Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-683/2023 16.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Borclu qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyəti cavabdeh Borclu qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, 25 iyun 2014–cü il tarixli EK/21628/42/17 saylı kredit müqaviləsi üzrə cavabdehdən 978,15 manat əsas kredit borcu, 175,44 manat faiz borcu olmaqla, cəmi 1.153,59 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla cavabdeh Borclu arasında 25 iyun 2014–cü il tarixli EK/21628/42/17 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 13 ay müddətinə illik 32 % ödəmək şərtilə 1.050 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin 978,15 manat əsas kredit borcu, 175,44 manat faiz borcu yaranmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, 25 iyun 2014–cü il tarixli EK/21628/42/17 saylı kredit müqaviləsi üzrə cavabdehdən 978,15 manat əsas kredit borcu, 175,44 manat faiz borcu olmaqla, cəmi 1.153,59 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçı banka verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Kreditor ASC–yə və Borclu məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu arasında bağlanmış 25 iyun 2014–cü il tarixli EK/21628/42/17 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 13 ay müddətinə illik 32 % ödəmək şərtilə 1.050 manat məbləğində kredit verilmişdir. İşdə olan ödəmə qrafikindən görünür ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti ilə Borclu kredit məbləğinin xx.xx.2014–xx.xx.2015–ci il ərzində ödənilməsinə razı olmuşlar. İşdə olan maliyyə arayışından görünür ki, xx.xx.2014–cü il tarixədək cavabdehin 978,15 manat əsas kredit borcu, 175,44 manat faiz borcu olmaqla, cəmi 1.153,59 manat məbləğində borcu yaranmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh Borclu arasında 25 iyun 2014–cü il tarixli EK/21628/42/17 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank cavabdehə 13 ay müddətinə illik 32 % ödəmək şərtilə 1.050 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh krediti hər ay qaytarmalı olmasına baxmayaraq, öhdəliklərinə əməl etməmiş, nəticədə onun 978,15 manat əsas borcu və 175,44 manat faiz borcu yaranmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə əsasən öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsində göstərilmişdir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı bank qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, 25 iyun 2014–cü il tarixli EK/21628/42/17 saylı kredit müqaviləsi üzrə cavabdeh Borclu əsas kredit borcu üzrə 978,15 manat, faiz borcu üzrə 175,44 manat olmaqla, cəmi 1.153,59 manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumu alınıb iddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 25 iyun 2014–cü il tarixli EK/21628/42/17 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Borclu əsas kredit borcu üzrə 978,15 manat, faiz borcu üzrə 175,44 manat olmaqla, cəmi 1.153,59 (bir min yüz əlli üç manat əlli doqquz qəpik) manat məbləğində pul alınıb Kreditor Açıq Səhmdar Cəmiyyətinə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh Borclu 20 (iyirmi) manat məbləğində pul alınıb iddiaçı Kreditor Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-683/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-683/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver