Məhkəmə qərarları › İş №2(076)-70/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-70/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-70/2024 13.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Şarayeva Aysel Natiq qızına qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı ASC-nin cavabdeh Şarayeva Aysel Natiq qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Şarayeva Aysel Natiq qızından, X3 və X2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2020-ci il 06 mart tarixli kredit müqaviləsi üzrə 8806.81 manat əsas, 11.12 manat faiz, 5.04 manat cərimə borcu olmaqla ümumilikdə 8822.97 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, X12 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakn açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vısait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Rufan Şarayevin mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Rufan Şarayevin və digər şəxslərin Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Rufan Şarayevin və digər şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi, Şarayeva Aysel Natiq qızı ilə İddiaçı ASC arasında bağlanmış 06 mart 2020-ci il tarixli baş kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, məhkəmədən Şarayeva Aysel Natiq qızından, X3 və X2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 2020-ci il 06 mart tarixli kredit müqaviləsi üzrə 8806.81 manat əsas, 3778.38 manat faiz, 6024.53 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 562.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19171.82 manat məbləğində borcu, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, X12 mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Rufan Şarayevin mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Rufan Şarayevin və digər şəxslərin Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Rufan Şarayevin və digər şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci il 06 mart tarixli kredit müqaviləsinə əsasən Şarayeva Aysel Natiq qızı İddiaçı ASC-nin “Gəncə” filialından illik 25%-lə 18 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Rufan Şarayevin mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən, 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzili 2020-ci il 06 mart tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və X11 və X10 ilə 2020-ci il 06 mart tarixli zaminlik müqavilələri bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2020-ci il 06 mart tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 11-ci bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 72 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il aprelin 02-dək Şarayeva Aysel Natiq qızının 2020-ci il 06 mart tarixli kredit müqaviləsi üzrə banka 8806.81 manat əsas, 11.12 manat faiz, 5.04 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8822.97 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Şarayeva Aysel Natiq qızı borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 izahat verərək iddianı müdafiə etdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə, məhkəməyə çağırılsalar da, lakin məhkəməyə gəlməmiş və gəlməməlirinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan maliyyə arayışından görünür ki, Şarayeva Aysel Natiq qızının xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin 8806.81 manat məbləğində əsas, 11.12 manat məbləğində faiz, 5.04 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8822.97 manat məbləğində borcu vardır. İş materiallarında olan 10-MGZ2-1-0-1077-20 nömrəli kreditin verilməsinə dair müqavilədən görünür ki, Şarayeva Aysel Natiq qızına 18 ay müddətinə illik 25% faiz hesablanmaqla 10 000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən görünür ki, kredit öhdəliyin təminatı X10 və X11 tərəfindən verilən zaminlik, ünvan 1 ünvanında yerləşən və Rufan Şarayevə məxsus olan mənzil ipotekası olmuşdur. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, Rufan Şarayevin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 36 saylı mənzil 10-MGZ2-1-0-1077-20 saylı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin əsasən yaranmış öhdəliyin təminatı məqsədi ilə ipoteka saxlayana (Yelo Bank ASC) verilir. Qeyd edilən mənzilin bazar dəyəri 44000 manat dəyərində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə X11 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o Aysel Şarayevanın bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o Aysel Şarayevanın bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, X13 9900 manat məbləğində pulu təhvil almışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Rufan Şarayevin mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 36 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə 18 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. İşin materiallarından görünür ki, iddiaçı Rufan Şarayevə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair xx.xx.2021-ci il tarixli bildirişi göndərmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Şarayeva Aysel Natiq qızına, X5 və X6 borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsinə müraciət edilmiş və 10 manat məbləğində dövlət rüsumu, 30 manat məbləğində xidmət haqqı ödənilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1306/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə rəyin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 0881/22/NB nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 36 nömrəli mənzilin likvid qiyməti 42 000 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli kredit müqavilə üzrə Şarayeva Aysel Natiq qızının 8806.81 manat əsas, 3778.38 manat faiz, 6024.53 manat cərimə və gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 562.1 manat, ümumilikdə 19171.82 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-41/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/1598 nömrəli ekspert rəyindən görünür ki, Şarayeva Aysel Natiq qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2020-ci il tarixlu 10-MGZ2-1-0-1077-20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Şarayeva Aysel Natiq qızının banka olan borcu xx.xx.2021-ci il tarixə (iddia qaldırılan tarixə) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 70.66 manat, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, kredit müqaviləsinin bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 1466.20 manat təşkil edir. İş materiallarında olan Şəmkir Rayon Məhkəmsinin 2(076)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/5419 saylı ekspert rəyindən görünür ki, Şarayeva Aysel Natiq qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2020-ci il tarixlu 10-MGZ2-1-0-1077-20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X4 banka olan borcu xx.xx.2021-ci il tarixə (iddia qaldırılan tarixə) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 70.66 manat, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə, kredit müqaviləsinin bitdiyi tarixdən sonra illik faiz dərəcəsi 5%-lə hesablanmaqla) əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 1466.20 manat təşkil edir. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında Şarayeva Aysel Natiq qızı tərəfindən ödənilmiş pul vəsaitlərinin cəmi 330.83 manat “Dəbbə ödəmə” təyinatı ilə “21244” saylı hesaba silindiyi əks olunur. Lakin AR Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər”ə əsasən 21244 saylı hesabların “rezident fərdi sahibkarlara verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları – milli valyutada” təyinatlı silinmələr üçün nəzərdə tutulduğu müəyyən olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Şarayeva Aysel Natiq qızının xx.xx.2020-ci il tarixli kredit müqavilə üzrə 8806.81 manat əsas, 5594.79 manat faiz borcu, 9439.62 manat dəbbə borcu və gecikdirilmiş vaxt üzrə illik 5% hesablanmaqla 921.3 manat, ümumilikdə isə 24762.52 manat borcu yaranmışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1627/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 9/9847 nömrəli ekspert rəyindən görünür ki, Şarayeva Aysel Natiq qızı tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2020-ci il tarixlu 10-MGZ2-1-0-1077-20 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Şarayeva Aysel Natiq qızının banka olan borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 8479.25 manat, faiz borcu üzrə 918.59 manat, illik 5% dərəcəsi ilə faiz borcu 547.62 manatdır. Həmçinin rəydə qeyd edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında Şarayeva Aysel Natiq qızı tərəfindən ödənilmiş pul vəsaitlərinin cəmi 330.83 manat “Dəbbə ödəmə” təyinatı ilə “21244” saylı hesaba silindiyi əks olunur. Lakin AR Mərkəzi Bankının xx.xx.2012-ci il tarixli 32 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər”ə əsasən 21244 saylı hesabların “rezident fərdi sahibkarlara verilmiş uzunmüddətli kreditlər üzrə vaxtı keçmiş faiz borcları – milli valyutada” təyinatlı silinmələr üçün nəzərdə tutulduğu müəyyən olunur. Bundan başqa AR Mülki Məcəlləsinin 432.4-cü bəndinə əsasən “Əgər borclu əsas öhdəliyinin icrasından başqa faizləri və xərcləri də ödəməldirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.”-yəni borcalan tərəfindən aparılan ödənişlərin cəriməyə silinməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən, İddiaçı ASC ilə Şarayeva Aysel Natiq qızı arasında xx.xx.2020-ci il tarixdə bağlanılmış kredit müqaviləsinə əsasən hesabdan çıxarışda əks olunan cərimə ödənişi altında ödənilə cəmi 330.83 manat pul vəsaiti faiz borcundan silinir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin əvvəlki redaksiya olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (ABŞ dolları və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh Şarayeva Aysel Natiq qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissədə əsaslıdır. Məhkəmə iddiaçının cavabdehlərdən kredit borcunun ödənilməsi tələbini əsaslı saysa da, məhkəmə iddia ərizəsinə əlavədə tələb edilən kredit borcu ilə qismən razılaşır. Belə ki, mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Şarayeva Aysel Natiq qızı ilə bank arasında xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0.-1077-20 nömrəli kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinin müddəti 18 ay müəyyən edilmişdir. Belə olan halda isə müqavilənin müddəti xx.xx.2021-ci il tarixində bitməsi mübahisəsiz haldır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Məhkəmə bununla da vurğulamaq istəyir ki, müqavilənin müddəti xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq, bankın xx.xx.2022-ci il tarixinə hesablanmaqla faiz borcunun tələb edilməsi əsassızdır. Çünki, müqavilə üzrə Aysel Şarayeva 18 ay müddətinə, illik 25 faiz hesablanmaqla 10 000 manat kredit borcunun qaytarılması öhdəliyini öz üzərinə götürmüşdür. Buna görə də kredit müqavilə üzrə əsas borc ilə yanaşı, xx.xx.2021-ci il tarixinə olan faiz borcu cavabdehlərdən tutulmalıdır. Məhkəmə tərəfindən iş üzrə dəfələrlə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir və iş üzrə bir neçə ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Məhkəmə həmin ekspert rəylərinə münasibət olaraq bildirir ki, iş üzrə verilmiş hər üç ekspert rəyinə əlavə edilmiş qrafik cədvəlindən görünür ki, xx.xx.2020-ci il tarixli, 10- MGZ2-1-0-1077-20 saylı kredit müqavilə üzrə Şarayeva Aysel Natiq qızının xx.xx.2021-ci il tarixə 8479,25 manat əsas borcu, 918.59 manat faiz borcunun olduğu aşkar görünür. Odur ki, iddia həmin hissədə qismən təmin edilməli, 8479,25 manat əsas borcu, 918.59 manat faiz borcu cavabdehlərdən tutulmalıdır. Məhkəmə iddianın xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faizin əldən çıxmış faydanın cavabdehlərdən tutulmasına münasibət olaraq bildirir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə bununla da vurğulamaq istəyir ki, qanunvericilikdə gecikdirilmiş vaxt üçün 5 faizin hesablanması, müqavilənin qüvvədə olduğu müddəti ehtiva etmir. Belə ki, borclunun təqsirli hərəkətləri nəticəsində bank gecikdirilmiş vaxt üçün 5 faizi miqdarında zərəri müqavilənin bitdiyi və ya müqavilənin vaxtından əvvəl ləğv edildiyi (xitam verildiyi) tarixdən sonra üçün tələb etmək hüququna malikdir. Məhkəmə bank tərəfindən cavabdehlərə göndərilən xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubuna münasibət olaraq bildirir ki, həmin məktubun məzmunundan görünür ki, bank 5 gün müddətindən kreditin ödənilməsini cavabdehlərə bildirmiş, əks təqdirdə isə notariusun icra qeydi və ya məhkəmə müraciət edəcəyi qeyd edilmişdir. 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi həmin məktubda müqavilənin şərtlərinin cavabehlər tərəfindən əhəmiyyətli dərəcədə pozulması nəticəsində müqavilənin birtərəfli qaydada ləğv edilməsindən söhbət belə getməmişdir, yəni iradə ifadəsi olmamışdır. Buna görə də tərəflər arasında bağlanmış kredit müqaviləsi məhz müddətin başa çatması əsası ilə xx.xx.2021-ci il tarixində ləğv edilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbi gecikdirilmiş müddət üçün illik 5 faiz hesablanması hissəsində təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə əsassız və şişirdilmiş məbləğdir. İşin hallarını və cavabdehin əsas borcunun 8479.25 manat olduğunu nəzərə alaraq, iddia ərizəsinə əlavədə göstərilən dəbbənin 6024.53 manat məbləğində deyil, 423.95 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq və ədalətli sayır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə eyni zamanda iddia tələbinin digər cavabdehlər X8 və X9 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, adıçəkilən şəxslər xx.xx.2020-ci il tarixli 10-MGZ2-1-0-1077-20 nömrəli müqavilə ilə Şarayeva Aysel Natiq qızının öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Məhkəmə həmçinin tələbin cavabdeh Rufan Şarayeva məxsus ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən ünvan 3 ünvanında yerləşən 36 nömrəli mənzilinin likvid qiyməti 42 000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “Rufan Şarayevin mülkiyyətindəki Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Rufan Şarayevin və digər şəxslərin Gəncə şəhəri, Nizami rayonu, Cümhuriyyət küçəsində yerləşən 80.4 kv.m ümumi, 50.8 kv.m yaşayış sahədən ibarət 8 nömrəli evin 36 nömrəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Rufan Şarayevin və digər şəxslərin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi” dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdeh Rufan Şarayevin evin mülkiyyətçisi olduğundan istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “mənzildə yaşayanların qeyd olunan daşınmaz əmlaklara istifadə hüquqlarına xitam verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. İpoteka qoyanın və digər şəxlərin (ailə üzvlərinin) istifadə hüquqlarına xitam verilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin mənzil satıldıqdan sonra mənzilin mülkiyyətçisi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı mənzildə yaşayanların mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etməsi əsassızdır. Məhkəmə, iddia tələbinin “mənzildə yaşayanların mənzildən çıxarılmaları və mənzilin məcburi boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə əsaslı olmasına baxmayarq, cavabdeh kimi qoyulan şəxslərdən yalnız Rufan Şarayevin yaşayış yerinin (qeydiyyat ünvanı) ora olduğundan, iddia ərizəsinə əlavə də qeyd edilən “digər şəxslər” kim olması heç kimə bəlli olmadığından iddia yalnız həmin hissədə Rufan Şarayeva münasibətdə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi hissəsində əsaslıdır. Çünki cavabdehlərin hərəkətləri nəticəsində iddiaçıya əlavə olaraq ziyan dəymişdir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə 3 dəfə ekspertiza aparıldığından və aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (150+50+50) manat məbləğində pul vəsaiti də cavabdehlərdən dövlət büdcəsinin hesabına tutulmalıdır. Beləliklə, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. 8479.25 (səkkiz min dörd yüz yetmiş doqquz manat iyirmi beş) manat əsas və 918.59 (doqquz yüz on səkkiz manat əlli doqquz qəpik) manat faiz borcu, 423.95 (dörd yüz iyirmi üç manat doxsan beş qəpik) manat cərimə borcu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqı, cəmi 9861.79 (doqquz min səkkiz yüz altmış bir manat yetmiş doqquz) və 30 (otuz) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlər Şarayeva Aysel Natiq qızından, X3 və X2 tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. X15 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 36 nömrəli mənzilə yönəldilsin. ünvan 3 ünvanında yerləşən 36 nömrəli mənzilin ilkin satış qiyməti 42 000 (qırx iki min) manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 9861.79 (doqquz min səkkiz yüz altmış bir manat yetmiş doqquz) və 30 (otuz) mana dövlət rüsumunun əvəzi İddiaçı ASC-yə ödənilsin. Mənzilin satışından əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğ Rufan Sharayevə qaytarılsın. ünvan 3 ünvanında yerləşən 36 nömrəli mənzilə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Rufan Sharayev mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Şarayeva Aysel Natiq qızından, X3 və X16 alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar