərində Elnurla görüşən zaman Elnur ona bir nəfər qadının ondan borc pul istədiyini və onunla görüşəcəyini demişdir. Bir az gözlədikdən sonra Təranə adlı qadın gəlmiş və Elnurdan 4.170 manat pul almışdır. Bununla bağlı Təranə yazılı iltizam vermişdir. Lakin Təranənin həmin pulu qaytarmadığını bilir. İşdə olan və Cavabdeh tərəfindən yazılaraq imzalanmış qəbzdən görünür ki, o, xx.xx.2024–cü il tarixdə İddiaçı 4.170 manat borc pul almışdır. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı xx.xx.2024–cü il tarixdə Cavabdeh 4.170 manat borc pul vermiş, cavabdeh bununla bağlı yazılı qəbz verməklə öhdəlik götürmüşdür. Lakin cavabdeh borcunu qaytarmamış və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə, ilk öncə məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmə iclası zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər keçmişdə baş vermiş hadisəni məntiqi ardıcıllıqla və ziddiyyətsiz təsvir edə bilmiş, mübahisə barədə dəqiq ifadələr verərək, cavabdehin iddiaçıdan borc pul almasını, lakin həmin pulu qaytarmamasını konkret olaraq göstərmişlər. Məhkəmə işin yuxarıda araşdırılmış hallarına əsasən qeyd edir ki, xx.xx.2024–cü il tarixdə cavabdeh iddiaçıdan 4.170 manat borc pul almış, lakin həmin pulu qaytarmamışdır. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əsassız varlanma ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin qanundan irəli gələn öhdəlik münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2–ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya məxsus ələ keçirdiyi 4.170 manat məbləğində pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1–ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin hərəkətləri əsaslı olmadığından, o, heç bir hüquqi əsas olmadan əldə etdiyi 4.170 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 4.170 manat pul alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 4.170 (dörd min yüz yetmiş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş manat dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 62 (altmış iki) manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(076)-636/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-636/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver