Məhkəmə qərarları › İş №2(076)-733/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-733/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-733/2024 18.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 6448 manat məbləğində kredit borcunun, 92 manat kredit müqaviləsinin bağlanması üçün notariat rüsumunun, 500 manat vəkil xidmət haqqının, 3+17 manat 25 qəpik etibarnamə üçün rüsumun, 91+1 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7152 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun iş yoldaşı olmuşdur. Bir neçə il əvvəl cavabdeh ona qızı Fidanın səhhətində ciddi problemləri olduğunu, qızının müalicəsi üçün İrana getməli olduğunu və ona vacib pul lazım olduğunu bildirmişdir. O da öz adından bankdan kredit götürmüş və cavabdehə vermişdir. O, bir iş yoldaşı, bir insan olaraq cavabdehə kömək etmək istəmişdir. Cavabdehin deməsinə görə o öz adına kredit götürdüyü üçün ona təkrar kredit verməmişlər. Eyni zamanda bütün iş yoldaşları və iddiaçı daxil olmaqla, cavabdehin uşağının müalicəsi üçün maddi yardım göstərmişlər. Kreditlə bağlı isə kreditin iddiaçının adına götürüləcəyi, ancaq həmin kreditin cavabdehin əmək haqqından ödəniləcəyi barədə razılaşmışlar. 2015-ci ildə cavabdeh onunla birlikdə banka getmiş və iddiaçı Kapital bankdan 3000 manat, Unibankdan 1800 manat kredit + Albalı kartı götürmüşdür. O, götürmüş olduğu hər iki kredit pulunu və Albalı kartını cavabdehə vermişdir. Eyni zamanda 10 avqust 2015-ci ildə cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlamışlar. Cavabdeh ilk iki ay kreditləri vaxtında ödəmiş, lakin sonradan müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınmışdır. O, dəfələrlə cavabdehdən ödəniş etməsini xahiş etsə də, cavabdeh ödəniş etməkdən yayınmış və hər dəfə də imkan olan kimi kreditləri bağlayacağaını bildirmişdir. Bir müddət sonra hər iki kreditlə bağlı banklar onu məhkəməyə vermiş və məhkəmə qətnaməsinə əsasən kreditlər iddiaçının əmək haqqına yönəldilmişdir. Cavabdeh isə işdən çıxmışdır. Bu səbəbdən o, uzun müddət cavabdehlə əlaqə saxlaya bilməmişdir. Hazırda kreditlər onun tərəfindən əmək haqqından tutulmaqla, tam şəkildə ödənilmişdir. Cavabdeh vurmuş olduğu maddi ziyanı tam şəkildə ona geri qaytarmalıdır. Cavabdehin vurmuş olduğu maddi ziyanın məbləği 6448 manat kreditlərə görə iddiaçı tərəfindən ödəmiş olduğu borc və faizlər, 92 manat cavabdehlə iddiaçı arasında bağlanmış kredit müqaviləsinə görə ödənilmiş dövlət rüsumu, 500 manat vəkil xidmət haqqı, 17 manat + 3 manat etibarnamə üçün ödəniş və 91 + 1 manat məhkəmə üçün ödənişdən ibarətdir. Ona görə də, Cavabdeh 6448 manat məbləğində kredit borcunun, 92 manat kredit müqaviləsinin bağlanması üçün notariat rüsumunun, 500 manat vəkil xidməti haqqının, 3+17 manat 25 qəpik etibarnamə üçün rüsumun, 91+1 manat ödənilmiş dövlət rüsumunun, cəmi 7152 manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)- 4401/2015 saylı, 22 oktyabr 2015-ci il tarixli məhkəmə əmrinə əsasən Şəmkir rayonu, Keçili kəndində yaşayan İddiaçı Səyad qızından cəmi 3181,57 manat və 20 manat dövlət rüsumu pulu tutularaq kreditor “Kapital Bank” Açıq Səhmidar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsi bağlanmış və İddiaçı 5000 manat məbləğində pulu Cavabdeh borc vermişdir. Cavabdeh kredit müqaviləsinə əsasən İddiaçı almış olduğu 5000 manat pulu xx.xx.2016-cı il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, tərəflər arasında olan razılaşmaya əsasən iddiaçı cavabdehə ümumilikdə 5000 manat borc pul vermiş və onlar arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh iddiaçıdan götürdüyü 5000 manat borc pulu 06 fevral 2016-cı il tarixə kimi iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh sonradan həmin borcdan heç bir ödəniş etməmiş və onun iddiaçıya 5000 manat borcu qalmaqdadır. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iddia tələbində göstərilən məbləğdə iddiaçıya borcunun olmadığını sübüt etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində banklardan kredit götürüb cavabdehə borc verdiyini, həmin kredit borclarına görə banklara 6448 manat ödəniş etdiyini və həmin məbləğin cavabdeh tərəfindən ona ödənilməli olduğunu göstərmiş olsa da, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 5000 manat məbləğində borcunun yarandığı öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə iddia tələbinin kredit müqaviləsinin bağlanması üçün ödənilmiş 92 manat dövlət rüsumu tələbi hissəsində qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, kredit müqaviləsinin 11-ci bəndində qeyd edilir ki, müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini borc alan çəkir. Müqavilənin həmin bəndindən aydın olur ki, kredit müqaviləsi təsdiqlənərkən müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini “borc alan”, yəni Cavabdeh çəkmişdir. Məhkəmə, həmçinin iddianın "500 manat vəkil xidmət haqqının cavabdehdǝn alınması və etibarnamənin təsdiq edilməsi üçün ödənilmiş 3+17 manat 25 qəpik" hissəsini qismən əsaslı hesab edir. Belə ki, işdə olan "Hüquqi yardımın göstərilməsi haqqında" olan 685 nömrəli xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Vəkil arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İşdə olan ödəmə qəbzindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili Vəkil hesabına 5000 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hazırkı mülki işin hallarını və iddiaçının nümayəndəsinin işdə iştirakını hərtərəfli araşdıraraq, hazırki iş üzrə cavabdehlərdən müştərək qaydada vəkil xidmət haqqının əvəzi kimi 300 manat pulun alınıb iddiaçıya verilməsini daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, 91 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 91 manat dövlət rüsumundan ibarətdir. İddia qismən təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh vəkil xidmət haqqının əvəzi kimi 300 (üç yüz) manat pul alınıb İddiaçı ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi kimi 91 (doxsan bir) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar