Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-684/2023 28.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 16 fevral 2015–ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 1.500 ABŞ dolları əsas kredit borcu, 993,83 ABŞ dolları faiz borcu, 730,25 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3.224,08 ABŞ dolları məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, bankla Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015–ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 31 faiz olmaqla 1.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun ödənilməmiş 1.500 ABŞ dolları əsas kredit borcu, 993,83 ABŞ dolları isə faiz borcu qalmışdır. Öhdəliyini lazımı qaydada yerinə yetirmədiyinə görə cavabdehə 730,25 ABŞ dolları cərimə borcu hesablanmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Odur ki, 16 fevral 2015– ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 1.500 ABŞ dolları əsas kredit borcu, 993,83 ABŞ dolları faiz borcu, 730,25 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3.224,08 ABŞ dolları məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi məhkəməyə teleqram ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə iddiaçı bankın nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015–ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik dərəcəsi 31 faiz olmaqla 1.500 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan 16 fevral 2015–ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015–ci il tarixli ********* saylı kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan İddiaçı ASC–yə aid məxaric orderindən görünür ki, 16 fevral 2015–ci il tarixdə Cavabdeh1 1.500 ABŞ dolları məbləğində pul verilmişdir. İşdə olan İddiaçı ASC ilə cavabdeh arasında bağlanmış 16 fevral 2015–ci il tarixli ********* saylı kredit müqaviləsinə əlavə kimi tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə–hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2015–xx.xx.2016–cı illər ərzində krediti hər ay banka ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə xəbərdalıq edilərək kredit müqaviləsi üzrə borcları xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2017–ci il tarixə banka 1.500 ABŞ dolları əsas kredit borcu, 993,83 ABŞ dolları faiz borcu, 730,25 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3.224,08 ABŞ dolları məbləğində borcu vardır. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 16 fevral 2015–ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 12 ay müddətinə, illik 31 faiz olmaqla 1.500 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər Cavabdeh2 ilə eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh götürdüyü kredit borcundan ödəniş etməmiş, bu səbəbdən iddiaçı banka 1.500 ABŞ dolları əsas kredit borcu, 993,83 ABŞ dolları isə faiz borcu yaranmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə bank tərəfindən ona 730,25 ABŞ dolları cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası MM–nin 739.1–ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1–ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3–cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1–ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2–ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə bank qarşısında mülki məsuliyyət daşıyır. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 da zamin olaraq bank qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, əsas kredit borcu və onun faizləri tam şəkildə cavabdehlərdən alınıb iddiaçı banka verilməlidir. Bununla belə hesablanmış dəbbə pulu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci madddəsinə əsasən kreditin məbləği ilə uzlaşmadığından azaldılaraq 36 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467–ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulunun azaldılaraq 36 ABŞ dolları məbləğində müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, 16 fevral 2015–ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.500 ABŞ dolları əsas kredit borcu, 993,83 ABŞ dolları faiz borcu və 36 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2.529,83 ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 16 fevral 2015–ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.500 ABŞ dolları əsas kredit borcu, 993,83 ABŞ dolları faiz borcu və 36 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2.529,83 (iki min beş yüz iyirmi doqquz dollar səksən üç sent) ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan manatına olan məzənnə üzrə alınıb LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 20 (iyirmi) manat məbləğində pul alınıb iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-684/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-684/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver