Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-64/2024 13.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 9171,97 manat kredit borcu, 69,72 manat məbləğində faiz borcu və 2264,26 manat cərimə olmaqla, ümumilikdə cəmi 11505 (on bir min beş yüz beş) manat 95 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 124,52 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus Şəmkir rayonu Düyərli kəndi Səməd Vurğun küçəsində yerləşən 0.1181 ha torpaq sahəsi ilə birlikdə 25 nömrəli fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 11505 (on bir min beş yüz beş) manat 95 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 124,52 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 15 manat rüsum və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsaiti hesabına İddiaçı QSC-yə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "AccessBank” QSC-nin xeyrinə tutulması və Şəmkir rayonu Düyərli kəndi Səməd Vurğun küçəsində yerləşən 0.1181 ha torpaq sahəsinə və fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılması, fərdi yaşaşyış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263- 264, 267-268-ci maddələrinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-64/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-64/2024
13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver