Məhkəmə qərarları › İş №2(076)-717/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-717/2025

17.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-717/2025 17.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı X1, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı X2, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, məhkəmə iclası xx.xx.2025-ci il tarixə saat 14:15-ə təyin edilmiş, bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi sənəd çatdırılmış və tərəflərin məlumatlı olduqları təsdiq edilmişdir. Məhkəmə iclası zamanı Cavabdeh məhkəməyə ərizə təqdim edərək mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə olunmuş sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. İş materiallarından görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Tərəflərin bu hərəkətlərində qanuna zidd hal yoxdur və bu hər hansı üçüncü şəxsin mənafeyinə qarşı yönəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının iddiası, işə onun iştirakı olmadan baxmağı xahiş etməməsinə və cavabdehin işə baxılmasını tələb etməməsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsində nəzərdə tutulan əsasla baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı X2, Cavabdeh qarşı “Alimentin məbləğinin artırılması tələbi”nə dair iddiası baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar