Məhkəmə qərarları › İş №2(076)-639/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-639/2023

11.04.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-639/2023 11.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X13 Filialında mühafizə olunan və Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991–1995–ci illərə dair təsərrüfatbaşına kitabının 197 təsərrüfat nömrəsində onun adına 0.28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Həmin torpaq sahəsinə dair Çıxarış almaq üçün DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqanın əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman cavabdehlər ölçmə işlərinin aparılmasına mane olmuş və torpaq sahəsinin mübahisəli olmasını bildirmişlər. Halbuki, torpaqla bağlı mübahisəyə məhkəmə instansiyalarında baxılaraq yekun nəticə verilmişdir. Odur ki, məhkəmədən, ünvan 1 ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, X13 Filialında mühafizə olunan və Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991–1995–ci illərə dair təsərrüfatbaşına kitabının 197 təsərrüfat nömrəsində onun adına 0.28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Hazırda həmin torpaq sahəsini adına rəsmiləşdirilməsi üçün Çıxarış almaq zərurəti yaranmış, bu səbəbdən DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları isə torpaq sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Bundan sonra həmin idarənin əməkdaşları Şəmkir rayonu, Qapanlı kəndinə getmiş, lakin cavabdehlər DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarını torpaq sahəsinə buraxmaqdan imtina etmiş, ölçmə işlərini aparmağa imkan verməmişdir. Bu səbəbdən DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları ölçmə işləri apara bilməmişlər. Ona görə də məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehlərin qanunsuz hərəkəti nəticəsində onun konstitusion hüququ pozulmuşdur. Odur ki, məhkəmədən, ünvan 1 ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur və mülkün sahibi mərhum Tamam Nağıyeva olmuşdur. Hazırda o, mübahisəli torpaq sahəsindən təyinatına uyğun istifadə edir. Həmçinin, qeyd edir ki, iddiaçı daha əvvəl də ona qarşı eyni tələblə iddia qaldırmış və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Buna baxmayaraq, iddiaçı əsassız şəkildə yenidən həmin torpaq sahəsində ölçmə işlərinin aparılmasını tələb edir. Odur ki, iddianı qəbul etmir və rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh X3 və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsi gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə gəlməyən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət X11 tərəfindən verilmiş xx.xx.2021–ci il tarixli arxiv arayışından görünür ki, X13 Filialında mühafizə olunan və Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991–1995–ci illərə dair təsərrüfatbaşına kitabının 197 təsərrüfat nömrəsində İddiaçı adına 0.28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2(076)–143/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2–1(114)–503/2020 saylı qərarından görünür ki, iddiaçı X2 cavabdeh Qapanlı kənd İƏD üzrə nümayəndəliyinə qarşı təsərrüfatbaşına kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2–1(104)–538/2020 saylı qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2–1(114)–503/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2–1(114)–643/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı mərhum X7 adına verilmiş xx.xx.2020–ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədinin və Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2–1(104)–537/2021 saylı qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2–1(114)–643/2021 saylı qərarı ləğv edilmiş, mərhum X7 adına verilmiş xx.xx.2020–ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi və xx.xx.2020–ci il tarixli Çıxarış ləğv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2–1(102)– 711/2022 saylı qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2– 1(104)–537/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)–39/2022 saylı qətnaməsindən görünür ki, X2 nümayəndəsi X1 cavabdehlər İddiaçı və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinə vərəsə tanınması və miras əmlakın mülkiyyətə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan DƏDRX–nin 11 saylı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022–ci il tarixli rəsmi məktubdan görünür ki, nəzərdə tutulan torpaq sahəsi mübahisə predmeti olduğundan çıxarışın hazırlanması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X13 Filialında mühafizə olunan və Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991–1995–ci illərə dair təsərrüfatbaşına kitabının 197 təsərrüfat nömrəsində İddiaçı adına 0.28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Hazırda iddiaçı mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd almaq məqsədilə DƏDRX–nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh həmin idarənin əməkdaşlarına ölçmə işləri aparmağa imkan verməmişdir. Nəticədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqan iddiaçının müraciətini həyata keçirməkdən imtina etmişdir. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2(076)–143/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2–1(114)–503/2020 saylı qərarı ilə iddiaçı X2 cavabdeh Qapanlı kənd İƏD üzrə nümayəndəliyinə qarşı təsərrüfatbaşına kitabda həyətyanı torpaq sahəsinə dair aparılmış qeydiyyatın ləğv edilməsi və həmin kitabda onun adının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2–1(104)–538/2020 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2–1(114)–503/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2–1(114)– 643/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə qarşı mərhum X7 adına verilmiş xx.xx.2020–ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədinin və Çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, lakin Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2–1(104)–537/2021 saylı qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2–1(114)–643/2021 saylı qərarı ləğv edilmiş, mərhum X7 adına verilmiş xx.xx.2020–ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi və xx.xx.2020–ci il tarixli Çıxarış ləğv edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2–1(102)–711/2022 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2– 1(104)–537/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2(076)–39/2022 saylı qətnaməsi ilə X2 nümayəndəsi X1 cavabdehlər İddiaçı və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinə vərəsə tanınması və miras əmlakın mülkiyyətə verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2(076)–143/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, işə baxan məhkəmə mübahisəli ünvan 1 ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsinin xx.xx.2020–ci il tarixli Çıxarış əsasında X7 mülkiyyətində olmasını əsas tutumuş, məhz bu əsasa görə iddianı rədd etmişdir. Lakin, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2–1(104)–537/2021 saylı qərarı ilə mərhum X7 adına verilmiş xx.xx.2020–ci il tarixli torpaq sahəsinin plan və ölçü sənədi və xx.xx.2020–ci il tarixli Çıxarış ləğv edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022–ci il tarixli, 2–1(102)– 711/2022 saylı qərarı ilə apelyasiya intsnasiya məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2–1(104)– 537/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmış, qərar qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən qətnamə xx.xx.2021–ci il tarixdə qəbul edilmiş və həmin vaxt mübahisəli torpaq sahəsi X7 mülkiyyətində olmuşdur. Lakin sonradan, yəni Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli, 2–1(104)– 537/2021 saylı qərarı ilə mübahisəli torpaq sahəsinə dair X7 adına verilmiş Çıxarış ləğv edilmiş, bununla da hazırki iddianın əsası dəyişmişdir. Bu isə onu deməyə əsas verir ki, əvvəllər tərəflər arasında eyni predmet barəsində qətnamə olsa da, mübahisəli torpaq sahəsinə dair X7 adına verilmiş Çıxarış ləğv edildiyindən hazırda iddianın əsası dəyişmişdir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçının mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin müəyyən edilmiş hallarından görünür ki, X13 Filialında mühafizə olunan və Qapanlı kənd İƏV üzrə nümayəndəliyin 1991–1995–ci illərə dair təsərrüfatbaşına kitabının 197 təsərrüfat nömrəsində İddiaçı adına 0.28 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Hazırda isə iddiaçı həmin torpaq sahəsinə dair Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almaq istəyir. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehlər iddiaçının bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdehlər isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X6 X4 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdehlər tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 0.28 ha həyətyanı torpaq sahəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər Cavabdeh və X5 tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar