Məhkəmə qərarları › İş №2(076)-738/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-738/2024

19.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-738/2024 19.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən 6720 manat məbləğində pulun və ödənilmiş 88 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə uzaqdan qohumluq münasibətləri var. 2022-ci ilinin sentyabr ayında Cavabdeh ona müraciət edərək soğan əkdiyini, soğanın becərilməsi üçün pul lazım olduğunu və ona borca pul verməyimi xahiş etdi. İddiaçı da cavabdehi tanıdığı və etibar etdiyi üçün ona borca 8800 manat pulu vermişdir. Cavabdeh pulu soğanı satan kimi tez müddətə qaytaracağını bildirdi. Cavabdehə pul verməyindən bir neçə ay keçsədə sonuncu razılaşdığı kimi ona borcundan heç bir ödəniş etmədi. Cavabdehə pulun qaytarılması tələb etsə də sonuncu bir neçə dəfə olmaqla ümumilikdə borcundan 2080 manat pul ödədi. Sonradan iddiaçı məlumat əldə etmişdir ki, cavabdeh heç bir yerdə soğan əkməmiş və onu aldatmışdır. Buna görədə cavabdeh barəsində Şəmkir RPŞ-nə borcun qaytarılması üçün müraciət etmişdir. Cavabdeh polis şöbəsində verdiyi ifadədə ona borcunun olmasını etiraf etsədə, maddi vəziyyətinin ağır olmasını əsas gətirərək borcunu ödəyə bilmədiyini göstərmişdir. Lakin borcunu nə vaxt ödəyəcəyi barədə izahatında heç bir məlumat verməmişdir. Şəmkir RPŞdə cavabdeh əməlidə cinayət tərkibi olmadığı üçün cinayəti işinin başlanılması rədd olunması barədə qərar qəbul olunmuşdur. İddiaçı dəfələrlə cavabdehdən pulunu geri istəmişdir. Lakin cavabdeh pulunu müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. Hazırda cavabdeh tərəfindən 6720 manat borcun qaytarılması yubadılır. İddiaçının isə həmin pula böyük ehtiyacı vardır. Hesab edir ki, bu məsələnin məhkəmədən kənar həlli mümkünsüzdür. Odur ki, cavabdehdən pulun alınıb verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatda cavabdehin hazırda 6720 manat borcu olduğunu bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı Rasim Məmmədovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, izahatı alınarkən Cavabdeh İddiaçı ilə uzaq qohumluq münasibətlərində olduqlarını, Maazatın faizlə pul borc verdiyini bildiyindən 2022-ci ilin sentyabr ayından başlayaraq Maazatdan müxtəlif vaxtlarda və məbləğlərdə ailə vəziyyəti, maşınının təmiri, atasının müalicəsi və s. məqsədlərlə əlaqədar ümumilikdə 7.300 manat pul borc aldığını, müxtəlif vaxtlarda həmin pullara görə faizlər ödədiyini, hazırda işi olmadığına, maşının Maazatın evinə borcuna görə girov qoyduğuna və s. səbəblərə görə qalmış 6.720 manat borcunu qaytara bilmədiyini, rayon PŞ-nə iltizam verərək qalan borcunu ödəyəcəyinə söz verdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borcu qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh polisə verdiyi izahatda pulun iddiaçıdan götürməsini etiraf etdiyindən, iddia təmin edilməli və cəmi 6720 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. 6720 (altı min yeddi yüz iyirmi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 88 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar