Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-76/2024 20.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə işin üzərində dəyişiklik edilməsi ilə bağlı Müraciət İddiaçı-nin cavabdehlər Cavabdeh, X3 və X4 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1739/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd edilən mülki iş üzrə elektron məhkəmə informasiya sisteminə məhkəmə aktı yüklənmədiyindən elektron məhkəmə informasiya sistemi avtomatik qaydada mülki işi 2(076)-76/2024 saylı mülki iş kimi qeydə alaraq 2024-cü ilə keçirmiş və işin dövriyyəsi “iş icraatdadır” kimi göstərilmişdir. Bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)- 1739/2023 nömrəli məhkəmə aktının elektron məhkəmə informasiya sisteminə həmin tarixə yüklənməsi mümkün olmadığı üçün işin dövriyyəsinin dəyişdirilməsi məqsədi ilə məhkəmə aktı sistemə hazırda yerləşdirilir. Hazırda iş hesabat bölməsində yekuna düşmədiyindən, hesabatın düzgün aparılması məqsədi ilə işin dövriyyəsinin yekunlaşdırılması zərurəti yaranmışdır. İş № 2(076)–1739/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏTNAMƏ ŞƏMKİR RAYON MƏHKƏMƏSİ 13 iyun 2023–cü ildə Şəmkir şəhərində Şəmkir Rayon Məhkəməsinin hakimi Musayev Taleh Valeh oğlu, İddiaçı–nin cavabdehlər Cavabdeh, X3 və X4 qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh, X1 və X2 xx.xx.2021–ci il tarixli **********1690 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş 1.940 manat əsas kredit borcu, 357,27 manat faiz borcu, 217,75 manat cərimə borcu olmaqla, cəmi 2.515,02 manat məbləğində borcun və 45,16 manat ödənilmiş dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021–ci il tarixli **********1690 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 28 % ödəmək şərtilə ailə–kəndli təsərrüfatının yaradılması və (ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 3.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər X5 və X6 zamin durmuş, əsas borclu öhdəliklərini yerinə yetirməyəcəyi təqdirdə borcu ödəyəcəkləri haqda zəmanət vermişlər. Zaminlərlə ayrıca müqavilə bağlanmış və onlar yazılı şəkildə öhdəlik götürmüşdür. Cavabdeh əsas məbləği və onun faizlərini ödəməyi öhdəsinə götürmüş, lakin müqaviləyə əsasən üzərinə düşən öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Nəticədə onun 1.940 manat əsas kredit borcu, 357,27 manat faiz borcu qalmışdır. Öhdəliyini icra etmədiyinə görə cavabdehə 217,75 manat dəbbə pulu hesablanmışdır. Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. İddiaçı təşkilat hesab etmişdir ki, cavabdeh öhdəliyinə əməl etmədiyinə görə Azərbaycan Respublikası MM–nin tələblərinə əsasən məsuliyyət daşıyır və göstərilən məbləğdə borcunu ödəməlidir. Odur ki, iddianın təmin olunaraq cavabdehlərdən 1.940 manat əsas kredit borcu, 357,27 manat faiz borcu, 217,75 manat cərimə borcu olmaqla, cəmi 2.515,02 manat məbləğində borcun və 45,16 manat dövlət rüsumunun müştərək qaydada alınıb İddiaçı–yə verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–1–ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284–5.1–ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023–cü il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.2–ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İşdə olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021–ci il tarixli **********1690 nömrəli kredit müqaviləsindən görünür ki, təşkilat tərəfindən cavabdehə ailə–kəndli təsərrüfatının yaradılması və (ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 24 ay müddətinə illik 28 % ödəmək şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında razılaşdırılmaqla təsdiq edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdeh kreditin əsas məbləğini və faizləri xx.xx.2022–xx.xx.2023–cü illər ərzində hər ay ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2021–ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021–ci il tarixli **********1690 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan İddiaçı ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2021–ci il tarixli zaminlik müqaviləsindən görünür ki, o, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021–ci il tarixli **********1690 nömrəli kredit müqaviləsinin icrasının təmin edilməsinə dair bank qarşısında öhdəlik götürmüşdür. İşdə olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021–ci il tarixli **********1690 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023–cü il tarixə təşkilata olan əsas kredit borcu 1.940 manat, faiz borcu 357,27 manat, cərimə borcu 217,75 manat olmaqla, cəmi borcu 2.515,02 manat təşkil edir. İş materiallarında olan göndərilmiş məktubların siyahısından görünür ki, cavabdehlərə məhkəmə bildirişi göndərilmiş, cavabdehlər xx.xx.2023–cü il tarixdə xəbərnaməyə imza etməklə bildirişi almış, lakin həmin tarixdən 10 (on) iş günündən artıq müddət keçməsinə baxmayaraq, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284–5.3–cü və 284–6.1–ci maddələrinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77–ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88–ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4–cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021–ci il tarixli **********1690 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə ailə–kəndli təsərrüfatının yaradılması və (ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə 24 ay müddətinə illik 28 % ödəmək şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təminatı kimi digər cavabdehlər X5 və X6 zamin durmuşdur. Lakin borclu müqavilənin öhdəliklərini yerinə yetirməmiş, nəticədə onun 1.940 manat əsas kredit borcu, 357,27 manat faiz borcu yaranmışdır. Öhdəliyini icra etmədiyinə görə cavabdehə 217,75 manat dəbbə pulu hesablanmışdır. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1–ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1–ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1–ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442–ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 406.1–ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2–ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Eləcə də, həmin Məcəllənin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2–ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741–ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehlər X5 və X6 da zamin olaraq iddiaçı qarşısında cavabdehlik daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1–ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zamininlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2–ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlərdən əsas kredit borcu üzrə 1.940 manat, 357,27 manat faiz borcu, 217,75 manat cərimə borcu olmaqla, cəmi 2.515,02 manat məbləğində pul alınıb iddiaçıya ödənilməlidir. Ödənilmiş 45,16 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1–ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM–in 216–220 və 222–ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2021–ci il tarixli **********1690 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh, X1 və X2 əsas kredit borcu üzrə 1.940 manat, faiz borcu üzrə 357,27 manat, cərimə borcu üzrə 217,75 manat olmaqla, cəmi 2.515,02 (iki min beş yüz on beş manat iki qəpik) manat məbləğində pul müştərək qaydada alınıb İddiaçı–yə verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh, X1 və X2 45,16 (qırx beş manat on altı qəpik) manat dövlət rüsumu müştərək qaydada alınıb İddiaçı–yə verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Məhkəmənin hakimi Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-76/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-76/2024
20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver