Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-736/2024 04.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı X3 iştirakı ilə, İddiaçı X3 Cavabdeh qarşı aliment məbləğinin artırılması, uşağın müalicəsi üçün müəyyən edilmiş vəsait məbləğinin artırılması və uşağın müalicəsinə çəkilmiş xərin tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X10 Cavabdeh qarşı aliment məbləğinin artırılması, uşağın müalicəsi üçün müəyyən edilmiş vəsait məbləğinin artırılması və uşağın müalicəsinə çəkilmiş xərc barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23 yanvar 2013-cü il təvəllüdlü Zahid və 15 mart 2015-ci il təvəllüdlü Nihad adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tariixli, 2(076)-222/2022 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 130 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 250 sabit pul məbləğində alimentin, xx.xx.2013-cü il təvəllüdlü X11 adlı uşağın müalicəsi üçün Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(076)-1002/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 40 manat vəsaitin məbləği artırılaraq hər ay 200 manat məbləğində vəsaitin və xx.xx.2013-cü il təvəllüdlü X11 adlı uşağın müalicəsi üçün ödənilmiş 1200 manat pulun yarısı olan 600 manat məbləğində vəsaitin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavbabdeh Cavabdeh ilə 18 fevral 2012-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 yanvar 2013-cü ildə Zahid və 15 mart 2015-ci ildə Nihad adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Azyaşlı uşaqları onun himayəsində qalmışdır. Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş və azyaşlı uşaqlaqrının saxlanılması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Həmçinin Şəmkir Rayon Məhkəməsinin 2(076)-1002/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2013cü il təvəllüdlü X2 uşağın müalicəsi üçün 40 manat məbləğində vəsaitin Cavabdeh tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Lakin 23 yanvar 2013-cü il təvəllüdlü Zahid adlı uşağı ağciyər xəstəliyindən əziyyət çəkir. Həmin vaxt uşağın başqa xəstəliyə görə müalicələr alırdı. Sonradan uzun müddətli müayinələrdən sonra övladı Zahiddə genetik xəstəlik olduğu müəyyən edilmişdir. Artıq 1 ildən çox müddətdir ki, azyaşlı övladı Hipperimmuoqlbbulin E sindromu, həmçinin boy geriliyi, inkişaf etapların ləngiməsi sindromu xəstəliyindən əziyyət çəkir. Bununla bağlı daim müalicələrdə alır. Həmin “Ekzom Sekanslama” analiziambulator müalicələr alır. Bununla bağlı daim müalicələrdə olmuşdur. Hətta 2023-cü ilin iyun ayında uşaqdan “Ekzom Sekanslama” analizi götürülrək Türkiyə Respublikasına göndərilmişdir. Həmin analizin cavabı olaraq azyaşlı övladında dəyişik böyrək və ürək çatışmamazlığı xəstəliyinin dərinləşməsi müəyyən edilmişdir. Qeyd olunan analiz üçün onun tərəfindən 1200 manat pul ödənilmişdir. Maddi imkansızlıq ucbatından uşağı tam həkim müayinəsindən keçirib, müalicəsini davam etdirə bilməmişdir. Hətta azyaşlı uşağın gerilməsinin qarşısını almaq üçün ona həkim tərəfindən “Panda Baby” uşaq qidası verilməsi məsləhət görülmüşdür ki, həmin uşaq yeməyinin 1 ədədinin qiyməti 50 manat təşkil edir. Hər ay həmin qidalar uşaq üçün alınmalıdır. Lakin o, hər dəfə həmin qidanı ala bilmir. Əvvəlki məhkəmə qətnaməsi ilə azyaşlı uşağının müalicəsi xərcləri üçün hər ay 40 manat vəsaitin cavabdehdən tutulması müəyyən edilmişdir. O, həmin vəsaitlə, həm də valdeyinlərinin köməkliyi ilə uşağının müalicə xərclərini çatdıra bilmir. Uşağın səhhəti getdikcə pisləşir. Elə vaxtlar olur ki, heç yerimək imkanı olmur. Azyaşlı uşağının ömürlük və davamlı müalicəyə ehtiyacı vardır. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş vəsait müalicə xərclərini heç bir şəkildə ödəmir. Hətta o, uşaqda olan xəstəliklə bağlı “Ekzom Sekanslama” analizi üçün öz 1200 manat ödəniş etmişdir. Həmin məbləğin yarısını da cavabdehdən tələb edir. Bundan başqa yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləi hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış uşaqların maddi cəhətdən saxlanılmasında kifayət etmir. Özü hazırda heç bir yerdə işləmir. Cavabdeh isə fərdi əməklə məşğul olur və aylıq qazanca malikdir. Yetkinlik yaşına çatmamış uşaqları böyüyürlər, orta məktəbdə təhsil alırlarvə xərcləri olduqca çoxalmışdır. Yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə valdeynlərinin himayəsində yaşayırlar. Məhkəmə iclasında iddiaçı X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi, heç bir yerdə işləmədiyini bilirdi və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib və mülki işin digər materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahlarından 23 yanvar 2013-cü il təvəllüdlü X11 və 15 mart 2015-ci il təvəllüdlü X12 adlı iki uşaqları doğulmuşdur. 23 yanvar 2013-cü il təvəllüdlü X5 və 15 mart 2015-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır. Belə ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X9 arasında 18 fevral 2012-ci il tarixdə Şəmkir rayon, Dəllər-Cırdaxan kəndində bağlanmış və 04 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah qeydinin pozulması, tərəflərin birgə nikahlarından 23 yanvar 2013-cü ildə anadan olmuş Zahid və 15 mart 2015-ci ildə anadan olmuş Nahid adlı uşaqlar cavbabdeh İddiaçı himayəsində saxlanılması və 27 dekabr 2021-ci il tarixdə başlayaraq 23 yanvar 2013-cü ildə anadan olmuş Zahid və 15 mart 2015-ci ildə anadan olmuş Nahid adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işdə olan, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1002/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü ildə doğulmuş X11 adlı uşağın müalicəsi üçün 40 manat məbləğində vəsait Cavabdeh tutularaq iddiaçı X7 verilməsi qət edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə evliliklərindən anadan olmuş uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa 130 manat alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşaqlarını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları və ehtiyacları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulması və xx.xx.2013-cü il təvəllüdlü X11 adlı uşağın müalicəsi üçün müəyyən edilmiş vəsaitin məbləğinin artırılmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına, həm də həcminə görə qismən əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq hər ay hər uşağa 190 manat məbləğində müəyyən edilməli və xx.xx.2013-cü il təvəllüdlü X11 adlı uşağın müalicəsi üçün Şəmkir Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli, 2(076)-1002/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş 40 manat vəsaitin məbləği artırılaraq 80 manat müəyyən edilməlidir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqın valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmçinin məhkəmə, iddia tələbinin “xx.xx.2013-cü il təvəllüdlü X11 adlı uşağın müalicəsi üçün ödənilmiş 1200 manat pulun yarısı olan 600 manat məbləğində vəsaitin Cavabdeh tutulması” hissəsinə münasibət bidlirərək hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı uşağın labarator müayinə üçün 1200 manat pulun tələb edildiyini bildirsə də həmin vəsaitin ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 1440 manat (120 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 34.40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1002/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X3 xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X11 adlı uşağın müalicəsi üçün təyin edilmiş müalicə xərcininin miqdarı artırılsın. Şəmkir Rayon Məhkəməsinin 2(076)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X3 xeyrinə 23 yanvar 2013-cü il təvəllüdlü X5 və 15 mart 2015ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 23 yanvar 2013-cü il təvəllüdlü X5 və 15 mart 2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 190 (bir yüz doxsan) manat məbləğində aliment pulu və xx.xx.2013-cü il təvəllüdlü X11 adlı uşağın müalicəsi üçün 80 manat məbləğində pul tutularaq X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 34.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-736/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-736/2024
04.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver