Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-708/2023 29.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ondan nisyə aldığı mallara görə cəmi 1500 manat məbləğində borcun və 35 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla qızıl alqı satqısı həyata keçirir. Cavabdeh ondan qızıl aldıqdan sonra tanımışdır. 06 fevral 2021-ci il tarixdə cavabdeh ondan 3162 manat dəyərində 750 əyar, 36 qram, İtaliya istehsalı olan moruq formalı boyunbağı almışdır. Həmin 3162 manatdan cavabdeh xx.xx.2021-ci il tarixdə 500 manat, 30 mart 2021-ci il tarixdə 250 manat, 22 aprel 2021-ci il tarixdə 412 manat, 22 may 2021-ci il tarixdə 200 manat, 17 iyul 2021-ci il tarixdə 300 manat olmaqla ümumilikdə 1662 manat ödəniş etmişdir. Bununla da cavabdehin ona 1500 manat borcu qalmışdır. Dəfələrlə borcu istəməsinə baxmayaraq cavabdeh borcu verməkdən imtina edir. Ona görə də məcbur olub həmin borcu məhkəmə qaydasında tələb etməli olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı ərizə təqdim edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehdən qızıl-zint əşyalarının əvəzi kimi 1500 manat pulun və ödədiyi 35 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, o, İddiaçı həyat yoldaşıdır. Həyat yoldaşı İ. Z. Ağayev qızıl alqı-satqısı ilə məşğuldur. Cavabdeh onun həyat yoldaşından qızıl zinət əşyası almışdır. Cavabdehi bir neçə dəfə həyat yoldaşının mağazasında görmüşdür. Cavabdehin həyat yoldaşı ilə bir neçə dəfə borcla əlaqədar o da əlaqə saxlamışdır. Cavabdeh sonuncu dəfə “Q” hərflim kloun da götürmüşdür. Sonuncu dəfə 2021-ci ilin yay aylarında ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının izahatından və şahid ifadəsindən müəyyən edilir ki, tərəflər arasında şifahi qaydada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 3162 manat dəyərində qızıl-zinət əşyalarını nisyə qaydada satmışdır. Daha sonra cavabdeh həmin borcdan 1662 manatını ödəmiş və onun iddiaçıya cəmi 1500 manat borcu qalmışdır. Öhdəliyin mövcud olması öz təsdiqini tapdığından öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Cavabdeh borcun qalan hissəsini ödəməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malın ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də qiyabi qətnamə qəbul edilərək cavabdehdən 1500 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumundan ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə 1500 (bir min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Şəmkir Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizənin verilməsi və ona baxılması müddəti bitdikdən sonra qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-708/2023
Şəmkir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(076)-708/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver