Məhkəmə qərarları › İş №2(076)-714/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-714/2025

11.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-714/2025 11.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X4 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi İddiaçı: İddiaçı stajoru (probasiya üzrə icra məmuru) X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin yararsız vəziyyyətə salmasına görə 2.277,40 manat pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023–cü il tarixli, 1(076)–138/2023 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmün icrası barədə göstəriş xx.xx.2024–cü il tarixdə İddiaçınə daxil olmuş, məhkum Cavabdeh xx.xx.2024–cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, bu məqsədlə bir ədəd “Attenti” markalı, 35628649 nömrəli mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd sadə CE05048 nömrəli elektron qolbaq işlək vəziyyətdə Cavabdeh təhvil verilmiş, habelə məhkuma cəza çəkdiyi müddətdə həmin vasitədən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanması üçün xidmət qaydaları izah edilmiş, üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması, habelə həmin vasitələri itirəcəyi və ya zədələcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı barədə məhkuma xəbərdarlıq edilmiş, bu barədə müvafiq protokol tərtib edilmişdir. Buna baxmayaraq, həmin elektron nəzarət vasitələri (mobil nəzarət qurğusu) yararsız vəziyyətdə məhkumdan təhvil alınmışdır. Bundan sonra həmin elektron nəzarət vasitələrinin vəziyyəti haqqında texniki rəyin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin Rəqəmsal Monitorinq İdarəsinə göndərilmişdir. Texniki rəyin nəticəsinə əsasən mobil nəzarət qurğusundan düzgün istifadə edilməməsi, zərbə nəticəsində mobil nəzarət qurğusunun elementlərinin qoparılması səbəbindən ana platada elektron elementlərin sıradan çıxması və istifadəyə tam yararsız olması müəyyən edilmişdir. Vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilməsi barədə "xxxx" QSC–nin maliyyə arayışı əsasında həmin avadanlığın dəyərinin 2.277,40 manat təşkil etməsi bildirilmişdir. Bundan sonra məhkuma bildiriş göndərilərək. həmin ziyanın ödənilməsi təklif olunmuş, lakin hazırki vaxtadək vurulmuş ziyan ödənilməmişdir. Odur ki, iddianın təmin edilərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri olan 2.277,40 manat vəsaitin alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki hesabına ödənilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı stajoru (probasiya üzrə icra məmuru) X3 iddia tələbini müdafiə edərək, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə notarial qaydada yazılmış ərizə ünvanlayaraq, iddianı qəbul etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023–cü il tarixli, 1(076)–138/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir şəhərində yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İşdə olan xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, Cavabdeh 1 ədəd “Attenti” markalı, 35628649 nömrəli mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə CE05048 nömrəli elektron qolbaq təhvil verilmiş, ona vəzifələri izah edilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, Cavabdeh tətbiq edilən elektron nəzarət vasitələrinin dəyəri habelə həmin vasitələri itirəcəyi və ya zədələcəyi, yaxud digər üsulla yararsız vəziyyətə salacağı halda dəyərinin ondan tutulacağı barədə məhkuma xəbərdarlıq edilmiş, elektron nəzarət vasitələrinin dəyərinin 2.277,40 manat olması ona bildirilmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli protokoldan görünür ki, Cavabdeh cəza çəkdiyi müddətdə elektron nəzarət vasitələrindən istifadə qaydaları, o cümlədən onun işlək vəziyyətdə saxlanması üçün xidmət qaydaları izah edilmişdir. İşdə olan “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki rəy”dən görünür ki, 1 ədəd “Attenti” markalı, 35628649 nömrəli mobil nəzarət qurğusunun zərbə nəticəsində elementlərinin qoparılması, təmirinin mümkün olmaması və istifadəyə tam yararsız olması müəyyən edilmişdir. İşdə olan rəsmi xəbərdarlıq məktubundan görünür ki, cavabdehə xəbərdalıq edilərək mobil nəzarət qurğusunun dəyəri olan 2.277,40 manatın ödənilməsi tələb olunmuşdur. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023–cü il tarixli, 1(076)–138/2023 nömrəli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir şəhərində yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. Hökm və hökmün icrası barədə göstəriş icra edilməsi üçün İddiaçınə daxil olmuşdur. Məhkum Şöbəyə dəvət edilərək qeydiyyata alınmış, həmçinin ona hüquq və vəzifələri, azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək qaydaları, hər hansı müdaxilənin və ya cihazın çıxarılmasının yolverilməzliyi, habelə həmin qolbağı yararsız hala saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, bu barədə müvafiq protokol tərtib olunmuş, eləcə də məhkumun ayağına xx.xx.2023–cü il tarixdə “Attenti” elektron qolbağ bağlanmış, həmin vasitəni üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə məhkuma xəbərdarlıq edilmişdir. Lakin cavabdeh cəza çəkdiyi müddətdə ona təhvil verilmiş mobil nəzarət qurğusunu yarasız vəziyyətə salmışdır. Cavabdehin təqsiri üzündən baş vermiş həmin hal nəticəsində dövlətə dəymiş maddi zərərin məbləği 2.277,40 manat olmuşdur. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MM–in 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 10 aprel 2018–ci il tarixli 144 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nın 7.5–ci bəndinə əssən nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yarasız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən dəymiş maddi zərərə görə 2.277,40 manat maddi ziyan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş maddi zərərə görə 2.277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyindəki hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar