Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-679/2024 09.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbi haqqında dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 manat maddi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 90 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəllər tanışlığları olmayıb. Cavabdehi 2020-ci ildən tanımışdır. Belə ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixki, 2(076)-1972/2019 saylı qətnaməsi ilə keçmiş gəlini İbrahimova xanım Vahid qızının azyaşlı uşaqları ilə birlikdə onun və ailə üzvlərinin istifadəsində olan Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən evinə köçürlüməsi qət edilmişdir. Qətnamənin icra edilməsi görüntü yaradaraq Şəmkir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cavabdeh 20 avqust 2020-ci il tarixdə onların evinin həyətinə gəlib Xanım İbrahimovanın həmin evə köçməməsi müqabilində kompensasiya ödənişinin verilə biləcəyini deyib həmin məzmunda akt tərtib edərək, onu inandırıb etibarını qazandıqdan sonra kompensasiya ödənişinin müəyyən edilməsinin özünün səlahiyyəti olduğunu, özü tərəfindən sənədləşmə işlərinin aparılacağını, ona kompensasiya ödənişi verildikdən və həmin ödəniş də özü tərəfindən tələbkar Xanım İbrahimovaya ödənildikdən sonra icra işinə öz qərarı ilə xitam veriləcəyini bildirmişdir. O da, cavabdehə inanaraq 22 avqust 2020-ci ildə Şəmkir rayon İcra və Probasiya şöbəsində Cavabdeh 7000 manat məbləğində pul vermişdir. Lakin sonradan ona məlum oldu ki, Cavabdeh ondan 7000 manat məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə ona məxsus 7000 manat ələ keçirərək ona maddi ziyan vurmuşdur. O, Cavabdeh hərəkətlərində Şəmkir rayon prokurorluğuna şikayət etmişdir. Cavabdeh ondan başqa şəxslərində də etibraından sui istifadə edərək, aldatma yolu ilə onların əmlakını ələ keçirdiyindən barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4cü maddələri ilə cinayət işi başlanılmış və o həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bunda sonra Cavabdeh barəsində olan cinayət işinin istitaqı yekunlaşmış və məhkəməyə göndərilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarə oraqnlarından rəhbər vzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə hökmü ilə Cavabdeh tərəfindən həqiqətən ona 7000 manat məbləğində maddi ziyan dəymiş olduğu müəyyən edilmişdir. Hazırda cavabdeh cəzasını çəkib qurtarmış və azadlıqdadır. Lakin yennə də, ona vurmuş olduğu maddiz ziyanı ödəmir. Ona görə də, Cavabdeh 7000 manat maddi ziyanın və dövlət rüsumu olaraq ödənilmiş 90 manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2023 saylı, 16 iyun 2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMnin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarə oraqnlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)- 493/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2023 saylı, 16 iyun 2023-cü il tarixli hökmündən məhkum edilmiş şəxs Cavabdeh və müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2023 saylı, 16 iyun 2023-cü il tarixli hökmü apelyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-17/2023 saylı, 16 iyun 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(104)-493/2023 nömrəli hökmü ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən iddiaçının etibarından sui-istifadə etməklə və onu aldatmaqla 2019-2020-ci illərdə ümumilikdə iddiaçının 7000 manat pulunu ələ keçirmişdir. Qeyd olunan hallar Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. İddianın qanuni əsasını mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən elementlərdən birinin olmaması delikt öhdəliyinin yaranmasını istisna edir. Qeyd olunan qanunvercilik normalarından və məhkəmənin qanuni qüvvəyə minmiş hökmündən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya 7000 manat maddi ziyan vurmuşdur. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 7000 manat maddi ziyan alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 7000 (yeddi min) manat məbləğində pul alınıb İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-679/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-679/2024
09.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver